Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

İşğaldan azad edilən ərazilərimizə böyük qayıdışın növbəti köçü baş tutub

İşğaldan azad edilən ərazilərimizə böyük qayıdışın növbəti köçü baş tutub. Boyukmillet.com xəbər verir ki, Zəngilanın Ağalı kəndindən olan daha 10 ailə (48 nəfər) bu gün öz doğma torpaqlarına köçürülüb. Sakinləri Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb. Sakinlərə doğma ocaqlarına qayıtmaları münasibətilə göz aydınlığı verilib. Onların yaşayışı üçün kənddə hər cür şəraitin yaradıldığı …

Read More »

“Qazilərin hamısı psixoloji testdən keçirilməli və reabilitasiyaya cəlb olunmalıdırlar” – RƏY

Vətən müharibəsinin başa çatmasından iki ilə yaxın müddət keçib. Döyüşlər bitəndən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mütəmadi qaydada şəhid ailələrinə, müharibə iştirakçılarına və ailə üzvlərinə psixoloji yardım göstərilməsi ilə bağlı xəbərlər yayır. Son zamanlar isə qazilərlə bağlı bəzi xoşagəlməz hadisələr baş verib. Psixoloq Taryel Faziloğlu “Report”a açıqlamasında bildirib ki, bir qazinin müharibə zamanı hansı travmaya məruz qalmasını öyrənmək üçün …

Read More »

Allahşükür Paşazadə Gürcüstanda xüsusi ordenlə təltif ediləcək

Gürcüstan Patriarxlığı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə üçün xüsusi medal hazırlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan Pravoslav Kilsəsinin yepiskopu Mitropolit Şio QMİ sədri və Gürcüstan Patriarxı II İlya arasında keçirilən görüşdə bildirib. Onun sözlərinə görə, A.Paşazadə özəl medala Gürcüstan-Azərbaycan dinlərarası və millətlərarası münasibətlərin inkişafına verdiyi böyük töhfələrə görə layiq görülüb. Baş keşiş qeyd edib ki, medal QMİ sədrinə sabah …

Read More »

Lefkoşada Kıbrıs Barış Hərəkatının 48-ci ildönümü qeyd edilir – FOTO

Quzey Kıbrıs Kipr Türk Cümhuriyyəti (KKTC) Kıbrısda keçirilən Barış Hərəkatının 48-ci ildönümünü qeyd edir. Əlamətdar tarix münasibətilə tədbirlər Lefkoşadakı Atatürkün məqbərəsinə əklil qoyulması ilə başlayıb. Boyukmillet.com xəbər verir ki, mərasimdə KKTC prezidenti Ersin Tatar və Türkiyənin vitse-prezidenti Fuat Oktay iştirak edib. Əvvəlcə bir dəqiqəlik sükutla yad edilib, daha sonra Quzey Kıbrıs Türk Cümhuriyyətinin dövlət himni səsləndirilib. KKTC Prezidenti və Türkiyənin vitse-prezidenti kompleksdə açılan …

Read More »

Azərbaycan və Türkiyə mühəndis-istehkamçıları birgə məşğələlər keçirlər

2022-ci ilin hazırlıq planına əsasən Mühəndis Qoşunlarında şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədilə müntəzəm olaraq nəzəri və praktiki dərslər, məşğələlər keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Türkiyə Silahlı Qüvvələrinin mütəxəssislərinin də iştirakı ilə keçirilən dərslərdə hərbi qulluqçular xüsusi hazırlanmış mühəndis şəhərciyində minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirirlər. Məşğələlərin keçirilməsində əsas …

Read More »

Türkiyənin ailə və sosial xidmətlər naziri Şuşaya gedib

Azərbaycanda səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın başçılıq etdiyi nümayəndə heyəti Şuşaya gedib. Boyukmillet.com xəbər verir ki, səfərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da iştirak edir. Xatırladaq ki, D.Yanık Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın dəvəti ilə Azərbaycana rəsmi …

Read More »

Azərbaycan neftinin qiyməti 121 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,32 ABŞ dolları, yaxud 0,27 % artaraq 120,53 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 106,92 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə …

Read More »

ADB: “Azad edilən torpaqlara investisiyalar tikinti sektorundakı 5 illik geriləmənin qarşısını alıb”

44 günlük müharibə nəticəsində azad edilmiş Azərbaycan torpaqlarına investisiyalar, tikintinin 5,2 % artmasına səbəb olub və sektordakı 5 illik geriləmənin qarşısını alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) “Asian Development Outlook-2022” iyul hesabatında bildirilib. Bu ilin may ayında Azərbaycan iqtisadiyyatı 7,2 % böyüyüb ki, bu da qeyri-neft sektorunda yüksək artımı əks etdirir. Hesabata görə, ADB Qafqaz və Mərkəzi Asiya regionu …

Read More »

ÜST koronavirusdan ölüm hallarının daha da artacağı barədə xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxma hallarının getdikcə artdığını qeyd edərək, yaxın həftələrdə dünya ölkələrində koronavirusdan ölüm hallarının daha da artacağı barədə xəbərdarlıq edib. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus yeni yoluxma hallarının sayının son 6 həftədə demək olar, iki dəfə artdığını vurğulayıb. “COVID-19-dan ölüm hallarının sayı yoluxmaların sayı qədər sürətli olmasa da, …

Read More »