Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatına yollanıb

Yeniyetmələrdən ibarət stolüstü tennis üzrə Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatında mübarizə aparacaq. Boyukmillet.com xəbər verir ki, komanda bu gün yarışın keçiriləcəyi şəhərə yola düşüb. Turnirdə məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə çıxış edəcək. Sabah başlanacaq birincilikdə oğlanlardan ibarət komanda E qrupunda Avstriya …

Read More »

Xəzərdə suyun səviyyəsinin tərəddüdünə səbəb olan əsas amillər açıqlanıb

Xəzər dənizində suyun səviyyəsinin tərəddüdünə səbəb olan əsas amillər açıqlanıb. Boyukmillet.com xəbər verir ki, “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən tədbirdə AMEA-nın akademiki Fəxrəddin Qədirov bildirib ki, iqlim amili ilə formalaşan Xəzər dənizinin su balansın komponentləri sırasında Xəzərə tökülən çay axımları, dəniz səthinə düşən yağıntılar, Xəzərin səthindən buxarlanma, Xəzərə axan yeraltı sular və …

Read More »

Vitse-prezident: “Xəzərdə suyun səviyyəsinin enməsi SOCAR-ın istehsalat sahələrinin normal rejimdə istismarına mane olur”

“İqlim dəyişmələri nəticəsində meydana çıxan fövqəladə hallar, eləcə də Xəzər dənizinin səviyyəsində tərəddüdlərin artması bizi real risklərlə qarşı-qarşıya qoyur və bu mövzuda ciddi düşünməyə, önləyici tədbirlər görməyə vadar edir”. Boyukmillet.com xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, səviyyə tərəddüdlərinin …

Read More »

Türkiyədə avtobus aşıb, 6 nəfər ölüb

Türkiyənin Kırıkkale bölgəsində sərnişin avtobusu aşıb. Boyukmillet.com “NTV”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 25 nəfər yaralanıb. Bildirilib ki, həlak olanlardan biri uşaqdır. Hadisə yerinə yanğınsöndürənlər və səhiyyə əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıblar.

Read More »

Kiyev vilayətində 26 min bina dağılıb

“Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynanın Kiyev vilayətində 26 min bina dağılıb və ya zərər dəyib”. Boyukmillet.com “RBK Ukraine”yə istinadən xəbər verir ki, bunu Kiyev vilayəti hərbi administrasiyasının başçısı Aleksey Kuleba bildirib. Onun sözlərinə görə, 12,5 min fərdi yaşayış binasına qismən ziyan dəyib, təxminən 5 min ev tamamilə dağılıb. Eyni zamanda, 975 çoxmərtəbəli binaya qismən zərər dəyib, 170 belə bina isə …

Read More »

SN: “Azərbaycanda meymunçiçəyinin diaqnostikası üçün bütün imkanlar mövcuddur”

Səhiyyə Nazirliyi Azərbaycana meymunçiçəyi testlərinin gətirilməsi ilə bağlı məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, məlumatda deyilir: “Azərbaycana meymunçiçəyi test dəstləri gətirilib. Son zamanlar əsasən Afrika ölkələrində endemik olan meymunçiçəyi xəstəliyi hallarına digər ölkələrdə də rast gəlməsi bu xəstəliyin yayılma təhlükəsini gündəmə gətirib. Bununla əlaqədar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sözügedən xəstəliyin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün ÜST-ə müraciət edib. Müraciətin …

Read More »

Azərbaycan Özbəkistanla aqrar sahədə əməkdaşlıq üzrə Yol Xəritəsi imzalayıb

Azərbaycanla Özbəkistan arasında Kənd Təsərrüfatı sahəsində Əməkdaşlıq üzrə Yol Xəritəsi imzalanıb. Boyukmillet.com bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, sənədə Daşkənddə Türk Dövlətləri Təşkilatının 1-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısında imza atılıb. Toplantı çərçivəsində azərbaycanlı nazir İnam Kərimov özbək həmkarı Cəmşid Xocayevlə görüş keçirilib. Görüşdə Prezident İlham Əliyevin Özbəkistana son rəsmi səfəri zamanı əməkdaşlığın gücləndirilməsin dair qarşıya qoyduğu tapşırıqların …

Read More »

Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçirilir

“İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə hibrid formatda beynəlxalq konfrans keçirilir. Boyukmillet.com xəbər verir ki, tədbirdə Xəzəryanı ölkələrin nümayəndələri ilə birgə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin katibi Abdallah Mokssit, BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin Rezident …

Read More »

Ukrayna Baş Qərargahı: “Xarkova raket zərbələri endirilib, yaşayış məntəqələri atəşə tutulub”

“Volın və Polisski istiqamətlərində heç bir ciddi dəyişiklik olmayıb. Rusiyanın Belarus ərazisindən və hava məkanından raket və hava zərbələri endirməsi təhlükəsi qalmaqdadır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında qeyd olunub. Baş Qərargahın məlumatında bildirilir ki, düşmən Çerniqov vilayətinin Mxa, Zalizniy Mıst və Sumı vilayətinin Şaliqine yaşayış məntəqələri ərazilərində minaatanlardan hücumlar həyata keçirib: “Mi-24 helikopteri …

Read More »