Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Fərid Şəfiyev: “İndi Şuşada türkün səsi eşidilir”

“Şuşada türkdilli dövlətlərin araşdırmalar mərkəzlərinin növbədənkənar toplantısındayıq. Payızda isə Özbəkistanda beyin mərkəzlərinin toplantısının keçirilməsi gözlənilir”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. “Bu gün biz türkdili ölkələrin üzləşdiyi problem və çağırışları, bu dövlətlərdə baş verən son hadisələri müzakirə edəcəyik”, – o əlavə edib. F.Şəfiyev vurğulayıb ki, bu görüşün Şuşada keçirilməsi …

Read More »

Şuşada türkdilli dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilir

Şuşada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı keçirilir. Boyukmillet.com xəbər verir ki, konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Qismət Gözəlov, təşkilata üzv olan ölkələrdən ekspert və analitiklər iştirak edirlər. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev …

Read More »

Vilayət Eyvazov media nümayəndələrinə təşəkkür edib

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov xidməti vəzifələrin icrası zamanı polis əməkdaşlarına hər zaman dəstək olan jurnalistlərə təşəkkür edib. Boyukmillet.com-un xəbərinə görə, nazir təşəkkürünü Azərbaycanda polisin yaranmasının 104 illiyi münasibəti ilə Polis Akademiyasında keçirilən tədbirdə elan edib. “Yaranmış imkandan istifadə edərək xidməti vəzifələrin icrasında hər zaman bizə dəstək olan, peşə bayramımızın sevincini bizimlə bölüşən vətəndaşlarımıza, daxili işlər orqanIarının veteranlarına, digər …

Read More »

Şuşa teatrına həsr olunmuş “Ən uzun qastrol” filmi təqdim olunub

Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyətindən bəhs edən “Ən uzun qastrol” adlı sənədli film “İctimai” TV-də yayımlanaraq geniş ictimaiyyətə təqdim olunub. Boyukmillet.com təqdim edir ki, filmdə Şuşa Dövlət Musiqili Dram Teatrının tarixi, Şuşanın işğalından sonra teatrın üzləşdiyi çətinliklər, buna baxmayaraq yaradıcı kollektivin fədakarlıqları sayəsində bu mədəniyyət ocağının fəaliyyətini 30 il ərzində davam etdirməsi, nəhayət, yenidən doğma Şuşaya qayıda bilməyin onlara …

Read More »

Yağıntılı hava şəraiti iyulun 5-dək davam edəcək

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin iyulun 03-ü gündüz saatlarınadək davam edəcəyi, 04-dən mülayim cənub küləyi əsəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, fasilələrlə yağıntılı hava şəraiti isə 05-dək əsasən şimal və qərb rayonlarında davam edəcək. Birinci ongünlüyün son günlərində temperatur rejiminin tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 35-37°, Mərkəzi Aran və Naxçıvan MR-da 35-38°, bəzi yerlərdə 40°, …

Read More »

Azərbaycan hərbçisinin ölümü ilə bağlı cinayət işi başlanılıb

Azərbaycan hərbçisinin ölümü ilə bağlı cinayət işi başlanılıb. Bu barədə  Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ağamalıyev Nurlan Elşən oğlunun ölüm faktı barədə 2022-ci il iyulun 2-də Sumqayıt Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər …

Read More »

Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır

İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı keçirilib. Dövlətimizin başçısı cənab İlham Əliyev konfransda geniş çıxış edib. 120 dövlətin üzv olduğu, 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi Qoşulmama Hərəkatı 1955-ci ildə yaradılıb və BMT-dən sonra dünyanın ən böyük beynəlxalq …

Read More »

Ukrayna sərhədçiləri Rusiya hərbçilərinin şəxsi məlumatlarını daşıyan disk aşkarlayıb

Ukrayna sərhədçiləri Çerniqovda Rusiya hərbçiləri haqqında informasiya olan disk aşkarlayıblar. Boyukmillet.com xəbər verir ki, məlumatı “UNIAN” yayıb. Bildirilib ki, diskdə Rusiya Silahlı Qüvvələrinin Moskva vilayətindən olan zenit-artilleriya tağımları barədə yüzlərlə giqabaytlıq informasiya yerləşdirilib. Diskdə Ukraynadakı Rusiya hərbçilərinin ştat vəzifələrinin siyahısı, silahların texniki sənədləri və hərbi texnikaya dair məlumatlar əks olunub. Bildirilib ki, bununla da Ukrayna hüquq-mühafizə orqanları ölkəyə yeridilən Rusiya hərbçilərinin …

Read More »

Türkiyənin ixracı ötən ay rekord həddə çatıb

Bu ilin iyun ayında Türkiyənin ixracının dəyəri 23,4 milyard ABŞ dollarl olmaqla rekord həddə çatıb. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Mehmet Muş bildirib. Onun sözlərinə görə, ötən ilin iyun ayı ilə müqayisədə ölkənin ixracı 18,5% artıb. “İxracatın artım tendensiyası ötən ildən başlayıb və bu il də davam edir”, – deyə nazir qeyd edib. Ötən ay Türkiyənin idxalının …

Read More »