Bərdədə kişi arvadının evini yandırıb. Boyukmillet.com xəbər verir ki, hadisə ötən gecə Əliyanlı kəndində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Abdullayev Şikar Nurəddin oğlu, ondan boşanmaq istəyən həyat yoldaşı Kərimova Cəmilə Firdovsi qızına məxsus olan evi yandırıb. Məlumata görə, Ş.Abdullayev C.Kərimovanın ikinci həyat yoldaşıdır. Son vaxtlar onlar arasında tez-tez ailə münaqişəsi baş verir. Bu səbəbdən Cəmilə Məmmədova boşanmaq üçün …
Read More »Yearly Archives: 2022
Azərbaycan Badminton Federasiyası 6 aylıq hesabatını təqdim edib
Azərbaycan Badminton Federasiyası (ABF) ilə DOST Mərkəzi arasında əməkdaşlıq baş tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə ABF-nin baş katibi Ramil Hacıyev bildirib. Bu gün media nümayəndələri üçün ABF yeni rəhbər təyinatından sonra keçən 6 ayın hesabatını verib. DOST Mərkəzi ilə əməkdaşlıq çərçivəsində 5 iyulda Abşeron Olimpiya İdman Kompleksində badminton zalı istifadəyə verilib. Bildirilib ki, 2023-cü ildə Avropa Badminton Konfederasiyasının …
Read More »Türkiyə kəşfiyyatı “Kəndal erməni”ni zərərsizləşdirib
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada xüsusi əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, PKK/YPG-nin bu ölkənin şimal-şərqində Türkiyə ilə sərhəddə yerləşən Ayn-əl-Ərəb (Kobani) şəhəri üzrə terror əməliyyatlarına cavabdehlik daşıyan “Kəndal erməni” kod adlı Şahin Tekintanğacı zərərsizləşdirib. Təhlükəsizlik qüvvələri əvvəllər Ağrı, Qars, Van, Bingöl, Bitlis və digər kəndlərdə terror təşkilatı adına fəaliyyət göstərən terrorçu Tekintanğacın yerini müəyyən edib. O, bir çox terror aktlarında şəxsən iştirak edib.
Read More »Hacıqabul sakini bıçaqlanıb
İyulun 23-də gecə saatlarında Hacıqabul rayon sakini Vüsal Məmmədovun sinə nahiyyəsinə bıçaqla yetirilmiş xəsarət ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Hacıqabul Rayon Polis Şöbəsinə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirməkdə şübhəli bilinən İlkin Məmmədov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf …
Read More »Azərbaycan XİN Misiri təbrik edib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Misiri Milli Gün münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib. “Misir Ərəb Respublikasının Milli Günü münasibətilə Misir hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi bildiririk. Milli bayramınız mübarək, Misir!”, – paylaşımda qeyd edilir.
Read More »Kaliforniyada meşə yanğınları səbəbindən minlərlə sakin təxliyə edilir
ABŞ-ın Kaliforniya ştatında güclü meşə yanğınları 6 min insanı təxliyə edilir. Güclü yanğın mənbəyi ABŞ-ın ən çox ziyarət edilən təbiət parklarından biri olan Yosemit Milli Parkının yaxınlığında yerləşir. Burada baş verən yanğın nəticəsində yaxınlıqdakı iki mindən çox ev və təşkilat işıqsız qalıb. Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin məlumatına görə, yanğının əhatə etdiyi ərazi 40 kvadrat kilometrə çatıb. Yanğının …
Read More »Kiyev əlavə olaraq 30 ədədə qədər HIMARS ala bilər
Ukrayna ABŞ və digər Qərb ölkələrindən daha bir neçə HIMARS raket kompleksi ala bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin rəhbəri Adam Smit bildirib. Onun sözlərinə görə, Vaşinqton bacardığı qədər HIMARS verməyə hazırdır. “Düşünürəm ki, indi məqsəd 25-30 reaktiv yaylım atəşi sistemlərinin sayına çatmaqdır. Bu, HIMARS və Böyük Britaniya və …
Read More »Meksikada yaşayış binasında partlayış olub, ölən və xəsarət alanlar var
Meksikanın qərbindəki Xalisko ştatının paytaxtı Qvadalaxarada yaşayış binası güclü partlayış nəticəsində dağılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar İdarəsi tviter səhifəsində məlumat yayıb. Məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, daha 7 nəfər xəsarət alıb. “Beş binaya və üç avtomobilə ziyan dəyib, yeddi nəfər yaralanıb, bir nəfər ölüb”, – paylaşımda deyilir. Zərərçəkənlər, o cümlədən iki azyaşlı xəstəxanaya …
Read More »Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Biləsuvar – Bəhrəmtəpə avtomobil yolunun rayonun İsmətli kəndindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı “VAZ-21015” markalı minik avtomobili piyada, 1986-cı il təvəllüdlü Fərhadov Fərhad Ələddin oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Read More »Goranboyda mikroavtobus aşıb, 15 nəfər xəsarət alıb
Goranboyda fəhlələri daşıyan mikroavtobus aşıb, çox sayda xəsarət alanlar var. Boyukmillet.com xəbər verir ki, hadisə Qaramusalı kəndində qeydə alınıb. Fəhlələri daşıyan “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşması nəticəsində 15 nəfərə yaxın sərnişin müxtəlif xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyətləri dəqiqləşdirilir. Faktla bağlı araşdırmalara başlanılıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar