Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, avqustun 7-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Andiçmə mərasimləri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində rituala uyğun olaraq təşkil ediləcək, gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz …
Read More »Yearly Archives: 2022
Londondakı səfirliyimiz tam şəkildə geri çağırılmalıdır…
Əsl diplomat göstəricisi yalnız yaxşı ütülü paltar geyib, bir neçə xarici dildə danışmaq bacarığı ilə ölçülməməlidir. Xaricdə Azərbaycanı təmsil edən diplomat həm də öz ölkəsinin əsgəri sayılmalıdır. Diplomatik normalara görə, Londondakı Azərbaycan səfərliyi bizim ölkəyə aid olan toxunulmaz ərazimiz sayılır. Dünən bir ovuc düdəmə radikal “dindar” bizim ərazimizə soxuldu. Təəssüf ki, onlar heç bir müqavimətlə rastlaşmadı. Bəyəm, çox böyük heyətlə …
Read More »Putin taxıl probleminin həllində iştirakına görə Ərdoğana təşəkkür edib
Rusiya Prezidenti Vladimir Putin Ukrayna taxılının tədarükü və Rusiya məhsullarının daşınması probleminin həllində iştirakına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Boyukmillet.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Putin Ərdoğanla Soçidə keçirilmiş görüş zamanı bildirib. “Tədarük prosesinə start verilib. Rusiya ərzaq məhsullarının və gübrələrinin də dünya bazarlarına çıxarılması və fasiləsiz tədarükü haqqında qərar qəbul edilməsinə görə sizə minnətdarlığımı …
Read More »İsrail ordusu Qəzza zolağına zərbələr endirir
İsrail Müdafiə Ordusu (ÇAXAL) Qəzza zolağındakı hədəflərə zərbələr endirir. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb. “ÇAXAL hazırda da Qəzza zolağına zərbələr endirir. İsrailin arxa cəbhəsində xüsusi vəziyyət elan edilib”, – İsrail Müdafiə Ordusunun məlumatında deyilir.
Read More »Gürcüstanda tutulan şəxs Azərbaycana ekstradisiya edilib
Gürcüstanda tutulan şəxs Azərbaycana ekstradisiya edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Gürcüstan Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmiz ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən …
Read More »Ərdoğan və Putinin görüşü başlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Danışıqlar Soçidəki “Rus” sanatoriyasının “İmperial” korpusunun “Yaşıl” zalında gedir.
Read More »Azərbaycan dünya çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
Gənc cüdoçulardan ibarət Azərbaycan milli komandası Ekvadorun Quayakil şəhərində keçiriləcək dünya çempionatına Bakıda hazırlaşır. Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən verilən məlumata görə, qurumun vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli, ACF prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu və performans direktoru Mark van der Ham yığmanın təlim-məşq toplanışında iştirak edərək, onların hazırlıqları ilə maraqlanıblar. Məmmədli idmançılara uğurlar arzulayıb, onların ölkəmizə yeni …
Read More »Laçında şəhid olan əsgərlərdən biri Ağstafada, digəri Bakıda dəfn olunacaq
Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Əliyev Tahir Çingiz oğlu Ağstafa rayonunda dəfn olunacaq. Boyukmillet.com-un məlumatına görə, 2002-ci il təvəllüdlü Tahir Əliyev Ağstafa rayonunun Xətai kənd sakinidir. Şəhidin nəşi sabah Ağstafa rayonunun Yenigün kənd qəbiristanlığında torpağa tapşırılacaq. Bundan əlavə, hadisə nəticəsində şəhid olan 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd …
Read More »Azərbaycan Ordusunun Laçında yaralanan əsgəri həlak olub
Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib. Boyukmillet.com xəbər verir ki, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər …
Read More »Rəşad Nəbiyev Qubada vətəndaşları qəbul edib
Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Quba şəhərində vətəndaşlarla görüşüb. Boyukmillet.com xəbər verir ki, qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri iştirak ediblər. Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Nazir müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar