“Bu il artıq sosial cəhətdən həssas qruplardan olan ailələrə 500-dən çox mənzil verilib. Bu il ərzində ümumilikdə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub”. Boyukmillet.com xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillə, sosial xidmətlərlə təminatı işlərinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ötən il …
Read More »Yearly Archives: 2022
Sumqayıtda mərmi tapılıb
Sumqayıtda mərmi tapılıb. Boyukmillet.com xəbər verir ki, “112” qaynar telefon xəttinə şəhərin Hacı Zeynalabdin qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 …
Read More »Azad edilən ərazilərdə daha 107 mina aşkarlanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, iyunun 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 11 mina və 685 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 544 hektar ərazi mina və partlamamış hərbi …
Read More »Şəhid ailələri və qazilər Azərbaycan Qran-prisinin finalını izləyib
Bu gün şəhid ailələri və qazilər Azərbaycan Qran-prisinin finalını izləyib. Boyukmillet.com xəbər verir ki, Formula-1 üzrə Azərbaycan Qran-prisini izləyənlər arasında şəhid və qazi ailərinin üzvləri də var. Bununla bağlı onlara hələ bir neçə gün əvvəl dəvət göndərilib. Bu gün 570 qazi Formula-1-I izləyib. Fəxri qonaqlar Azərbaycan Qran-prisini 3 gün tribunadan izləyib.
Read More »Ərdoğan Putin və Zelenski ilə taxıl dəhlizinin yaradılmasını müzakirə edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan taxıl ixracı üçün təhlükəsiz dəhlizin yaradılmasını müzakirə etmək üçün gələn həftə Rusiya lideri Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparacaq. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə lideri Vanda gənclərlə görüşündə deyib. “Ukrayna ilə Rusiya arasında müharibə gedir və biz bilirik ki, kənd təsərrüfatı məhsulları böyük ölçüdə bu ölkələrdən gəlir. İndiki …
Read More »Türkiyə Prezidenti: “Qərbə etibar etmək olmaz”
“Qərb ölkələrinə etibar etmək olmaz”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda gənclərlə görüşündə deyib. “Onlardan (Yunanıstan – red) niyə bu (Amerika – red) bazalarını yaratdığınızı soruşduqda, onlar belə cavab verirlər: “Rusiyaya qarşı”. “Bəs siz Ukrayna üçün Rusiyaya qarşı nə etmisiniz? Onların sözləri yalanla doludur. Qərbə etibar etmək olmaz, xüsusən də onların siyasətinə gəldikdə”.
Read More »Ərdoğan: “Türkiyədə erkən seçkilər olmayacaq”
“Türkiyədə erkən prezident və parlament seçkiləri olmayacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda gənclərlə görüşündə deyib. “Noyabr ayında növbədənkənar seçki olmayacaq. Seçki gələn ilin iyun ayında keçiriləcək. Özünü ora hazırlayın”, – Ərdoğan bildirib. Xatırladaq ki, iyunun 4-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Rəcəb Tayyib Ərdoğanı 2023-cü ilin yayında keçiriləcək prezident seçkilərində Xalq Alyansının …
Read More »Şəhid ailələri ilə görüşdən VİDEOREPORTAJ
İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin direktoru Şərqiyyə Məmmədovanın təşəbbüsü ilə şəhid ailələri ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, şəhid general Polad Həşimovun anası və şəhid palkovnik İlqar Mirzəyevin anası ilə görüş keçirilib. Görüşdə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbərliyi, ictimaiyyət nümayəndələri və müəllimələr iştirak edib. Görüşdən olan reportajı sizlərə təqdim edirik: Ayna Fərhad
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib. Boyukmillet.com icmalı təqdim edir.
Read More »Türkiyədə yaşayış binasında yanğın olub, ölən və xəsarət alanlar var
Türkiyədə 25 mərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir. Məlumata görə, hadisə Diyarbəkir əyalətində qeydə alınıb. Yenişehir rayonunda çoxmərtəbəli binada baş verən yanğın zamanı 15 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım, yanğınsöndürənlər xilasedicilər və polis əməkdaşları cəlb edilib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada ölüb. Xəsarət alan daha 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar