Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycan Ordusunun “Qisas” əməliyyatı Pakistan mətbuatında

Pakistanın “Daily İttehad”, “İslamabad Post” qəzetlərində, “Pakistan Economic Net”, “Diplomatic News Agency”, “Gulf Observer” xəbər agentliklərində, eləcə də Centreline jurnalının veb səhifəsində Azərbaycan Müdafiə Nazirliyinin “Qisas” cavab əməliyyatı haqqında rəsmi məlumatı yayımlanıb. Boyukmillet.com xəbər verir ki, bəhs olunan məqalələrdə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin 2020-ci il 10 noyabr tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq …

Read More »

Azərbaycanın Londondakı Səfirliyinə radikal dini dəstə hücum edib

Azərbaycan Xarici İşlər Nazirliyi Londondakı səfirliyə qarşı törədilən təxribat hadisəsi ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli …

Read More »

Ağaevli Əli Hacı: – Əlimdən tuta bilmədin…

Əlimdən tuta bilmədin,ölümdə əl vermir hələ! Adam olumun içindəgecə-gündüz ölür belə! Yayın yağışı çox oldu,yaz da yedi yay payımdan! Göydə bulud ağlamazdı,ağladı iç harayımdan! Ağ ciyərimin havasıylaüzümü tutdum payıza. Ayrılıq düşərgəsindənsözü ötürdüm kağıza! Bu durnalar hara uçur,qoşarmı məni köçünə?! Qəriblik örtə üstümü,qərib səsinə keçinəm…! Uşaq vaxtı çiçək dəribəlimi qana boyadım! Özümdən elə doymuşam,İlahi ! Səndən doymadım!Əlimdən tuta bilmədin,ölümdə əl vermir …

Read More »

MSK-da yeni şöbə və sektorlar yaradılıb, daha bir şöbənin adı dəyişdirilib

Mərkəzi Seçki Komissiyasının (MSK) Katibliyinin strukturunda dəyişiklik edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasının gündəliyinə daxil edilib. Məsələ barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib. R.Qasımov bildirib ki, MSK-da bir qrup formalaşdırılıb: “Araşdırma nəticəsində qərara gəlinib ki, Katiblikdə yeni formatda dəyişikliklərin edilməsinə ehtiyac var. Ona görə də belə qənatə gəlinib ki, İnsan resursları sektoru …

Read More »

Zəngəzur dəhlizinin tikintisi 57 faiz icra olunub

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan və uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir. Boyukmillet.com xəbər verir ki, avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəli olaraq beynəlxalq magistral normalara uyğun inşa edilir. Yolun ilk 77.5 km-lik hissəsinin 6, qalan 46.1 km-lik hissəsinin isə …

Read More »

Azərbaycan Qarabağın turizm potensialını qiymətləndirir

Dövlət Turizm Agentliyi Qarabağın turizm potensialını qiymətləndirmək üçün ilkin diaqnostika aparır. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Agentliyin turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov bildirib. “Bu diaqnostika hesabına artıq müəyyən nəticələr var. Eyni zamanda biz paralel olaraq turizm infrastrukturunun yaradılması istiqamətində işlər aparırıq. Ölkə prezidentinin tapşırığına əsasən, dövlət investisiya proqramı çərçivəsində Tuğ, Suqovuşan və Daşaltı kəndləri, Hadrud qəsəbəsi …

Read More »

Bakıda minik avtomobili avtobusla toqquşub

Bu gün saat 14:00 radələrində Bakının Hövsan şosesində (Qum Adası istiqamətində) 132 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TG-079 DQN-lı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Daşıyıcı şirkət “Kral-Transport MMC-dən verilən ilkin məlumata əsasən, “Mercedes” markalı minik avtomobili yolun əks istiqamətinə çıxaraq avtobusla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü xəsarət alıb. Avtobusda olan sərnişinlərdən xəsarət alan yoxdur. “Son vaxtlar bu …

Read More »

Azərbaycan Ordusunun hərbçiləri beynəlxalq təlimdə iştirak edirlər

Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndələri Amerika Birləşmiş Ştatları ilə “Avrasiya Tərəfdaşlığı” proqramı çərçivəsində 01-05 avqust 2022-ci il tarixlərində Rumıniyanın Konstansa şəhərində keçirilən “Minalara qarşı tədbir və dalğıc hazırlığı təlimi”ndə iştirak edirlər. Hər il keçirilən bu təlimin əsas məqsədi minalara qarşı mübarizə üsulları, dənizdə təhlükəsizlik əməliyyatları və infrastrukturun mühafizəsi mövzularında tərəfdaşlarla müzakirə və təcrübə mübadiləsi aparmaq, eləcə də peşəkar …

Read More »

I Qarabağ müharibəsi qazisi: “Birdəfəlik ödənişi qızlarımın ehtiyaclarına xərcləyəcəm”

“İkinci dərəcə əlilliyə görə 6 600 manat birdəfəlik ödənişi almışam. Bununla bağlı mənə SMS göndərilib. Vəsait artıq kart hesabımdadır. Həmin pulu qızlarımın müəyyən ehtiyacları üçün istifadə edəcəm”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Birinci Qarabağ müharibəsi qazisi, ikinci dərcəli əlil Niyazi Quliyev deyib. O bildirib ki, 1991-ci il noyabrında ordu sıralarına yazılıb və “N” saylı hərbi hissədə xidmət edib: “Elə …

Read More »