Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə atəşkəsin pozulması iddialarını təkzib edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində yayılan məlumatda bildirilib. “Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır və həqiqəti əks etdirmir”, – nazirlikdən qeyd olunub.
Read More »Yearly Archives: 2022
Pənahəli xanın İspaniyada yaşayan varisi Şuşaya gedəcək
Şuşada keçiriləcək Diaspor Gənclərinin III Yay Düşərgəsində Qarabağ xanlığının qurucusu Pənahəli xanın nəslindən olan gənc də iştirak edəcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. İspaniyada doğulub böyüyən Məhəmmədəli Əkbərov iştirak etmək üçün vətənə gəlib. O, “Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramının qonağı olub, ulu babaları və mənsub olduğu nəslin şəcərəsi, eyni zamanda, ailələrində həmin şəcərəni əks etdirən sənədlərin …
Read More »Yaxın iki ayda 500 şəhid ailəsi və qazi evlə təmin olunacaq
“Yaxın iki ayda 500 nəfər şəhid ailəsi və qazi fərdi ev və mənzillə təmin olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudov deyib. O bildirib ki, ümumilikdə bu il 1500 şəhid ailəsi və qazinin mənzil və fərdi evlərlə təmin olunması nəzərdə tutulub: “Həmin şəxslərdən artıq 600 nəfərə ev və mənzillər təqdim olunub. Yaxın iki …
Read More »Bu gün Ümumdünya Hepatitlə Mübarizə Günüdür
Bu gün Ümumdünya Hepatitlə Mübarizə Günüdür. Boyukmillet.com xəbər verir ki, 2010-cu ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə iyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günü elan edilib. Həmin günün iyulun 28-də qeyd olunması hepatit B virusunu kəşf edən, ona qarşı ilk vaksini yaradan və bu uğura görə Nobel mükafatına layiq görülən professor Barux Blumbergin doğum tarixi ilə əlaqədardır. Sürətlə artan xəstəliklər …
Read More »Tovuzda qətlə görə tutulan şəxslərin digər cinayət əməlləri də üzə çıxıb
Tovuzda qətlə görə tutulan şəxslərin digər cinayət əməlləri də üzə çıxıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iyulun 27-də qəsdən adam öldürmədə şübhəli bilindiklərinə görə tutulan E.Bağırovun və Q.Quliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların İbrahimhacılı kənd sakinləri – R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyevlə …
Read More »Türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının növbəti konfransı keçirilib
İyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclası keçirilmişdir. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın xüsusi xidmət orqanlarının rəhbərləri və nümayəndələri iştirak etmişlər. İclasda üzv dövlətlərin təhlükəsizlik təşkilatlarının rəhbərlərinin məruzələri dinlənilmişdir. Boyukmillet.com bildirir ki, DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxışında rəhbəri olduğu …
Read More »Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
Türkiyənin Milli Kəşfiyyat İdarəsi İraqın şimalında yerləşən Süleymaniyə bölgəsində növbəti antiterror əməliyyatı keçirib. Boyukmillet.com xəbər verir ki, nəticədə PKK terror qruplaşmasının rəhbərliyində təmsil olunan Hatice Hezer məhv edilib. Terrorçu PKK-nın “şura” üzvü kimi fəaliyyət göstərirmiş. Əməliyyatın detalları açıqlanmayıb.
Read More »Prokurorluq abituriyentin intiharı ilə bağlı açıqlama verib
Baş Prokurorluq abituriyentin intiharı ilə bağlı açıqlama verib Boyukmillet.com xəbər verir ki, Şərur rayon sakini, 2005-ci il təvəllüdlü Rzayeva Laçın Ümman qızının iyulun 23-də yaşadığı evin həyatyanı sahəsindəki bağda özünü asaraq intihar etməsi faktı ilə bağlı hazırda Şərur Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, L.Rzayeva abituriyent olub.
Read More »Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Rusiyada səfərdədir
Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) “G-121” və “G-129” gözətçi gəmiləri Rusiyada səfərdədir. Hərbi dənizçilərimiz Rusiyanın Xəzər Dəniz Flotilyasının Kaspiysk Limanında təntənəli qarşılanma mərasimi keçirilib. Qeyd edək ki, Azərbaycan HDQ-nin gəmi və şəxsi heyəti bir sıra tədbirlərdə iştirak edəcək.
Read More »Jurnalistikaya qabiliyyət imtahanının vaxt açıqlanıb
Dövlət İmtahan Mərkəzi iyulun 31-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək. Boyukmillet.com xəbər verir ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər. İmtahanda 703 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahan Bakı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar