Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Müdafiə Nazirliyinin təminat anbarlarına mediatur təşkil olunub

26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə Müdafiə Nazirliyinin təminat anbarlarına mediatur təşkil olunub. Boyukmillet.com xəbər verir ki, mediatur çərçivəsində KİV nümayəndələrinə anbarlardakı geyim və ərzaq nümunələri barədə məlumat verilib. Qeyd olunub ki, anbarda Azərbaycan Ordusunun hər bir qoşun növünün yay və qış geyimləri saxlanılır. Anbarlardakı geyim nümunələri ilə bağlı media nümayəndələri məlumatlandırılıb. Daha sonra təminat anbarlarındakı ərzaqların saxlanma …

Read More »

Çavuşoğlu: “Türkiyə Rusiya və Ukraynanı bir araya gətirə bilən yeganə ölkədir”

“Həm Rusiya, həm də Ukrayna ilə danışa bilərik. Yanlışa yanlış, doğruya doğru deyirik. Hər iki ölkəni masa ətrafında bir araya gətirən yeganə ölkəyik”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. XİN rəhbəri qeyd edib ki, bu, Ankaraya etimadın göstəricisidir. “Rusiyanın Ukraynaya hücumunu tənqid etməyimizə baxmayaraq, qarşı-qarşıya qaldığımız və razılaşmadığımız məsələlər var. Bu, bizim prinsipial mövqeyimiz …

Read More »

Ermənistanda hərbçilər qəzaya düşüb, 1-i ölüb, 4-ü yaralanıb

Ermənistanda hərbçiləri daşıyan avtomobillər qəzaya düşüb. Boyukmillet.com xəbər verir ki, hadisə İrəvan-Mehri yolunun Qərbi Zəngəzurdan keçən hissəsində qeydə alınıb. “KamAz” və “Mercedes” markalı 2 hərbi maşın toqquşub. Nəticədə 1 əsgər hadisə yerində ölüb, 4-ü yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Read More »

“Ermənilərin havadarları heyrətlə Azərbaycan Ordusunun döyüşlərindən danışırdı” – RƏY

“Ordun varsa – yurdun da var. Ana dilimizin taleyüklü həqiqətini əks etdirən bu lakonik deyim bəşəri inkişafın min illərdən keçib gələn gerçəyindən xəbər verir. Dünyanın indiki siyasi xəritəsi davamlı güc dartışmalarının nəticələrinin göstəricisidir. Kim yurdunu qoruya bilibsə, o, Vətənli xalq kimi yaşayıb. Kimin ordusu güclü olubsa, o, yurduna sahib çıxmağı da bacarıb. Bu baxımdan Azərbaycan xalqı əzəldən yurdlu, ordulu olub. …

Read More »

Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb

Füzulidə xeyli sayda silah-sursat aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursatlar aşkar ediblər. Tapılan 5 avtomat, 3 qumbaraatan, 1 pulemyot, 1 tapança, 1 minaatan, 1 tank əleyhinə idarəolunan raket sistemi, 44 müxtəlif növ qumbaralar, 7 mərmi, 2959 müxtəlif çaplı patronlar …

Read More »

Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Arvana kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, ümumi çəkisi 1 ton 282 kiloqram olan 8756 ədəd xaş-xaş bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Read More »

Ərdoğan meşə yanğınlarının söndürülməsində Azərbaycanın köməyindən danışıb

“Yanğınların söndürülməsinə Azərbaycandan da təklif gəlib. Bir təyyarə göndərilib. Həmin təyyarə indi meşə yanğınlarının söndürülməsində yer alıb”. Boyukmillet.com  Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlada meşə yanğınlarının söndürülməsindən danışarkən deyib. Türkiyə Prezidenti yanğının söndürülməsi işlərinin davam etdiyini, Rumıniya və İsraildən təyyarə dəstəyi ilə kömək təklifinin olduğunu bildirib. Lakin hələlik yardımlara ehtiyac olmadığından Türkiyə təbii …

Read More »

Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib

Ermənistana turist kimi gələn çinli Lei Manna İrəvanda polis əməkdaşı tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib. Çin vətəndaşı bildirib ki, polis əməkdaşı ona qarşı əxlaqsız hərəkətlər edib. Hadisə iyunun 2-də baş verib. Belə ki, həmin gün qaldığı otel kirayə üçün verdiyi artıq pulun qalığını qadına qaytarmayıb. Lei Manna bu səbəbdən polisə müraciət edib. Polis əməkdaşları gələndə o, otelin xaricində dayanıb. …

Read More »

Çavuşoğlu: “Artıq Türkiyə başqalarının ssenarilərində fiqur deyil”

“Yox, artıq Türkiyə başqalarının ssenarilərində fiqur deyil, biz təkcə öz regionumuzda deyil, dünyanın ən ucqar coğrafiyalarında belə, 360 dərəcə xarici siyasət anlayışı ilə varıq”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Çavuşoğlu Türkiyənin daha ədalətli dünya uğrunda mübarizə apardığını qeyd edib. “Dünya sistemində islahatın aparılması vacibliyini deyirik. Cənab Prezidentimiz bunu çox gözəl bir şüarla bütün …

Read More »

Ukrayna XİN Rusiyanın müharibədə yeganə üstünlüyünü açıqlayıb

Rusiyanın Ukraynaya qarşı müharibədə yeganə üstünlüyü artilleriyadır. Ona görə də Almaniya və digər Qərb ölkələri Ukraynaya ağır silahların verilməsini sürətləndirməlidir. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Almaniyanın “Bild” qəzetinə bildirib. “Onların artilleriya sahəsində üstünlüyü var və bundan maksimum istifadə edirlər, ağır silahlar və müasir artilleriya sistemləri əldə etsək, hadisələrin gedişatını öz xeyrimizə çevirə bilərik”, …

Read More »