Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

ARDNF-in Müşahidə Şurasının iclası keçirilib

İyunun 10-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Baş nazir, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2021-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, Fondun 2021-ci il büdcəsinin icrası və digər məsələlər müzakirə edilib. ARDNF-in 2021-ci ildə fəaliyyəti haqqında illik hesabatın, auditin …

Read More »

Azərbaycan və Türkmənistan prezidentləri arasında məktub mübadiləsi olub

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova məktub ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Bu il biz Azərbaycan Respublikası ilə Türkmənistan arasında əlamətdar ildönümü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu xoş hadisə ilə əlaqədar Sizi ürəkdən təbrik edir, Sizə və qardaş Türkmənistan xalqına ən səmimi arzularımı çatdırıram. Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlər tarixən dostluq şəraitində …

Read More »

Akif Çovdarov və Səlim Məmmədovun əmlakları geri qaytarılacaq?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və Səlim Məmmədovun əmlakları üzərinə qoyulan həbsin götürülməsi tələbi ilə bağlı məhkəmə başlayır. Boyukmillet.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində iş icraata götürülüb. Akif Çovdarov və Səlim Məmmədovun əmlakları barədə məsələyə hakim Habil Məmmədovun sədrliyi ilə baxılacaq. Xatırladaq ki, A.Çovdarov və digərləri …

Read More »

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-yə səfər edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti 28-30 iyun tarixlərində Beynəlxalq Din Azadlığı Sammitində iştirak məqsədilə ABŞ-yə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov ABŞ-nin Azərbaycandakı səfirinin müavini Maykl Dikerson ilə görüşündə deyib. Sədr müavini Azərbaycandakı multikultural və həmrəylik mühiti, dövlətin tolerantlıqla bağlı ölkə daxilində və beynəlxalq miqyasda həyata keçirdiyi siyasət və fəaliyyət, habelə …

Read More »

Biləsuvarda 26 İyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı konfrans keçirilib

Biləsuvar rayonunda 26 İyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, konfrans Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyası və Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən keçirilib. Tədbirdə iştirak edən Biləsuvar Rayon …

Read More »

Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə təlim-metodiki toplanış keçirilib

Azərbaycan Ordusunun qoşun növü, birlik və mərkəzi tabelikdə olan hərbi hissələrinin maddi-texniki təminat idarə, şöbə (bölmə) rəisləri ilə təlim-metodiki toplanışın yekunu keçirilib. Boyukmillet.com xəbər verir ki, yekunda Maddi-Texniki Təminat Baş İdarəsinin Maddi-Texniki Təminat Qərargahının rəisi vəzifəsini icra edən general-mayor Qədir Nəsibov iştirak edib. Toplanışda silah və texnika idarəsi üzrə raket-artilleriya silahları, avtomobil və zirehli tank xidmətlərinin təşkili, arxa cəbhə idarəsi …

Read More »

Fərid Qayıbov Azərbaycanın minifutbol yığması ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov və “Zirə” klubun fəxri prezidenti Orxan Məmmədov Slovakiyanın Koşitse şəhərində Avropa çempionatında çıxış edən minifutbol üzrə Azərbaycan yığmasının üzvləri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, onlar onlayn baş tutan görüşdə komandanı yarımfinala vəsiqə qazanmaları münasibəti ilə təbrik edib və növbəti qarşılaşmada uğurlar arzulayıblar. Millinin baş məşqçisi Elşad Quliyev diqqətə görə təşəkkürünü bildirib. Qeyd edək …

Read More »

Bərdədə 17 yaşlı qız qaçırılıb, 4 nəfər saxlanılıb

Bərdədə 17 yaşlı qız qaçırılıb, 4 nəfər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, iyun ayının 9-da axşam radələrində rayonun Darğalar kəndində yaşayan 2005-ci il təvəllüdlü yeniyetmə qızın öz istəyinə zidd olaraq evlənmək məqsədilə qaçırılması barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Saxlanılan O.Əzizov, R.Əzizov, E.Ələkbərov və İ.Əzizova …

Read More »

DİN: “İlham Təhməzov xüsusi ittiham qaydasında məhkəmənin qərarı ilə həbs edilib”

“Yevlax şəhər sakini İlham Təhməzov xüsusi ittiham qaydasında məhkəmənin qərarı ilə həbs edilib. Onun barəsində polis orqanında hər hansı icraat işi aparılmayıb”. Boyukmillet.com xəbər verir ki, İ.Təhməzovun oğlunun toy mərasiminə polisin mane olması ilə bağlı iddialar tam əsassızdır: “Qanunamüvafiq olaraq karantin rejim qaydalarına uyğun mərasimdə iştirak edən şəxslərin COVID-19 pasportu yoxlanılıb. Burada da hər hansı hüqüqazidd hal yoxdur”. Qeyd edək …

Read More »

İtaliyanın “Technip” şirkəti Azərbaycanda “yaşıl” qazın alınmasına kömək edəcək

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və İtaliyanın “Technip Energies Italy S.p.A” şirkəti arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb. İmzalanma mərasimi iqtisadiyyat naziri Mikayıl Cabbarovun İtaliyanın “Technip Energies” şirkətinin nümayəndələri ilə görüşdə keçirilib. Əməkdaşlıq çərçivəsində “Tullantıların Monetizasiyası” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə termokimyəvi təkrar emal texnologiyası əsasında plastiklə zəngin olan məişət tullantılarından “yaşıl” qazın alınmasını nəzərdə tutur. Emal zamanı yaradılmış məhsulla “Azərikimya” …

Read More »