Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Türkiyəli nazir Şuşaya səfər edəcək

“Türkiyə və Azərbaycan münasibətlərinin tərifə ehtiyacı yoxdur. Biz “Bir millət – iki dövlət” şüarı ilə hərəkət edən iki ayrı toplumuq. Beləliklə, münasibətlərimizin səmimiyyəti və gücü məsələsində açıqlama verməyə gərək yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık bildirib. “Azərbaycan və Türkiyə bölgədəki əməkdaşlığı ilə həm dünyada, həm də türk dünyasında təhlükəsizlik …

Read More »

Haluk Bayraktar: “PUA-larımızı Rusiyaya tədarük etməmişik və gələcəkdə də etməyəcəyik”

“Türkiyənin “Baykar Makina” şirkəti heç vaxt “Bayraktar” pilotsuz uçuş aparatlarını (PUA) Rusiyaya tədarük etməyib və Ukraynanı dəstəklədiyi üçün gələcəkdə də etməyəcək”. Boyukmillet.com xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində şirkətin baş direktoru Haluk Bayraktar deyib. Onun sözlərinə görə, Türkiyə ilə Ukrayna arasında münasibətlər strateji xarakter daşıyır: “Bu, müdafiə və aerokosmik sektorlara da aiddir. Türkiyə Ukraynada PUA istehsalını dəstəkləyir, öz dronları …

Read More »

Bakıda özünü binadan atan ana və övladının son durumu açıqlanıb

Bakıda intihara cəhd edən ana və övladının son durumu açıqlanıb. TƏBİB-dən  bildirilib ki, 1997-ci il təvəllüdlü qadın müxtəlif növ bədən xəsarətləri ilə, 2019-cu il təvəllüdlü uşaq isə qolunda və budunda sınıqlarla Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qeyd olunub ki, hazırda qadının vəziyyəti olduqca ağır, uşağın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir. Qeyd edək ki, hadisə Yeni Yasamal yaşayış kompleksində baş verib. Belə …

Read More »

Türkiyəli nazir: “Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu bütün dünyaya örnəkdir”

“1915-ci ildə Çanaqqalada çiyin-çiyinə necə savaşıblarsa, Nuru paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun igidləri də eyni duyğu ilə döyüşüblər”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık Bakıdakı Türk Şəhidliyində xatirə dəftərində qeyd edib. “Azərbaycanda şəhid olan əsgərlərimiz Türkiyə və Azərbaycan arasındakı güclü qardaşlıq əlaqələrinin heç vaxt sarsılmayacağının sübutudur. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu bütün dünyaya …

Read More »

Şuşada yaşayanlara tibbi xidmətlərin göstərilməsi qaydası açıqlanıb

“Şuşada yaşayanlar üçün tibbi xidmətlərin göstərilməsində heç bir problem yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov deyib. O qeyd edib ki, Qala şəhərdə yaşayanların tibbi göndərişləri aidiyyəti qaydada həyata keçirilir. Mərkəz direktorunun sözlərinə görə, Şuşada yaşayanlar üçün modul tipli xəstəxanada həkimlər bütün lazımi tibbi xidmətləri göstərir: “Vətəndaşlara ixtisaslaşmış həkim müayinəsi lazım olanda göndəriş Füzuli Rayon Mərkəzi …

Read More »

İnstitut: “Putin etnik rusları səfərbər etməmək üçün daha çox milli azlıqları döyüşə göndərir”

Rusiya Prezidenti Vladimir Putin etnik rusların ümumi səfərbərliyinə yol verməmək üçün Ukraynadakı müharibənin yükünü etnik azlıqların üzərinə qoymağa çalışır. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu (MAİ) məlumat yayıb. Bildirilib ki, V.Putinin bu cür hərəkətləri Rusiyanın etnik anklavlarında müqavimətə yol aça bilər. Qeyd olunub ki, Rusiyada tuvalı fəallardan ibarət müharibə əleyhinə təşkilat olan “Yeni Tuva” hərəkatı yaradılıb. …

Read More »

Özünü prokuror kimi təqdim edən şəxsin ibtidai istintaqı yekunlaşıb

Özünü prokuror kimi təqdim etməkdə təqsiləndirilən Süphan Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Boyukmillet.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki, məlum deyil. Qeyd edək ki, əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsiyyəti müəyyənləşdirilən Süphan Tağıyevin Sumqayıt şəhər Təhsil İdarəsinə özünü Anar adlı prokurorluq əməkdaşı …

Read More »

Prezidentin xüsusi nümayəndəsi: “Qarabağa böyük qayıdışın şahidi oluruq”

“Bu gün tarixi hadisənin – Qarabağa böyük qayıdışın, sakinlərin ilk köçürülməsinin şahidi oluruq”. Boyukmillet/com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib. “Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Məlumdur ki, cənab Prezident, Ali Baş komandanın rəhbərliyi ilə müzəffər ordumuz şanlı vətən müharibəsində qələbə qazanıb. Bu zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik, …

Read More »

Bu gündən Zəngilanın Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılır

Bu gündən əhalinin ilk qrupunun Zəngilanın Ağalı kəndinə köçürülməsinə başlanılır. Boyukmillet.com xəbər verir ki, proses 4 mərhələdə həyata keçiriləcək. Prosesin birinci mərhələsində 40-dan çox ailənin Ağalıya köçürülməsi planlaşdırılıb. Onlar arasında ortayaşlı sakinlər üstünlük təşkil edir. Vətəndaşların məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin olunacaq. Kənddə reallaşdırılan layihənin icrası – yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri …

Read More »

Zelenski: “Rusiya qoşunlarının mövqelərini qorumaları getdikcə çətinləşir”

Ukrayna Silahlı Qüvvələri hədəfli zərbələr endirdiyi üçün Rusiya qoşunlarının mövqelərini saxlamaq getdikcə çətinləşir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində deyib. Onun sözlərinə görə, Ukrayna hərbçiləri Rusiya qoşunlarını xeyli maddi-texniki itkilərə məruz qoyub. “Rusiya ordusunun işğal olunmuş ərazilərdə mövqe tutması getdikcə çətinləşir. Biz addım-addım irəliləyirik, işğalçıların təchizatını kəsirik, əməkdaşlıq edənləri aşkarlayıb zərərsizləşdiririk. Perspektiv göz qabağındadır – …

Read More »