“Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, TANAP qaz boru kəməri kimi layihələr regionumuzun simasını dəyişib. Bunları Azərbaycanla, can Azərbaycanla birlikdə həyata keçirmişik”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Yeni əlaqələrin yaradılmasının regiona müsbət təsir edəcəyini vurğulayan Çavuşoğlu bildirib ki, Türkiyə enerji və enerji infrastrukturu sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyir.
Read More »Yearly Archives: 2022
ABŞ-da qatar qəzası zamanı 3 nəfər ölüb, 13 sərnişin yaralanıb
ABŞ-ın Missuri ştatında qatarın relsdən çıxması nəticəsində 3 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə CNN telekanalının efirində ştatın Yol Patrulunun sözçüsü Castin Dann məlumat verib. “Qatarda olan 2 nəfər, həmçinin yük maşınında olan bir nəfər (qəza keçiddə lokomotivlə yük maşınının toqquşması nəticəsində baş verib-red) həlak olub”, – o deyib. O, bildirib ki, ölənlərin sayı arta bilər. Telekanal əlavə edib ki, zərərçəkənlərin …
Read More »Ukraynada ticarət mərkəzinə raket hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiya hərbçilərinin Ukraynanın Kremençuk şəhərindəki ticarət mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmət xəbər yayıb. Hazırda hücum zamanı 59 nəfərin xəsarət alması məlumdur. Onlardan 25-i xəstəxanaya yerləşdirilib, 1 nəfər xəstəxanada dünyasını dəyişib. Xilasedicilər dağıntılar altından 11 nəfərin meyitini çıxarıblar. Ölən və yaralananlarla bağlı məlumat dəqiqləşdirilir.
Read More »Türk-İslam dünyası şəhid və qazi ailələrinin birinci toplantısı keçirilib
TÜRKİYƏNİN KONYA ŞƏHƏRİNDƏ TƏŞKİL OLUNAN TƏDBİRDƏ AZƏRBAYCAN DA TƏMSİL OLUNUB İyunun 24-dən 26-na qədər Türkiyənin Konya şəhərində Türk-İslam dünyası şəhid və qazi ailələrinin birinci böyük toplantısı keçirilib. Toplantı Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimləri Dərnəyinin təşkilatçılığı ilə Konyadakı Səlcuqlu Konqres Mərkəzində baş tutub.Boyukmillet.com xəbər verir ki, Türkiyə, Azərbaycan, Quzey Kıbrıs, Bosniya türklərini, İraq və Suriya türkmənlərini, həmçinin, Krım tatarlarını qurum …
Read More »Nyu-York meri Azərbaycan səfirləri ilə görüşüb
Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkun meri Erik Adamsla görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə ABŞ və Azərbaycan arasında münasibətlərin son dövrlər yüksək səviyyədə olduğu qeyd edilərək bundan sonra da siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişafına diqqət göstərilməsinin önəmi vurğulanıb. Şəhər meri …
Read More »Putin və Zelenski G20-nin samitində iştirak edəcəklər
Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski G20-nin samitində iştirak edəcəklər. Boyukmillet.com xəbər verir ki, Rusiya Prezidenti noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitində iştirak dəvətini qəbul edib. Ukrayna Prezidenti Vladimir Zelenski də bir müddət əvvəl sammitdə iştirak dəvətini müsbət qarşılayıb. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putinin sammitdə iştirakını təsdiqləyib: “Bəli, təsdiq etdik ki, iştirakımız nəzərdə tutulub”. …
Read More »Türkiyə və İranın XİN başçılarının görüşünün təfərrüatları açıqlanıb
İran İslam Respublikasının xarici işlər naziri İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşünün təfərrüatları məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Mövlud Çavuşoğlu tviter hesabında yazıb. “Türkiyəyə ilk səfər edən xarici işlər naziri Əmirabdullahianı qəbul etdim. Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq müzakirə olundu. Ticarət əlaqələrimiz inkişaf edir, tezliklə Birgə İqtisadi Komissiya toplanacaq. Regional əməkdaşlığı …
Read More »Azərbaycanla İran arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid İzzətullah Zərqami arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində keçirilən görüşdə Azərbaycan və İran arasında turizm əlaqələrinin inkişaf perspektivləri və gələcək əməkdaşlıq imkanları haqqında müzakirələr aparılıb. Fuad Nağıyev iki qonşu ölkə arasında turizm …
Read More »Avropa çempionatı: Azərbaycan güləşçisi yarımfinalda erməni ilə görüşəcək
İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı start götürüb. Boyukmillet.com xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə başlayıb. Onlardan yalnız ikisi – 55 kq-da Nihad Quluzadə və 87 kq-da Laçın Vəliyev yarımfinala yüksəliblər. İdmançılar finala gedən yolda müvafiq olaraq, almaniyalı Georgios Skarpello və ermənistanlı Vigen Nazaryanla qarşılaşacaqlar. 63 kq-da Ziya Babaşovun təsnifatda uduzduğu ukraynalı Oleq …
Read More »Ağ Ev: Baydenlə Ərdoğan görüşəcək
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun liderlər zirvəsinin keçiriləcəyi Madriddə ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək. Boyukmillet.com xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. Sallivan qeyd edib ki, görüşdə Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə etirazı müzakirə ediləcək. NATO Zirvə toplantısında bütün problemlərin həllinin mümkün olmadığını bildirən Sallivan Türkiyənin narahatlığına baxmayaraq, iki ölkənin NATO-ya üzvlüyü ilə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar