Cəhalətin və xurafatın Bişkek üzüAzərbaycana da siqnaldırMolla. Saxta Hüseyn mollası. Bişkekdə İmam Hüseyn meçeti var. Həmin meçetin mollası tərbiyəsizin biridir. Adı Mərifət olsa da özü mərifətsizlərin mərifətsizidir. 44 günlük Zəfər müharibəsində qurban getmiş öz şəhidlərimizə Polad Həşimov, Mübariz İbrahimov da daxil, o cümlədən şəhid olan bütün imamlara Allahdan rəhmət diləyirəm. Günahım, öz şəhidlərimizi başqalarından aşağı tutmamağımdır. Heç vaxt imamları aşağılayan …
Read More »Yearly Archives: 2022
FHN şimal bölgəsindəki yanğınların gec söndürülməsinin səbəbini açıqlayıb
“Havanın küləkli və isti olması yanğının söndürülməsinə çətinliklər yaradır”. Bunu “Report”un Siyəzənə ezam olunmuş əməkdaşına fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib. “Hələ ki, ciddi təhlükə yoxdur. Siyəzəndə dağ silsiləsində təxminən 30-40 hektara qədər ərazi tüstülənir. Hazırda oraya 300-ə yaxın canlı qüvvəmiz cəlb edilib”. “Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 3 ədəd helikopteri də cəlb edilib. Ümumilikdə ölkənin …
Read More »FHN yanğınlarla bağlı məlumat yayıb
Respublikanın Şimal regionunda meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda Siyəzən rayonunun Dağ Quşçu kəndi yaxınlığında geniş ərazidə baş vermis yanğın nəzarətə götürülüb və soyutma işləri aparılır. Burada təxminən 40 hektar ərazidə yanğın olub. Yanğınsöndürmə əməliyyatları mürəkkəb dağlıq relyefdə və çətin …
Read More »Türkiyədə ağır yol qəzası baş verib, 2-si jurnalist olmaqla 15 nəfər ölüb
Türkiyədə çox sayda insan ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, hadisə Qaziantep-Nizip yolunda qeydə alınıb. İlkin məlumata görə, yüksək sürətlə hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb və aşıb. Daha sonra hadisə yerinə gələn təcili tibbi yardım və yanğınsöndürən maşın ərazidə hərəkət edən avtobusla toqquşub. Hadisə nəticəsində azı 15 nəfərin öldüyü, 22 nəfərin …
Read More »Azərbaycanda doğulan uşaqlar üçün müavinət verilməsi qaydası asanlaşdırılıb
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, 2020-ci ilin dekabrın 31-dən sonra doğulmuş uşaqlar üçün müavinət avtomatlaşdırılmış qaydada təyin olunacaq və veriləcək. 2021-ci ilin yanvarın 1-dən əvvəl doğulmuş uşaqlar üçün …
Read More »Qubada meşələrin 500 hektarı yanıb, yanğın lokallaşdırılıb
Quba ərazisində baş verən yanğın artıq lokallaşdırılıb. Boyukmillet.com xəbər verir ki, bunu Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov bildirib. O qeyd edib ki, hazırda bir qədər tüstülənmə var, digər ərazilərə keçmə təhlükəsi yoxdur: “Quba rayonunun bələdiyyə ərazisində baş verən yanğın sonradan meşə fondu sahəsinə keçib. Ərazi dağlıq relyefə malik olduğundan və güclü küləyin təsiri nəticəsində yanğın zamanı 500 …
Read More »Siyəzəndə bələdiyyə ərazisində başlayan yanğın meşə sahəsinə keçib
“Bu gün səhər Siyəzən rayonunun bələdiyyə ərazisində başlayan yanğın hazırda meşə sahəsinə keçib, Boyukmillet.com xəbər verir ki, bunu Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elbrus Əliyev bildirib. O qeyd edib ki, yanğının söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür: “Şabran rayonu ərazisindəki yanğın isə lokallaşdırılıb. Şabran və Siyəzəndə baş verən yanğınlar hamımızı sarsıtdı, yenə də insanların ehtiyatsızlığından …
Read More »Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd edib
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ali Məhkəmə sədrinin müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib. “Bu gün İnsan Hüquqları üzrə Avropa Məhkəməsi növbəti dəfə Azərbaycana münasibətdə müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair Ermənistanın vəsatətini rədd edib”, – o qeyd edib.
Read More »Siyəzən, Şabran, Xaçmaz və Qubadakı meşə yanğınları nəzarətə götürülüb
Siyəzən, Şabran, Xaçmaz və Quba rayonları ərazisində baş vermiş yanğınlar nəzarətə götürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov avqustun 19-da şimal bölgəsindəki yanğınlarla mübarizə tədbirlərinə həsr olunmuş əməliyyat müşavirəsində məlumat verib. O, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsində olduğunu vurğulayaraq yanğınların tam söndürülməsi üçün kifayət …
Read More »Badamlı adına niyə sahib çıxmır?
Tanınmış jurnalist Məhəmmədəli Qəribli “Bravo” mağazalar şəbəkəsinin “Badamlı” mineral sualarının qəribə təqdimatı ilə bağlı maraqlı paylaşım edib. Boyukmillet.com həmin paylaşımı təqdim edir: “Fotonu “Bravo”nun Azadlıq prospektindəki mağazasında çəkmişəm. Deyəsən, mağaza “Badamlı”ya yeni ad verib. Əslində, Badamlının Bakıda satışını təşkil edən şəxslərə bu da azdır. Çünki öz işləri ilə məşğul olmurlar. Bir neçə ay əvvəl mən onların sosial mediada keçirdiyi “Zəfər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar