“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi cəmiyyətdə siyasi prüalizmin hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, çoxpartiyalı sistemin təşəkkül tapmasına da kömək olacaq”. Boyukmillet/com xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin noyabrın 29-da keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin l oxunuşda müzakirəsi zamanı deyib. “Təəssüf ki, bu gün …
Read More »Yearly Archives: 2022
Milli Məclis sülhməramlılarla bağlı Rusiya parlamentinə müraciət edəcək
Milli Məclisin Regional məsələlər komitəsi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə Azərbaycan toponimlərini dəyişdirməsinə görə bu ölkənin parlamentinə müraciət ünvanlayacaq. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, komitə sədri Siyavuş Novruzov parlamentin noyabrın 29-da keçirilən plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Rusiya sülhməramlıları üçtərəfli görüşdə imzalanan bütün protokollara, hətta Vladimir Putinin imzasına da hörmətsiz yanaşırlar: “Çünki protokolların hər …
Read More »Pentaqonda Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub
Pentaqonda Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-ın Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydi ilə görüşüb. Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik …
Read More »Erməni silahlıları Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi atəşə tutub
Noyabrın 28-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, noyabrın 28-i saat 16:00-dan noyabrın 29-u saat 09:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun …
Read More »Cənubi Koreya Prezidenti Çini Şimali Koreyanı nüvə proqramından çəkindirməyə çağırıb
Koreya Respublikasının (Cənubi Koreya) Prezidenti Yun Sok Yol Çin Xalq Respublikasının (ÇXR) Koreya Xalq Demokratik Respublikasına (KXDR, Şimali Koreya) Pxenyanın öz nüvə-raket proqramından əl çəkməsi üçün təsir göstərməli olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın lideri “Reuters”ə müsahibəsində deyib. Prezident müsahibəsində deyib ki, “Çinin Şimali Koreyaya təsir etmək imkanı və prosesdə iştirak etmək məsuliyyəti var”. Onun fikrincə, …
Read More »Baş Qərargah rəisi Azərbaycanın ABŞ-dakı səfirliyində olub
Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 28-də ölkəmizin ABŞ-dakı səfirliyində olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfər zamanı nümayəndə heyətinin ABŞ-ın hərbi rəhbərliyi və “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində Oklahoma ştatında görüşlərin keçirilməsi planlaşdırılır. Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Ordusu ilə Oklahoma …
Read More »KİV: “ABŞ və Rusiya Ukraynadakı müharibə zamanı bir dəfə xüsusi rabitə xəttindən istifadə ediblər”
Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlanğıcından ABŞ və Rusiya hərbçiləri tərəfindən yaradılmış münaqişənin həlli üçün (“dekonfliktinq”) xüsusi rabitə xətti yalnız bir dəfə istifadə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters”ə adının açıqlanmasını istəməyən amerikalı rəsmi məlumat verib. Mənbə bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukraynadakı kritik infrastrukturun yaxınlığındakı hərbi əməliyyatları ilə bağlı narahatlıqlarını bildirmək üçün “dekonfliktinq” xəttinə müraciət edib. ABŞ rəsmisi …
Read More »Çavuşoğlu NATO XİN başçılarının toplantısına qatılmaq üçün Rumıniyada səfərdədir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rumıniyanın paytaxtı Buxarestdə səfərdədir. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN başçısı tviterdə bildirib. Diplomatın Balkan ölkəsinə səfəri bu ölkədə keçiriləcək NATO XİN başçıları toplantısında iştirak etməsi ilə əlaqədardır. Qeyd edək ki, 30 NATO üzvünün xarici işlər nazirlərinin ikigünlük görüşü noyabrın 29-30-da Rumıniyada keçirilməsi təsadüfi deyil. Təşkilatın rəhbərliyi bununla da NATO-nun şərq cinahına və Rusiyanın Ukraynaya …
Read More »Türkiyə Suriya ilə sərhədə qoşun yığıb, quru əməliyyatlarına hazırlaşır
Türkiyə ordusunun Suriya ilə sərhəd bölgələrdə hazırlığı başa çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb. Ordu bölmələri sərhədə bitişik ərazilərdə quru əməliyyatının başlaması üçün əmr gözləyir. Bundan əvvəl noyabrın 27-də Türkiyə milli müdafiə naziri Hulusi Akar ordu komandanlığı və sərhədyanı bölgələrdəki birlik komandirləri ilə videokonfrans keçirib.
Read More »Ceyhun Bayramov ABŞ rəsmisi ilə Ermənistanla sülh müqaviləsini müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerlə Ermənistanla sülh müqaviləsini müzakirə edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüş zamanı Azərbaycan-Ermənistan normallaşma prosesi, Vaşinqton görüşü də daxil sülh müqaviləsinin elementləri üzrə aparılan ikitərəfli danışıqlar və bundan irəli gələn məsələlər, kommunikasiyaların açılması və delimitasiya prosesi üzrə cari vəziyyət müzakirə olunub. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar