Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

“Qərbi Azərbaycan İcması” adlı yeni təşkilat yaradılıb

“Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib. Bu barədə “Report”a təşkilatdan məlumat verilib. Bildirilib ki, yığıncağın gündəliyinə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili), “Qərbi Azərbaycan İcması”nın Nizamnaməsinin təsdiq olunması, “Qərbi Azərbaycan İcması”nın İdarə Heyəti, Müşahidə Şurası və Nəzarət-Təftiş Komissiyasının üzvlərinin və sədrlərinin seçilməsi məsələləri daxil edilib. Səsvermə nəticəsində “Azərbaycan Qaçqınlar Cəmiyyəti” …

Read More »

Azərbaycan MN erməni silahlılarından azad olunan yüksəkliklərin adını açıqlayıb

“Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb. “Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür”, – nazirlikdən qeyd olunub. 

Read More »

MN: “Erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır”

“Üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır”. Boyukmilet.com xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb. “Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür”, – nazirlikdən bildirilib. 

Read More »

Müdafiə Nazirliyi xəbərdarlıq edib: “Əks cavab tədbirləri daha da sarsıdıcı olacaq”

Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd edək ki, bu gün Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib.

Read More »

ATƏT Azərbaycan və Ermənistana çağırış edib

“Cənubi Qafqazda silahlı insidentlər və insan itkiləri ilə bağlı xəbərlərdən son dərəcə narahatıq”. Boyukmillet.com xəbər verir ki, bunu Polşanın ATƏT-dəki sədrliyi tviterdə açıqlayıb. “Biz Azərbaycan və Ermənistanı gərginliyin azaldılması və dialoqun bərpası üçün bütün lazımi tədbirləri görməyə çağırırıq. Biz regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləməkdə qərarlıyıq”, – açıqlamada qeyd olunub. Xatırladaq ki, yanvarın 1-dən etibarən Polşa bir illik Avropada …

Read More »

Baş nazir koronavirusla mübarizə ilə bağlı yeni qərar imzalayıb

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci il sentyabrın 1-dək uzadılıb.

Read More »

Erməni terrorçularının 1 hərbi hissəsi və azı 1 postu məhv edilib

Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində erməni terrorçu qruplaşmalarına qarşı həyata keçirdiyi cəza tədbirləri nəticəsində Kəlbəcər rayonunun Heyvalı kəndində artilleriya hərbi hissəsi və azı bir post məhv edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb. Qeyd olunub ki, qanunsuz silahlı dəstələrin üzvləri arasında xeyli sayda ölənlər və yaralananlar var. Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin …

Read More »

Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun tikintisi yekunlaşır

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisidir. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri yekunlaşmaq üzrədir. Hazırda layihə üzrə işlər son yekunlaşdırma mərhələsindədir. “İnşaat Norma və Qaydaları”na uyğun olaraq torpaq işləri bitən ərazilərdə yol geyimi …

Read More »

Azərbaycan Ordusu antiterror əməliyyatı keçirib, 4 erməni terrorçusu məhv edilib, 15-i yaralanıb

Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçirib. Boyukmillet.com-un xəbərinə görə, nəticədə 4 erməni terrorçusu məhv edilib, 15-i yaralanıb. Əməliyyat çərçivəsində terrorçuların gizləndikləri sığınacaq və mövqelərə zərbələr endirilib, silah-sursat anbarları sıradan çıxarılıb. Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər …

Read More »