Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

XİN-in rəhbər heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Bu gün Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti və diplomatik nümayəndəliklərin rəhbərləri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN tvitterdə paylaşım edib. Qeyd edək ki, 9 iyul Azərbaycan Xarici İşlər Nazirliyi diplomatik xidmət orqanlarının yaradılması günüdür.

Read More »

Azərbaycan neftinin qiyməti 121 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,53 ABŞ dolları, yaxud 1,28% artaraq 121,25 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 107,15 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci …

Read More »

“Əziz Şuşa” beynəlxalq veloyürüşünün açılış mərasimi keçirilib

“Əziz Şuşa” beynəlxalq veloyürüşünün açılış mərasimi keçirilib. Boyukmillet.com-un məlumatına görə, Bakı şəhərinin Pirallahı rayonunda “Nərəkənd” parkında baş tutan tədbirdə əvvəlcə iştirakçı komandalar təqdim olunub. Daha sonra söz Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyevə verilib. M.Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin adından yarış iştirakçılarını salamlayıb. Azərbaycanı dünyada nümunəvi, tolerant ölkə kimi dəyərləndirən federasiya rəhbəri yarışı keçirməkdə məqsədlərinin dünya velosiped ailəsində sıx …

Read More »

Ukrayna Prezidentinin Ofisi: “Bir gecədə Rusiyanın 20 anbarını məhv etdik”

“Ötən gecə Rusiyanın arxa cəbhədə 20-dək silah-sursat anbarını məhv etmişik”. Boyukmillet.com  UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Oleksey Arestoviç ABŞ-ın HIMARS reaktiv yaylım atəşi sisteminin üstünlüyündən danışarkən vurğulayıb. Onun sözlərinə görə, Rusiya hərbçilərinin irəliləməsinin qarşısını almaq üçün onların arxa cəbhəsində anbarlarının məhv edilməsi çox vacibdir: “70 km-lik məsafəyədək dəqiq zərbə nəticəsində rəqib yeni anbarları cəbhə …

Read More »

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Boyukmillet.com  xəbər verir ki, təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər! Qurban bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, şərəfli xidmətinizdə uğurlar arzulayıram. Hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunan müqəddəs Qurban bayramı xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə təcəssüm …

Read More »

Xocavənddə Azərbaycan Ordusunun yeni hərbi hissəsi istifadəyə verilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin digər rəhbər heyəti və Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Qurban bayramı günündə Xocavənd rayonu ərazisində yeni istifadəyə verilmiş hərbi hissənin açılışını edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş hazırlığının və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə inşa edilmiş hərbi şəhərcik ərazisindəki qərargah, yeməkxana, tibb …

Read More »

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər kəsin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Allah bu mübarək bayram günlərində kəsilən bütün …

Read More »

MN: “Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub”

İyulun 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Read More »

Azərbaycan XİN diplomatik xidmət orqanlarının yaradılması münasibətilə paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) diplomatik xidmət orqanlarının yaradılması münasibətilə təbrik paylaşıb. Boyukmillet.com  xəbər verir ki, Azərbaycan XİN bu münasibətlə tvitterdə paylaşım edib. “Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasının 103-cü ildönümü münasibətilə xarici siyasət sahəsində fəaliyyət göstərən bütün həmkarlarımızı ürəkdən təbrik edirik. Peşə Bayramı Günümüz Mübarək!”, – Azərbaycanın Xarici İşlər Nazirliyinin tviter paylaşımında qeyd olunub.

Read More »

Naxçıvanda şəhid Toğrul Məmmədovun xatirəsinə həsr olunan cüdo yarışı keçirilib

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən, şəhid Toğrul Məmmədovun xatirəsinə həsr olunan cüdo üzrə Naxçıvan şəhər açıq turnirinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və şəhər Gənclər və idman idarəsinin birgə təşkil etdiyi turnirdə Naxçıvan cüdoçuları ilə yanaşı, Bakının “Neftçi”, “Çempion” və “Şahin” idman klublarının idmançıları mübarizə aparıblar. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal …

Read More »