Bazar , 5 Aprel 2026

Yearly Archives: 2022

Axtarışda olan 3 nəfər Rusiyada tutularaq Azərbaycana ekstradisiya edilib

Axtarışda olan 3 nəfər Rusiyada tutularaq Azərbaycana ekstradisiya edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan vətəndaşları Dadaşev Emil Ələkbər oğlu, Əzimov Ədalət Əzim oğlu və Mirzəyev Elçin Mirzə oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin olunub. Hər 3 şəxsin Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən …

Read More »

İranda hərbi-polis qüvvələri eyvanda oynayan uşağa atəş açıb, 6 yaşlı qız gözünü itirib

İranın İsfahan əyalətinin Məlekşəhr şəhərində öz evlərinin eyvanında oynayarkən İran hakimiyyətinin hərbi-polis qüvvələrinin açdığı atəş nəticəsində 6 yaşlı Beyta Kiyani bir gözünü itirib. Boyukmillet com xəbər verir ki, məlumatı “Azad İran” teleqram kanalı yayıb. Bildirilib ki, qızcığaz eyvanda oynayarkən hərbi-polis qüvvələri onların evi istiqamətində atəş açıb. Güllə 6 yaşlı Beyta Kiyaninin gözünə dəyib. Onun həmin gözünü amputasiya ediblər. Hadisədən təsirlənən …

Read More »

Azərbaycanın 23 vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib

Noyabrın 30-da Azərbaycanın 23 vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib. Bu barədə  Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib. Bildirilib ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilən geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalarla baş tutub. Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti …

Read More »

Daha 30 Vətən müharibəsi iştirakçısı və 1 şəhid ailəsinin üzvü polis orqanlarında xidmətə qəbul olunub

Daha 30 Vətən müharibəsi iştirakçısı və 1 şəhid ailəsinin üzvü polis orqanlarında xidmətə qəbul olunub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi …

Read More »

Dekabr ayına olan hava proqnozu açıqlanıb

Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var. Dekabr ayının əvvəllərində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi qar yağacağı, havanın soyuq keçəcəyi, temperaturun iqlim normasından 1-3 dərəcə aşağı enəcəyi gözlənilir. Bakıda və …

Read More »

Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,61 ABŞ dolları, yaxud 3,06 % artaraq 87,82 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin yanvar fyuçersləri 85,43 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin …

Read More »

XİN Fransa parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət bildirib

Noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə, bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Fransanın Azərbaycana qarşı növbəti təxribatıdır. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd edilən qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıyır: “Beynəlxalq …

Read More »

Azərbaycan səfiri Fransa parlamentinin aşağı palatasının qərəzli qətnaməsinə münasibət bildirib

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Parlamentinin aşağı palatası – Milli Assambleyasının Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirib. Boyukmillet.com-un məlumatına görə, diplomat tviter hesabında yazıb: “Fransa Milli Assambleyasının nəzərinə: 30 ildir ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib, bir milyon azərbaycanlının fundamental hüquqlarını pozub, müharibə cinayətləri törədib, regionu viran qoyub, siz susmusunuz. İndi danışmaqla sülhə mane olursunuz!”. A l’attention …

Read More »

Laçının azadlığından iki il ötür

Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, rayonun yadelli düşmən tapdağından qurtulmasından iki il ötür. Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi var. Rayon …

Read More »

Azərbaycan MN: “Təəssüf edirik ki, Rusiyanın sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır”

“Təəssüf edirik ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır”. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsinin yolverilməz olduğunu bir daha xatırladırıq. Yenə də Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq. Bir daha israrla bildiririk …

Read More »