Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının XİN başçısı Sergey Lavrov arasında keçirilən görüşün yekunlarına əsasən Azərbaycan və Rusiya Federasiyası arasında 2023-2024-cü illər üzrə XİN-lərarası məsləhətləşmələr Planı imzalanıb. Boyukmillet.com xəbər verir ki, bundan başqa, Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş poçt markasının təqdimetmə mərasimi keçirilib.
Read More »Yearly Archives: 2022
Bu il Azərbaycanda 3 tondan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb
Daxili işlər orqanları tərəfindən 2022-ci ilin əvvəlindən bu günə kimi qanunsuz dövriyyədən 3 ton 320 kiloqram müxtəlif növ narkotik vasitə və 323 kiloqram psixotrop maddə çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində küllli miqdarda narkotik vasitə və psixotrop maddənin paytaxt ərazisinə gətirilərək realizə edilməsinin qarşısı alınıb. Belə ki, …
Read More »Lavrov: “Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına töhfə vermək niyyətindəyik”
Rusiya Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına, sərhədin delimitasiyasına və sülh müqaviləsinin imzalanmasına yardım etmək niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşündə deyib. “Biz həm nəqliyyat əlaqələrinin açılmasına, həm sərhədin delimitasiyasına, həm sülh müqaviləsinin bağlanmasına və ümumilikdə, ictimai strukturlar, politoloqlar və parlamentarilər arasında əlaqələrin inkişaf etdirilməsi yolu ilə …
Read More »Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilir
Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb. “Report”un Rusiya bürosu xəbər verir ki, görüş Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Qəbul Evində keçirilir. XİN rəhbərləri görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə edəcək, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələləri üzrə fikir …
Read More »Şəmkir sakinlərindən 10 kq-dan çox narkotik götürülüb
Şəmkir sakinlərindən 10 kq-dan çox narkotik götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Şəmkir rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri – Elşad İbrahimov və Nurəddin …
Read More »Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi keçirilir
Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Ssenariyə uyğun olaraq …
Read More »Qeyri-sabit, yağıntılı hava şəraiti həftə sonunadək davam edəcək
Qeyri-sabit, yağıntılı hava şəraiti Bakı və Abşeron yarımadasında həftə sonunadək davam edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, şimalda yaranan Arktik mənşəli siklonun və soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hazırda respublika ərazisində qeyri-sabit, yağıntılı, soyuq hava şəraiti müşahidə olunur: “Mövcud sinoptik şəraitlə əlaqədar havanın temperaturu enib. Hazırda …
Read More »Azərbaycanın gələn il üçün büdcə gəlirləri və xərcləri 53 milyon manat artırılır
Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri 53,278 milyon manat artırılır. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili qurumun bu gün keçirilən iclasında bildirib. Onun sözlərinə görə, yenilənmiş layihədə büdcə gəlirləri 30 720,7 milyon manatdan 30 773,978 milyon manata, büdcə xərcləri isə 33 300 milyon manatdan 33 353,278 milyon …
Read More »Azərbaycan Prezidenti Türkmənistanın Baş nazirinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib. Boyukmillet.com xəbər verir ki, Rəşid Meredov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Sərdar Berdiməhəmmədova və Qurbanqulu Berdiməhəmmədova çatdırmağı xahiş edib. Söhbət zamanı …
Read More »Azərbaycanın 4-cü peykini orbitə İlon Maskın şirkəti buraxa bilər
“Biz növbəti yerüstü müşahidə peykinin – “AzerSky 2”nin orbitə buraxılması üçün tender elan edəcəyik. Bu gün bunu dünyada ən aşağı qiymətə edən İlon Maskın (Elon Musk) rəhbərlik etdiyi ABŞ-nin “Space X” şirkətidir”. Bunu “Report”a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib. “Sayca 4-cü olacaq bu peyk 3 ildən sonra orbitə buraxılacaq. Əminəm …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar