Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycan və Hindistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Yeni Dehlidə Azərbaycan Xarici İşlər Nazirliyi ilə Hindistan Xarici İşlər Nazirliyi arasında 5-ci ikitərəfli siyasi məsləhətləşmələr keçirilib. Bu barədə “Report”a Azərbaycan XİN-dən məlumat verilib. Məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Hindistan Xarici İşlər Nazirliyinin Qərb üzrə Katibi (xarici işlər nazirinin müavini) Sancay Verma rəhbərlik edib. Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında ikitərəfli …

Read More »

Sentyabr şəhidinin yeni doğulan körpəsi xəstəxanadan evə buraxılıb

Vətən müharibəsinin qəhrəman hərbçilərindən biri, 2022-ci ilin sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən şəhid olan gizir Vadim Qocayevin yeni doğulan körpəsi xəstəxanadan evə buraxılıb. Boyukmillet.com xəbər verir ki, körpənin evə yola salınması mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin döyüş yoldaşları və ailə üzvləri iştirak edib. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neonatalogiya şöbəsinin müdiri …

Read More »

Azərbaycanın turizm sektoru Yeni il bayramına necə hazırlaşır?

2023-cü ilin gəlişinə – başqa sözlə, Yeni il bayramına bir ay qalıb. Hər dəfə olduğu kimi, bu dəfə də Azərbaycanın turizm sektoru bayrama xüsusi hazırlaşır. Artıq həm paytaxtda, həm də regionlarda dekabr ayının son, yanvar ayının isə ilk günlərinə hotellərin bron edilməsinə başlanılıb. Potensial müştərilərə hotel nömrələri ilə yanaşı, həm də turpaketlər təklif olunur. “Report” bu sahədə vəziyyəti, bazardakı qiymətləri araşdırıb. …

Read More »

Baş katib: “NATO Ukraynaya MiQ-29 və ya F-16 qırıcıları verməyi nəzərdən keçirir”

“NATO Ukraynaya əlavə yardım ayırmaq niyyətindədir”. Boyukmillet.com xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında deyib. O bildirib ki, Rusiyanın endirdiyi raket zərbələri nəticəsində Ukraynaya ciddi ziyan dəyib. Y.Stoltenberqin sözlərinə görə, NATO ölkələri Ukraynanı “MiQ-29” və ya “F-16” qırıcıları ilə təmin etmək ideyasını nəzərdən keçirir: “Tammiqyaslı işğalın …

Read More »

Mövlud Çavuşoğlu NATO ölkələrinə çağırış edib: “Türkiyənin yanında olmalısınız”

“Ukraynadakı müharibə nəticəsində yaranan qida və enerji böhranı zəif nöqtələrimizi göstərdi”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənn xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında deyib. O bildirib ki, təhdidlərə kollektiv formada reaksiya verilməlidir: “Müttəfiqlər, həmçinin terrorla mübarizədə Türkiyənin yanında olmalıdır”. M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə Ukraynanı dəstəkləməyə davam edir: “Ədalətli sülhə …

Read More »

Azərbaycanın nar ixracında yaranan problemlər və onların həlli yolları açıqlanıb

Rusiya-Ukrayna müharibəsi Azərbaycanın nar ixracında əsas bazarları olan Rusiyaya tədarükü 45 %, Ukraynaya isə 83 % azaldıb. “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Fərhad Qaraşov “Report”a açıqlamasında bildirib ki, Azərbaycan ötən il 22 min tona yaxın nar ixrac edib: “Bunun 15 min tonu Rusiya bazarına tədarük edilib. Bu il isə Rusiyada qismən səfərbərlik elan edildiyi üçün əhalidə alıcılıq qabiliyyəti azalıb. Ölkə sanksiyaların altında olduğu üçün iqtisadiyyat …

Read More »

Baş katib: “TDT gələn il Şuşanın tanıdılması üçün irimiqyaslı tədbirlər keçirəcək” – EKSKLÜZİV

“Türk Dövlətləri Təşkilatı (TDT) Şuşa şəhərinin türk dünyasının mədəniyyət mərkəzi kimi tanıdılması üçün gələn il üzv ölkələrin müvafiq qurumları ilə birgə irimiqyaslı tədbirlər keçirəcək, layihələr reallaşdıracaq”. Bunu “Report”un Türkiyə bürosuna eksklüziv açıqlamasında TDT-nin yeni Baş katibi Kubanıçbek Ömüralıyev bildirib. Onun sözlərinə görə, bu fəaliyyətlər xüsusilə Şuşanın, Qarabağın və bütövlükdə Azərbaycanın beynəlxalq aləmdə daha geniş şəkildə tanınması üçün əlavə mexanizm rolunu oynaması …

Read More »

Beynəlxalq blogerlər Füzuli və Şuşa şəhərlərinin dağıntıları ilə tanış olublar

Dünyanın 10-dan çox ölkəsini təmsil edən blogerlər Füzuli və Şuşa şəhərlərində törədilmiş dağıntılarla tanış olublar. İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzindən “Report”a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərə səfər “Show Me Azerbaijan” (Mənə Azərbaycanı göstər) – Beynəlxalq blogerlərin Şuşa düşərgəsi” layihəsi çərçivəsində həyata keçirilib. “Layihənin əsas məqsədi Azərbaycan və Qarabağ həqiqətlərini dünyaya yaymaqdır. Hədəfimiz bu ilin sonunadək …

Read More »

Əli Hüseynli: “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi toplaşmaq və birləşmək azadlığına təminat verir”

“Demokratik dövlətdə ifadə azalığına, toplaşmaq və birləşmək azadlığına maksimum təminat verilməlidir. Hesab edirik ki, yeni hazırlanan “Siyasi partiyalar haqqında” qanun layihəsi məhz bu təminatı verir”. Boyukmillet.com xəbər verir ki, bu sözləri parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin noyabrın 29-da keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi l oxunuşda müzakirəsi zamanı çıxışında deyib. …

Read More »

Güneyli mühacir: “Şuşada gördüklərim məndə böyük ümidlər yaradıb”

“Şuşada gördüklərim məndə böyük ümidlər yaradıb”. 35 ildir Fransada mühacirət həyatı yaşayan Maşallah Rəzmi bildirib ki, ən böyük arzusu Qarabağı ziyarət etmək olub. O, Qarabağın işğalından sonra bu torpaqlara gələcəyi günü səbrsizliklə gözlədiyini söyləyib: “Hər dəfə düşünürdüm və bu fikirlə yaşayırdım ki, görəsən buralara gəlmək mənə nəsib olacaqmı? Bu gün arzuma çatdığım üçün özümü xoşbəxt hiss edirəm. Xalqımızın mədəniyyət beşiyi …

Read More »