Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

DİN-in bir qrup zabitinə polis general-mayoru rütbəsi verilib – SİYAHI

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib: polis polkovniki Canpolad Alı oğlu Daanova polis polkovniki Namiq Zirəddin oğlu Həsənova polis polkovniki Vüqar Hidayət oğlu Ələkbərova polis polkovniki Sərdar Süleyman oğlu Səfərova.

Read More »

Gəncə Şəhər Məhkəməsinə sədr, sədr müavini və hakimlər təyin edilib

Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin sədri, sədrinin müavini və hakimlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Xəqani Qəhrəman oğlu Tağıyev Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib. Tural Şəmsi oğlu Qocayev Gəncə Şəhər Məhkəməsinin hakimi və sədrinin müavini təyin edilib. Mustafa Əli oğlu Mustafayev …

Read More »

Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri müəyyənləşib

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Fərmanda dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci …

Read More »

TürkPA-nın Baş katibi: “QH-yə sədrlik müddətinin uzadılması Prezident İlham Əliyevə inamın təzahürüdür”

“Qoşulmama Hərəkatına (QH) Azərbaycanın sədrlik müddətinin uzadılması Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycana inamın növbəti təzahürüdür”. Boyukmillet.com xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Türk Dövlətlərinin Parlament Assambleyasının (TürkPA) Baş katibi Mehmet Süreyya Er deyib. Onun sözlərinə görə, dünyada sülhə və əməkdaşlığa nail olunmasında parlamentlərarası əlaqələr və parlament təşkilatları mühüm rol oynayırlar: “TürkPA-nın fəaliyyətində model qanunvericiliyini xüsusi …

Read More »

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı başa çatıb

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı başa çatıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan parlamentinin sədri yekun çıxışı edib. O, konfrans iştirakçılarına təşəkkürlərini çatdırıb. Tədbir iştirakçıları sabah – iyulun 2-də Şuşa şəhərinə səfər edəcək. Onlar şəhərdə aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış olacaqlar. Qeyd edək ki, tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri …

Read More »

Ceyhun Bayramov Çexiya səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Milan Sedlaçekin etimadnaməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN başçısı tviterdə yazıb. “Səfirə Azərbaycan və Çexiya arasında strateji əlaqələrinin daha da inkişafına yönəlmiş səylərində uğurlar arzulayıram”, – C.Bayramov qeyd edib.

Read More »

Ərdoğan Yunanıstanın Baş nazirinə xəbərdarlıq edib: “Özünə çəki-düzən ver”

“NATO Zirvəsində bütün liderlərin “Vasitəçi olaq, sizi Yunanıstanla bir araya gətirək” təklifi oldu. Biz isə “Üzrlü sayın, hələlik buna ayıracaq vaxtımız yoxdur” dedik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Sammitindən sonra türkiyəli jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Yunanıstanın başında duran zatın münasibəti artıq bəlli olub. Bu münasibətə qarşısında da bəzi vasitəçiləri işə …

Read More »

Türkiyə lideri: “Yeni antiterror əməliyyatına başlaya bilərik”

“Bizim təlaşa düşməyimiz üçün heç bir əsas yoxdur. Həmişə deyirəm ki, bir gecə qəfil gələ bilərik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “Məlumdur ki, bir tərəfdən İraqın şimalındakı əməliyyatlar, digər tərəfdən isə Suriyanın şimalındakı əməliyyatlarımız davam edir. Afrində də işlər görürük. Əlbəttə, şəhidlərimiz də olur, amma hər şəhid qarşılığında 10 terrorçu məhv edilir. İndi də …

Read More »

Ərdoğan: “İsveç 3-4 terrorçunu Türkiyəyə təhvil verib, amma yetərli deyil”

“İsveç 73 terrorçunu bizə göndərəcək. Hazırda 3-4-nü göndəriblər, amma yetərli deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “Məsələ ölkəmizin Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və Milli Kəşfiyyat Təşkilatının nəzarəti altındadır. Tələblərimiz ortadadır. Bunlar yerinə yetirilməlidir. İcra olunmadığı təqdirdə lazım olanı edəcəyik”, – dövlət başçısı bildirib.

Read More »

Prokuror Vilyam Hacıyevə 13 il həbs cəzası və bütün əmlakının müsadirə olunmasını istəyib

Dövlət ittihamçısı İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin 13 il azadlıqdan mərhum edilməsini istəyib. Boyukmillet.com xəbər verir ki, bu, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Bundan başqa, prokuror V. Hacıyevin 6 milyon 300 min manatlıq əmlak və pulunun dövlət nəfinə müsadirə olunmasını istəyib. İş üzrə növbəti məhkəmə prosesi …

Read More »