Nuru Paşa (Mustafa Nuri Killigil) komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən yağlı boya rəsm müsabiqəsi təşkil ediləcək. Boyukmillet.com xəbər verir ki, mövzu “Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycana gəlişini, Bakının işğaldan azad edilişini və Nuru Paşanı necə təsvir edərdiniz?” adlanır. İştirak şərtləri və müraciət qaydası • Müsabiqədə …
Read More »Yearly Archives: 2022
Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mədədov Urfan İsə oğlunun xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi sosial şəbəkə hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkarlanıb: “Sosial şəbəkələrdə özünü zabit kimi təqdim edən …
Read More »Fransa Azərbaycana 130 minaaxtaran detektor hədiyyə edib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə Fransanın ölkəmizdəki səfirliyi arasında avqustun 3-də həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə təqdimat mərasimi keçirilib. Bu barədə ANAMA-dan məlumat verilib. Bildiirlib ki, agentliyin Horadiz regional mərkəzində baş tutan tədbirdə 25 fevral 2022-ci il tarixli Niyyət Bəyannaməsinə əsasən ANAMA-ya Fransa səfirliyi tərəfindən 130 ədəd minaaxtaran detektor hədiyyə edilib. Baş tutan təqdimat tədbirində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin …
Read More »İqtisadiyyat Nazirliyinə daha iki səlahiyyət verilib
Prezident İlham Əliyev “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində aldığı istehsal və yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 12 iyul 2016-cı il tarixli fərmanında dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyi ƏDV-nin qaytarılması ilə bağlı vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və …
Read More »İlham Əliyev və Mehriban Əliyeva “Grand-Agro İnvitro” MMC-nin müəssisəsi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Grand-Agro İnvitro” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsinin fəaliyyəti ilə tanış olublar və “Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinin badam emalı zavodunun açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Grand-Agro İnvitro” MMC-nin icraçı direktoru Taleh Zeynalov dövlətimizin başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verdilər. İqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft …
Read More »Birdəfəlik ödəmələrin verilməsi göstərir ki, müharibə iştirakçılarının hər biri Azərbaycan dövləti üçün əzizdir- Emin Həsənli
Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verilib. Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Xatırladaq ki, lk olaraq sənədləri e-sistemdə olan 11 minədək müharibə əlilinə proaktiv qaydada ödəmə təyin olunaraq bank hesablarına köçürülüb. “Ölkə başçısı İlham …
Read More »Baş Prokurorluq Şuşaya səfər etmək istəyənlərə müraciət ünvanlayıb
Baş Prokurorluq Şuşa şəhərinə səfər etmək istəyən vətəndaşlara müraciət ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı qurumun Mətbuat Xidməti videoçarx hazırlayıb. Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən hazırlanmış videoda Şuşaya səfər etməyin qaydası ilə bağlı vətəndaşlarımıza izah verilib.
Read More »Sabah havanın temperaturu 41 dərəcəyədək yüksələcək
Avqustun 4-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin …
Read More »XİN: “Azərbaycan ərazisində baş verən insidentin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
Azərbaycan Xarici İşlər Nazirliyi qeyri-qanuni erməni silahlı dəstələrinin Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması və Azərbaycan əsgərinin şəhid olmasını pisləyən bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, 3 avqust 2022-ci il tarixində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində …
Read More »Azərbaycan Ordusunun şəhid olan əsgəri Şəmkirdə dəfn olunacaq
Azərbaycan Ordusunun bu gün şəhid olan əsgəri, 2004-cü il təvəllüdlü Anar Kazımov Şəmkir rayonunda dəfn olunacaq. Bu barədə Şəmkir Rayon İcra Hakimiyyətindən məlumat verilib. Qeyd olunub ki, şəhidin nəşi doğulduğu Qaracəmirli kənd qəbiristanlığında torpağa tapşırılacaq. Məlumata görə, şəhid A.Kazımov subay olub. Onun bir bacısı və bir qardaşı var. Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar