Çin ordusu orta məsafədə hədəflərin məhv edilməsi üzrə raket əleyhinə müdafiə sistemini uğurla sınaqdan keçirib. Boyukmillet.com TASS-a istinadən xəbər verir kİ, bu barədə Çin Müdafiə Nazirliyinin məlumatında deyilir. “Söhbət yerüstü raket əleyhinə müdafiə sistemlərindən gedir. Sınaqlar zamanı qarşıya qoyulmuş hədəflər yerinə yetirilib. Bu sınaqlar müdafiə xarakterlidir və heç bir dövlətə qarşı yönəlməyib”, – məlumatda bildirilir. Sınaqların təfərrüatları açıqlanmır.
Read More »Yearly Archives: 2022
Diaspor Komitəsinin sədri İsrailə gedib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun İsrailə səfəri başlayıb. Bu barədə Dövlət Komitəsindən bildirilib. Qeyd edilib ki, İsrailin diaspor işləri üzrə naziri Naxman Şayın dəvəti ilə baş tutan səfər zamanı iki ölkə arasında əməkdaşlıq əlaqələrinin işkişafı ilə bağlı müzakirələr aparılacaq, müxtəlif şəhərlərdəki Azərbaycan icmalarının nümayəndələri ilə görüşlər keçiriləcək.
Read More »Hindistanda daşqınlar 71 insanın həyatına son qoyub, 4,2 milyon nəfər ziyan çəkib
Hindistanın Assam ştatında baş verən daşqınlar 71 sakinin ölümünə səbəb olub. Bu barədə Boyukmilet.com Hindistanın Fəlakətlərlə Mübarizə İdarəsinə istinadən xəbər verir. Məlumata görə, təbii fəlakət zamanı həmçinin 4 228 100 insan zərər çəkib. Daşqınların səbəbi leysan yağışlar olub, buna görə də Brahmaputra çayı və onun qolları məcrasından çıxıb. Ən çox insan itkisi, dağıntılar Assam və Meqalaya ştatlarında qeydə alınıb. Meteoroloqlar Hindistanın …
Read More »NATO-nun baş katibi: “Rusiya sülh və təhlükəsizliyə təhdiddir”
Rusiya artıq NATO-nun tərəfdaşı deyil, sülh və təhlükəsizliyə təhdiddir. Boyukmillet.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. “Biz Alyansın Madriddə keçiriləcək sammitində bəyan edəcəyik ki, Rusiya artıq tərəfdaş deyil, təhlükəsizliyimizə, eləcə də sülh və sabitliyə təhdiddir”, – o, NATO-nun yeni strategiyasının konsepsiyası ilə bağlı sualı cavablandırarkən vurğulayıb. Baş katibin sözlərinə görə, yeni strateji konsepsiyada möhkəmlənməsi ittifaqın təhlükəsizliyinə, maraqlarına …
Read More »İran və Qazaxıstan ikitərəfli əməkdaşlığa dair 9 sənəd imzalayıb
İran və Qazaxıstan Tehranda ikitərəfli əməkdaşlığa dair 9 əməkdaşlıq sazişi imzalayıblar. Boyukmillet.com xəbər verir ki, sazişlər siyasi, iqtisadi, ticarət, nəqliyyat, investisiya, texnoloji, ekoloji, idman, enerji, məhkəmə, tədqiqat və turizm sektorlarında qarşılıqlı fəaliyyətə aiddir. İmzalanma Qazaxıstan və İran prezidentləri Kasım-Jomart Tokayev və İbrahim Rəisinin iştirakı ilə baş tutub. Qeyd edək ki, Tokayev İran tərəfinin dəvəti ilə Tehrana rəsmi səfər edib.
Read More »Avropa çempionatı: Azərbaycan güləşçiləri turniri 9 medalla başa vurub
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatının son günündə Azərbaycan sərbəst güləş komandası daha 4 medal qazanıb. Boyukmillet.com xəbər verir ki, Sadiq Hüseynov (45 kq) və Elman Ağayev (51 kq) Avropa çempionu olublar, Ağa Qasımov (60 kq) gümüş, Ağanəzər Novruzov (71 kq) isə bürünc medala layiq görülüblər. Bununla da, milli komandanın medallarının sayı 9-a çatıb. Azərbaycan yığması Avropa çempionatını 6 …
Read More »Qazaxıstan Moskvaya cavab olaraq Rusiya kömürünün tranzitini dayandırıb
Qazaxıstanın Rusiya kömürünün tranzitini dayandırıb. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, Qazaxıstan hakimiyyəti öz ərazisində kömür daşıyan 1 700 vaqonun qarşısını kəsib. Xatırladaq ki, Prezident Kasım Jomart-Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bir sıra bəyanatlar səsləndirməsindən sonra Rusiya Qazaxıstan neftinin ixrac üçün daşınmasına məhdudiyyətlər qoyub. “Kommersant” nəşri vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verib ki, Qazaxıstanın Qərb alıcılarının onu …
Read More »Britaniya Baş Qərargahı Rusiya ilə müharibəyə hazırlaşmağa, güclü ordu yaratmağa çağırıb
Britaniya Silahlı Qüvvələri Baş Qərargahının yeni rəhbəri, general Patrik Sanders ölkəni Avropada müharibəyə hazırlamağa və Rusiyanı məğlub etməyə qadir ordu yaratmağa çağırıb. Bu barədə Boyukmillet.com “The Independent” qəzetinə istinadən məlumat verir. “İndi müttəfiqlərimizlə birlikdə savaşa biləcək və döyüşdə Rusiyaya qalib gələ biləcək bir ordu yaratmaq mütləqdir”, – Patrik Sanders tabeliyindəkilərə bildirib. Sandersin fikrincə, Rusiyanın Ukraynaya təcavüzü Britaniya ordusunun əsas məqsədini – …
Read More »Ermənistanda Rusiya üstündə atışma olub, 2 hərbçi ölüb, 5 nəfər yaralanıb
Ermənistanın Araqasotn rayonunda atışma olub. Bu barədə Boyukmillet.com “NEWS.am”a istinadən xəbər verir. Məlumata görə, hadisə ötən gün, yerli vaxtla saat 19:45-də Niqavan kəndində olub. Bir neçə nəfər arasında baş verən qarşıdurma silahlı insidentlə nəticələnib. Atışma zamanı 7 nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb, lakin yaralılardan ikisi orada ölüb. Bildirilir ki, yaralılardan ikisi ağır vəziyyətdədir. Qeyd edilir ki, atışma zamanı ov tüfəngindən istifadə olunub. Hadisə …
Read More »Eşitmə məhdudiyyətli uşaqlar üçün əyləncə təşkil olunub
Boyukmillet.com xəbər verir ki,Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Abdulova və eşitmə məhdudiyyəti olan implantlı uşaqlar qrupunun bir qismi 17 iyun tarixində Dəniz mall ticərət və əyləncə mərkəzində yerləşən SKY PARK təhlükəsiz aktiv idman əyləncə mərkəzində qonaq olublar.SKYPARK unikal aktiv əyləncə mərkəzidir. Ən əsası yaş məhdudiyyəti yoxdur. Azərbaycanda ən böyük qapalı idman mərkəzi olan SKYPARK bütün …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar