Quba rayonunda kompleks mülki müdafiə təlimi keçirilib Boyukmillet.com xəbər verir ki, 6-8 iyun 2022-ci il tarixlərində “Azərbaycan Respublikasının 2022-ci il üçün Mülki müdafiə tədbirləri planı” çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəhbərliyi ilə Quba rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. …
Read More »Yearly Archives: 2022
Əliyar Məmmədyarov Mərkəzi Bankın sədrinin müavini təyin edilib
Əliyar Qəhrəman oğlu Məmmədyarov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Read More »Rəşad Orucov Mərkəzi Bankın sədrinin birinci müavini təyin edilib
Rəşad Temraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib. Boyukmillet.com xəbər verir ki, R.Orucov 1978-ci ildə Bakı şəhərində anadan olub. O, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1998-ci ildə …
Read More »Azərbaycan və Çexiya arasında birgə İşçi Qrupu yaradılacaq
Azərbaycan və Çexiya arasında energetika sahəsində əməkdaşlığı genişləndirilməsi ilə bağlı birgə İşçi Qrupu yaradılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Çexiyanın Azərbaycandakı səfiri Milan Ekertinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar keçirdiyi qəbul zamanı məlum olub. Məlumata görə, görüşdə iki ölkə arasında enerji əməkdaşlığı, o cümlədən Azərbaycanın Energetika Nazirliyi ilə Çexiyanın Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində …
Read More »Lavrov və Çavuşoğlu arasında görüş keçirilir
Türkiyənin paytaxtı Ankarada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi teleqramda məlumat yayıb. Qeyd edək ki, tərəflər Rusiya-Türkiyə münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini müzakirə edəcək, həmçinin Ukrayna, Cənubi Qafqaz, Yaxın Şərq və Şimali Afrika, Mərkəzi Asiya və Qara dəniz regionunda durumla bağlı fikir …
Read More »Əməkdar jurnalist Nəsir Əhmədli ilə vida mərasimi keçirilir
Azərbaycanın əməkdar jurnalisti, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli ilə vida mərasimi keçirilir.Boyukmillet.com xəbər verir ki, Əməkdar jurnalist Nasir Əhmədli ilə vida mərasimi onun doğulduğu Tovuz rayon Alakol kəndində keçirilir.Vida mərasimində onun yaxınları ilə yanaşı ictimaiyyət və media nümayəndələri, ziyalılar da iştirak edir.Vida mərasimi başa çatdıqdan sonra mərhum Alakol kənd qəbristanlığında dəfn olunacaq.Qeyd …
Read More »Erman Ereke: “Orta Asiya ilə Türkiyə arasında yükdaşımaların yarısı Zəngəzur dəhlizindən keçə bilər”
Zəngəzur dəhlizinin açılması, Azərbaycanın bir neçə proseduru sadələşdirməsi ilə Orta Asiya ilə Türkiyə arasında olan dövriyyənin yarıdan çox hissəsi buradan keçə bilər. Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Türkiyə və Yaxın Şərq üzrə daimi nümayəndəliyinin rəhbəri Erman Ereke Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndə heyəti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi …
Read More »Bakıda qanunsuz parkinq yaradılmış ərazidə səki tam bərpa edilib – FOTO
Bakının mərkəzində yaradılan qanunsuz parkinqin sökülmə işləri başa çatıb. Boyukmillet.com xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında səki tam bərpa edilib. Həmin ərazidə yenidən ağac əkiləcək. Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Ölkə …
Read More »Azərbaycan neftinin qiyməti 128 dollara çatıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,81 ABŞ dolları, yaxud 0,64 % artaraq 127,94 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünya bazarında Rusiya neftinə qarşı nəzərdə tutulan sanksiyalarla bağlı qərar “qara qızıl”ın qiymətindəki artımı sürətləndirib. Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 120,57 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin …
Read More »Qızıl ucuzlaşıb
ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artması fonunda qızıl ucuzlaşıb. Boyukmillet.com birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,1%, yaxud 1,85 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 850,25 ABŞ dollarına satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,31% düşərək 1 unsiyası 22,108 ABŞ dolları təşkil edib. ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyinin 2,97%-dən 3,007% səviyyəsinə çatması qızılın qiymətinə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar