Regional media, QHT və vətəndaş cəmiyyəti institutları ilə mövcud kommunikasiyanın möhkəmləndirilməsi məqsədilə Baş Prokurorluğun silsilə tədbirlərinin davamı olaraq Ağcabədi şəhərində “Media və hüquqi maarifləndirmə” adlı işgüzar konfrans təşkil edilib. Boyukmillet.com ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Tədbir çərçivəsində media qurumları və QHT nümayəndələrinin iştirakı ilə Ağcabədi rayon prokurorluğunun inzibati binasına presstur …
Read More »Yearly Archives: 2022
Azərbaycanda ailə planlaşdırılması üzrə strateji proqram hazırlanır
“Ölkəmizdə məişət zorakılığının qarşısının alınması, gender bərabərliyi və uşaq hüquqlarının təmini ilə bağlı qanunvericilik aktları və strateji sənədlərin qəbul olunması bu sahədə zəruri addımlardandır. Ailə planlaşdırılması üzrə strateji proqramın hazırlanması və təsdiq edilməsi də mövcud istiqamətdə tədbirlərin gücləndirilməsinə töhfə verəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Azərbaycanda keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı və Ədliyyə Nazirliyi tərəfindən …
Read More »Ombudsman: “Aliment borcunun ödənilməsindən yayınma halları əsas şikayət obyektidir”
“Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə uşaqlara qarşı zorakılıq, erkən evlilik halları ilə bağlı yayımlanan məlumatlar operativ qaydada araşdırılır və həmin məsələlərin həlli nəzarətdə saxlanılır”. Boyukmillet.com xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Azərbaycanda keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı və Ədliyyə Nazirliyi tərəfindən “Ailə-nikah münasibətlərinin inkişafı: çağırışlar, islahatlar, perspektivlər” mövzusunda təşkil edilən ictimai müzakirədə deyib. Aliment borcunun ödənilməsindən …
Read More »“Formula 1″lə əlaqədar Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə bir sıra dəyişikliklər edilib
“Formula 1” üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə bir sıra dəyişikliklər edilib. Boyukmillet.com-un “Bakı Metropoliteni” QSC-yə istinadən verdiyi məlumata görə, bununla əlaqədar yarışın keçiriləcəyi məkanlara yaxın olan stansiyalarda əlavə işçi personalı ayrılmaqla növbətçilik cədvəli tərtib olunub. Qatarlar texniki cəhətdən mümkün optimal qrafik üzrə hərəkət etdiyindən, gur saatlarda cədvələ dəyişiklik edilməsi mümkün olmasa da, ehtiyat qatarların …
Read More »Vilyam Hacıyev külli miqdarda vəsaiti təhsil müəssisələrinə xərclənməsi adı ilə silib – İTTİHAM
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında ekspertiza rəyləri üzrə aktlar elan olunub. Boyukmillet.com-un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov çıxış edib. O, cinayət işi üzrə tərtib edilən aktlarda dəymiş ziyanla bağlı yazılan rəqəmlərlə razı olmadıqlarını söyləyib. …
Read More »Bakıda “Formula 1” yarışı başlayıb
Bakıda “Formula 1” üzrə Azərbaycan Qran-prisinə start verilib. Boyukmillet.com -un məlumatına görə, saat 15:00-da pilotlar ilk sərbəst yürüşə başlayıblar. Test yürüşünün təxminən saat 16:00-da başa çatacağı gözlənilir. Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.
Read More »Baş Prokurorluq, DTX və DİN 12 il əvvəl baş vermiş ölüm işinin üstünü açıb
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində istintaq-əməliyyat tədbirlərinin davam etdirilməsi nəticəsində qeyri-aşkar şəraitdə törədilən növbəti ağır cinayətin üstü açılıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Baş Prokurorluq və DİN-in birgə məlumatında qeyd edilib. Belə ki, 2010-cu il noyabrın 18-də paytaxt sakini Qürbət Abzərovun kəllə-beyin travması diaqnozu ilə daxil olduğu xəstəxanada …
Read More »Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar keçirilib
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikasının Federal Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq hər iki ölkənin müdafiə nazirlikləri arasında 10-cu Qərargah danışıqları keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən, əməkdaşlığın cari vəziyyəti və mümkün perspektivləri müzakirə olunub.
Read More »Prezident Bakıda yeni elektrik yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “Azərişıq” ASC-nin 110/35/10 kilovoltluq yeni yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Boyukmillet.com-un xəbərinə görə, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlət başçısına yeni yarımstansiyada və idarəetmə mərkəzində yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, paytaxtın Yasamal rayonu ərazisində, Füzuli meydanının yaxınlığında tikilən yeni yarımstansiya Bakı şəhərinin sürətlə artan elektrik enerjisi tələbatını …
Read More »“Sputnik Azərbaycan”ın şef-redaktorunun iş icazəsinin uzadılmasına imtina verildi: Ölkəni tərk edir
“Sputnik Azərbaycan” saytının baş redaktoru Antonava Tryzno Veranika ilə həmin media orqanının prodüseri və onun həyat yoldaşı Pavel Antonovun Azərbaycanda müvəqqəti yaşamaq üçün icazələrin verilməsindən imtina edilib və onların müvəqqəti yaşama icazələri ləğv edilib. Boyukmillet.com Dövlət Miqrasiya Xidmətinin saytına istinadən xəbər verir ki, Belarus vətəndaşı olan hər iki şəxs 10 gün ərzində ölkəni tərk etmək məcburiyyətindədirlər.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar