Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iyunun 22-də başa çatıb. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev yola salıb.
Read More »Yearly Archives: 2022
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin şərəfinə qəbul təşkil edib
İyunun 22-də Xivə şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil edilib. Boyukmillet.com xəbər verir ki, qəbulda konsert proqramı təqdim olunub. Dövlət başçıları incəsənət ustalarının çıxışlarını dinləyib, onlarla söhbət ediblər.
Read More »Mehmet Ağar video müsahibəsində nələr dedi..
Jurnalist Eynulla Fətullayev oxucuların və izləyicilərinin xahişi ilə Türkiyənin keçmiş daxili işlər və ədliyyə naziri Mehmet Ağarla müsahibə hazırlayıb. Boyukmillet.com sözü gedən video müsahibəni təqdim edir:
Read More »Xəzərin sahilindəki qanunsuz hasar və tikililər sökülür
Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, dəniz sahili ərazilərdəki vəziyyətlə bağlı Buzovna sakinlərinin müraciətləri ilə əlaqədar bu ərazilərdə aparılan inventarizasiya zamanı müəyyən edilib ki, vaxtı ilə, 10-15 il əvvəl burada bəzi insanlar tərəfindən dəniz kənarlarının hasarlanması, sahilə keçidlərin bağlanması, həmçinin qədim qayalıqların zibillənməsi hallarına yol …
Read More »Rusiya PUA-sı Türkiyə ərazisinə düşüb
Türkiyənin Gümüşhane şəhərinin Kürtün rayonunda dağlıq ərazidə qəzaya uğramış Rusiyanın “Orlan-10” pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, nə zaman düşdüyü müəyyən edilməyən PUA-nı göbələk yığımına gedən vətəndaşlar tapıb. 1400 kilometr mənzilli PUA-nın müharibə səbəbindən Ukrayna və ya Suriyadan siqnal itdikdən sonra bu bölgəyə gəlib çatdığı güman edilir. Təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerindən götürülən PUA …
Read More »Azərbaycan Əfqanıstana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviterində qeyd olunub. “Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ nəticəsində insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”, – XİN bildirib. Xatırladaq ki, Əfqanıstanın Paktika əyalətində baş verən 6 bal gücündə …
Read More »Füzulidə beynəlxalq minatəmizləmə şirkətinin əməkdaşını ilan sancıb
İyunun 22-də Minatəmizləmə Agentliyi ilə (ANAMA) əməkdaşlıq edən RPS Energy Ltd. şirkətinin nümayəndəsini Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən ilan sancıb. Bu barədə ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, nəticədə nümayəndəyə ANAMA-nın tibbi yardım heyəti tərəfindən ilkin yardımla yanaşı, ilan sancması zamanı zəruri olan bütün müvafiq səylər göstərilib: “Həkimlərin peşakarlığı sayəsində zərərçəkmişin vəziyyəti operativ şəkildə təhlil olunub və ilk …
Read More »“Azərbaycanda meymunçiçəyi virusuna yoluxma qeydə alınmayıb” – RƏSMİ
“Bir çox Avropa ölkələrində meymunçiçəyi virusuna yoluxma halları artsa da, Azərbaycanda bu virusa yoluxma halı qeydə alınmayıb”. Bunu “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir: “İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlərin, burun və ağzın selikli qişalarından daxil ola bilər. …
Read More »AZAL iyulda Bakıdan Tbilisiyə uçuşlara başlayacaq
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti marşrut şəbəkəsini inkişaf etdirməyə davam edərək, iyul ayında Bakıdan Gürcüstanın paytaxtı Tbilisi şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq. Boyukmillet.com-un AZAL-a istinadən verdiyi məlumata görə, Bakı-Tbilisi-Bakı marşrutu üzrə reyslər aviaşirkət tərəfindən həftədə üç dəfə – bazar ertəsi, çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. İlk reys 1 iyul tarixində baş tutacaq. AZAL-ın bu və digər reyslərinə aviabiletləri …
Read More »Sabah Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
İyunun 23-ə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeronda gecə 20-24° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 748 …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar