Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Qurban bayramında 4 gün iş olmayacaq

İyul ayında bayramla əlaqədar qeyri-iş günləri məlum olub. Boyukmillet.com xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib. İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək. İyulun 11-i və 12-si qeyri-iş günü olacaq. Beləliklə, iyul ayının 9-dan 12-dək bayramlarla əlaqədar ardıcıl qeyri-iş …

Read More »

Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

Ukraynanın bərpası ilə bağlı gələn həftə konfrans keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass tviter səhifəsində yazıb. “Mən bu səhər Ukraynanın Baş naziri Denis Şmıqalla danışdım. Son vəziyyət barədə fikir mübadiləsi apardıq. Gələn həftə Ukraynanın Bərpa Konfransını müzakirə edəcəyik. Böyük Britaniya Ukrayna xalqı ilə həmrəydir və biz yenidənqurma planını dəstəkləmək üçün onlarla işləyəcəyik”, – …

Read More »

Laçın beynəlxalq hava limanı saatda 200 sərnişinə xidmət göstərə biləcək

“Laçın beynəlxalq hava limanı saatda 200 nəfər sərnişinə xidmət göstərə biləcək”. Boyukmillet.com xəbər verir ki, bunu “AzVirt” MMC-nin baş direktorunun müşaviri Ceyhun Səfərov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Laçın beynəlxalq hava limanı Qarabağda inşa olunan sayca üçüncü beynəlxalq hava limanıdır: “2021-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bu hava limanının təməli qoyulub. Tikinti işlərinin 2024-cü ildə …

Read More »

Ərdoğan: “Yunanıstanın Baş naziri ilə görüş mümkün görünmür”

“Yunanıstanın Baş naziri ilə görüş mümkün görünmür”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinə yola düşməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib. “Biz o qapını bağladıq. Bundan sonra ritorikalarını düzəltməlidirlər. Ondan sonra hansı səviyyədə təmaslar apara biləcəyimizi düşünərik”, – o söyləyib.

Read More »

Ərdoğan və Bayden arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Bayden arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə lideri NATO-nun Madrid sammitinə yola düşməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib. “ABŞ Prezidenti bu axşam və ya sabah görüşmək arzusunu bildirdi. Biz də “Ola bilər” dedik”, – R.T.Ərdoğan vurğulayıb.

Read More »

Türkiyə lideri: “Ukraynada müharibənin dayandırılması üçün təşəbbüslərimizi davam etdiririk”

“Ukraynada müharibənin dayandırılması üçün təşəbbüslərimizi davam etdiririk”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinə yola düşməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib. “İndiyədək bu istiqamətki ən önəmli hadisə İstanbuldakı görüş olub. Türkiyə NATO missiyasına töhfə verən əsas ölkələrdən biridir. Odur ki, Türkiyə öhdəsinə düşəni yerinə yetirir”, – o bildirib. Türkiyə lideri, həmçinin bildirib …

Read More »

Türkiyə Prezidenti NATO sammitində iştirak etmək üçün Madridə yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun sammitində iştirak etmək üçün İspaniyanın paytaxtı Madridə yola düşüb. Boyukmillet.com xəbər verir ki, o, səfərdən əvvəl paytaxt Ankaranın Esenboğa Hava Limanında mətbuat konfransı keçirib. Dövlət başçısı sammitdə müzakirə olunacaq məsələlərdən, ikitərəfli və çoxtərəfli formatda keçirəcəyi görüşlərdən danışıb, jurnalistlərin suallarını cavablandırıb. Qeyd edək ki, NATO-nun sammiti bu gün başlayır. İclas iki gün davam edəcək. Sammitdə qurumun …

Read More »

Ərdoğan: “Finlandiya və İsveç NATO-ya Türkiyənin mövqeyi nəzərə alınaraq daxil ola bilər”

“Finlandiya və İsveçin NATO-ya üzv olması üçün Türkiyənin təhlükəsizliklə bağlı narahatlığı nəzərə alınmalıdır. Başqa yol yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun sammitində iştirak etmək üçün İspaniyanın paytaxtı Madridə səfərdən əvvəl Ankaranın Esenboğa Hava Limanında mətbuat konfransında bildirib. O xatırladıb ki, Türkiyə 70 ildir NATO-nun üzvüdür: “Biz Alyansda təsadüfi ölkə deyilik”. Daha əvvəl bildirilmişdi ki, …

Read More »

Azad edilən ərazilərdə daha 56 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, iyunun 20-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 25, tank əleyhinə 31 mina və 147 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 774 hektar ərazi mina və partlamamış hərbi …

Read More »

Azərbaycanda tanınmış ginekoloq özünü 11-ci mərtəbədən ataraq intihar edib

Azərbaycanda tanınmış ginekoloq intihar edib. Boyukmillet.com-un məlumatına görə, hadisə dünən Yasamal rayonunda baş verib. Belə ki, həkim-ginekoloq Xalidə Kəngərli özünü yaşadığı çoxmərtəbəli binanın 11-ci mərtəbəsindən atıb. Həkim aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Baş Prokurorluqdan “Report”a faktı təsdiq ediblər. Qeyd edilib ki, hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More »