2021-ci ildə imzalanmış “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi (XİN) arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr planına” uyğun olaraq, iki ölkənin XİN-ləri arasında Avropa və regional təhlükəsizlik məsələlərinə dair növbəti məsləhətləşmələr keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Xarici işlər nazirinin müavini Araz Əzimov və Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun rəhbərlik etdiyi nümayəndə heyətləri …
Read More »Yearly Archives: 2022
Rauf Zeyni AAK-ın xatirə medalı ilə təltif olundu — FOTOLAR
Avropa Azərbaycanlıları Konqresi (AAK) Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeynini xatirə medalı ilə təltif edib. Boyukmillet.com xəbər verir ki, medal bu ilin mayında Bakıda səfərdə olan Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Sahil Qasımov tərəfindən təqdim edilib. Bildirilib ki, Rauf Zeyni diaspor fəaliyyətində xidmətlərinə görə bu mükafata layiq görülüb. Sahil Qasımov konqresin və öz adından Rauf Zeyniyə şəxsi həyatında …
Read More »Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var
Bakıda iki avtomobil toqquşub. Boyukmillet.com xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişinlər – 1988-ci il təvəllüdlü İskəndərova Səma Fəxrəddin qızı və 1965-ci il təvəllüdlü Bağırova Gözəl Zeynal qızı xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.
Read More »Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. 1987-ci il təvəllüdlü Kərimov Elman Fəxrəddin oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Read More »Zelenski İlan adasının azad olunmasını şərh edib
Ukrayna Prezidenti Volodimir Zelenski İlan adasının azad edilməsinə münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bu barədə axşam videomüraciətində bildirib. “Şübhəsiz ki, bu gün əsas söz “İlan”dır. Görünür, Rusiya gəmisi ora çatan gün də “İlan”dan o qədər danışıblar. Sonra gəmi həmişəlik yola düşüb, indi isə ada yenidən azad edilib. Mən Baş Kəşfiyyat İdarəsinə, “Alfa” döyüşçülərinə, topçularımıza, ordu aviasiyasına və …
Read More »Rusiya Odessaya raket zərbəsi endirib, ölən və xəsarət alanlar var
Rusiya Ukraynanın Odessa vilayətinə yeni raket zərbəsi endirib. Boyukmillet.com xəbərinə görə, bu barədə Odessa hərbi administrasiyasının sözçüsü Sergey Bratçuk teleqram kanalında bildirib. O, qeyd edib ki, raket zərbəsi nəticəsində ölənlər var. “Odessa vilayəti. Düşmənin raketi düşüb. Təəssüf ki, ölənlər var. Təfərrüatlar sonra…”, – o bildirib. Hadisə “Pivden” əməliyyat komandanlığından də jurnalistlərə də təsdiqlənib. “Raket düşüb, ölənlər var”, – komandanlıq qeyd …
Read More »Fransada “Şuşa ili” və Fikrət Əmirovun yubileyi münasibətilə konsert keçirilib
Fransanın paytaxtı Parisdə “Şuşa ili” və Azərbaycanın məşhur bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə Azərbaycanın əməkdar artisti, pianoçu, musiqişunas Nərgiz Əliyarovanın ifasında konsert keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin Parisdəki səfiri Rəhman Mustafayev, respublikamızın UNESKO yanında daimi nümayəndəsi Elman Abdullayev, diplomatik korpusun nümayəndələri, fransalı jurnalistlər, musiqi həvəskarları …
Read More »Ukrayna Britaniyadan 425 milyon avroya yaxın kredit alıb
Ukrayna Böyük Britaniyadan 425 milyon avroya yaxın kredit alıb. Boyukmillet.com xəbər verir ki, Ukrayna Dünya Bankının dövlət xərclərinin dəstəklənməsi layihəsi çərçivəsində 446,8 milyon avro kredit alıb. Bu maliyyələşdirmə çərçivəsində Böyük Britaniyanın ayırdığı vəsait 424,6 milyon avro təşkil edir. “Müharibə dövründə Ukrayna üçün dövlət idarəçiliyinin potensialını, səmərəliliyini və davamlılığını qoruyub saxlamaq vacibdir. Yığılan vəsait dövlət sektoru işçilərinin maliyyələşdirilməsini təmin edəcək. Biz …
Read More »Yunanıstan ABŞ-dan F-35 qırıcıları istəyib
Yunanıstan Birləşmiş Ştatlara Amerika F-35 qırıcı-bombardmançılarından bir eskadrilyasının alınması üçün rəsmi müraciətlə məktub göndərib. Yunanıstanın Baş naziri Kiriakos Miçotakis jurnalistlərə bildirib sonradan Yunanıstanın belə təyyarələrin əlavə partiyası sifariş edəcəyini istisna etməyib. “Bu prosesin bir hissəsi sorğu məktubunun göndərilməsidir. Biz də bu yaxınlarda məktubu göndərdik”, – o bildirib. O, müraciətə baxılmasının uzun proses olduğunu və Afinanın hesablamalarına görə, razılaşmadan sonra qırıcıların …
Read More »Stoltenberq: “NATO Rusiya ilə müharibənin qarşısını almağa çalışır”
NATO Ukraynadakı münaqişənin bilavasitə iştirakçısı deyil və qarşısına Rusiya ilə birbaşa toqquşmanın qarşısını almaq vəzifəsi qoyub, bunun indiki nəticələri ilə müqayisə olunmayacaq zərəri var. Boyukmillet.com xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq sammitin yekunlarına dair mətbuat konfransında bildirib. “Rusiya ilə NATO arasında genişmiqyaslı müharibə olsa, biz daha böyük miqyasda əzab və dağıntılar görəcəyik. Buna görə də NATO-nun …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar