Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Prezident: “Zəngəzur dəhlizi artıq reallığa çevrilir”

“Zəngəzur dəhlizi artıq reallığa çevrilir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı deyib. “Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb”, – dövlət başçısı qeyd edib.

Read More »

İlham Əliyev: “Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir”

“Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir: “Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə …

Read More »

Azərbaycan və Pakistan HHQ-ləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

İyunun 29-da Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı aviasiya marşalı Zahir Əhməd Babar Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan general-leytenant R.Tahirov ölkələrimizin digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya sahəsində əməkdaşlığının da inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da …

Read More »

Dövlət başçısı: “Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir”

“Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: “Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb …

Read More »

Türkiyə Prezidenti Avropa İttifaqı Şurasının rəhbəri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə görüşüb. “Biz Madriddə Prezident Ərdoğanla Türkiyənin BMT-nin baş katibi Antonio Quterreşin Ukraynadan taxıl ixracının bərpası səylərinə dəstəyini müzakirə etdik. Rusiyanın suveren dövlətə təcavüzü qəbuledilməzdir”, – Şarl Mişel qeyd edib.

Read More »

Məhkəmə Ramin Hacılının vəsatətini təmin etməyib

Dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Ramin Hacılı vəsatət qaldıraraq məhkəmənin təxirə salınmasını tələb edib. O bildirib ki, artıq 5 gündür aclıq aksiyası edir və buna görə də özünü yaxşı hiss etmir. Məhkəmə vəsatəti təmin etməyib. Məhkəmdə ifadə verən şahidlər Kamran …

Read More »

Azərbaycan və İran Prezidentlərinin qarşılıqlı səfərləri planlaşdırılıb

“Düşünürəm, Xəzər dənizi ilə bağlı önəmli məsələlərdən biri budur ki, Xəzəryanı ölkələrin dövlət başçıları mütəmadi olaraq görüşürlər”. Boyukmillet.com xəbər verir ki, bu sözləri İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi iyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib. “Əlbəttə, Zati-alinizin Tehrana səfər etmək, mənim də Bakıya səfər etmək kimi planlarımız var. Lakin bizim belə platformalardan istifadə edib görüş …

Read More »

Gürcüstan və Fransa regional təhlükəsizliyi müzakirə edib

Madriddə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutub. Boyukmillet.com xəbər verir ki, tərəflər mövcud çağırışlar fonunda regional təhlükəsizliyin möhkəmləndirilməsi yollarını müzakirə ediblər. İ.Qaribaşvili Gürcüstanla Fransa arasında uzunmüddətli tərəfdaşlığın dərinləşdirilməsinə ümidvarlıq ifadə edib. Görüşdə ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda dinamik və intensiv əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Read More »

İƏT ölkələrinin rəsmiləri Şuşaya səfər edib

Bu gün İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv olan ölkələrin nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Şuşa şəhəri və Daşaltı kəndini ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, İƏT-in Baş katibi Hissein Brahim Taha, Özbəkistan, Pakistan, İran, Qambiya, Niger, Malayziya, Sudan, Uqanda, Qabonun turizm nazirləri, nazir müavinləri, Ərəb Turizm Təşkilatının prezidenti və səfirlərdən ibarət olan nümayəndə heyəti Şuşa şəhərində işğal müddətində …

Read More »

Xəzəryanı ölkələrin növbəti sammiti İranda keçiriləcək

Xəzəryanı ölkələrin növbəti, yəni yeddinci sammiti razılaşdırılan tarixdə İranda keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətinin Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısına dair rəsmi məlumatında bildirilib. “Xəzəryanı ölkələrin yeddinci sammiti razılaşdırılan tarixdə İran İslam Respublikasında keçiriləcək”, – sənəddə qeyd olunub.

Read More »