Növbəti mövsümdən “Sumqayıt” klubunda əcnəbi futbolçuların çıxışına razılıq verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə klubun Müşahidə Şurasının iclasında qərar qəbul olunub. İclasda əsas komandanın çıxışı, akademiyanın cari mövsümdəki fəaliyyəti, klubun infrastrukturu ilə bağlı yeni layihələr, Müşahidə Şurasına yeni üzvlərin seçilməsi və digər məsələlər müzakirə edilib. Müşahidə Şurası baş məşqçi Aleksey Baqaya dəstəyini nümayiş etdirib və növbəti mövsümdə ona və …
Read More »Yearly Archives: 2022
Tbilisidə Nizami Gəncəviyə həsr olunan tədbir keçirilib, tanınmış gürcü xadimlər təltif edilib
Tbilisi Dövlət İncəsənət Akademiyasında (TDİA) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Öncə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin ölməz əsərlərinə həsr olunan miniatürlərdən ibarət sərgiyə baxış keçirilib. Akademiyanın rektoru Giorgi Ququşvili çıxışında deyib …
Read More »DİN iş adamına qarşı dələduzluq edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib
Daxili İşlər Nazirliyi (DİN) Oğuz rayonunda iş adamına qarşı dələduzluq edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, Oğuz Rayon Polis Şöbəsində vətəndaş Abbasqulu Məmmədovun müraciətinin araşdırılmaması ilə bağlı iddialar həqiqətə uyğun deyil. “Belə ki, mayın 31-də DİN-in “102” Xidməti-Zəng Mərkəzinə müraciət edən Abbasqulu Məmmədov Rasim Əliyev adlı şəxs tərəfindən ona məxsus heyvanların xəbərsiz şəkildə satıldığını deyib. …
Read More »Azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı sənədləri kim gizlədir?” – Deputat həyəcan təbili çalır
Əziz ƏLƏKBƏRLİ: “Qaçqınlardan yığılmış Ermənistan pasportları bizim üçün ən tutarlı sənəd olacaq” Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sonuncu keçirilən iclasında deputat Əziz Ələkbərli deyib. Deputat bildirib ki, Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmamışıq: “Bu sənədlər alimlərin, dövlət qurumlarının əlində kifayət qədər deyil. 1988-ci ildə ermənilərin bizim torpaqlarımızda törətdiyi cinayətlərin Milli Arxiv İdarəsində məxfi fondda saxlanılmasına səbəb nədir?! Milli …
Read More »“Vecon Consulting”in əməkdaşları uşaq evini ziyarət edib – FOTOLAR
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “VECON CONSULTING” qiymətləndirmə şirkətinin əməkdaşları paytaxtın Xəzər rayonu ərazisində yerləşən “NUR” uşaq evində məskunlaşan körpələri ziyarət edib. Şikrətin əməkdaşları uşaqları bayram münasibətilə təbrik edib, onlarla maraqlı müzakirələr aparıblar. Uşaqların qarşısında çıxış edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, “VECON CONSULTING” qiymətləndirmə şirkətinin təsisçisi Vüqar Oruc onlara təhsilin əhəmiyyəti, gələcək fəaliyyət istiqamətləri ilə bağlı tövsiyyələrini …
Read More »Prokuror Cəlilabadın sabiq icra başçısına 13 il həbs cəzası istəyib
Prokuror Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısının 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət ittihamçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan edib. Daha sonra təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası iyunun 10-na təyin edilib. Qeyd edək ki, N.Zeynalov …
Read More »Vejnəli qızıl yatağında ilkin kəşfiyyat işlərinə başlanılıb
“Zəngilan rayonundakı Vejnəli qızıl yatağında xarici şirkət öz fəaliyyyətini bərpa etməyi nəzərdə tutur”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. O bildirib ki, artıq bu istiqamətdə irəliləyişlər var: “Hazırda Vejnəli yataqında həmin şirkət tərəfindən istismar öncəsi ilkin kəşfiyyat-qiymətləndirmə mərhələsinə başlanılıb. Güman edirik ki, 6 ay müddətində bu prosesllər başa çatacaq və şirkət yataqda öz …
Read More »İstanbulda Azərbaycanın ilk süni intellekti olan “Şuşa” kompozisiyası təqdim edilir
İstanbulda “Dünyadakı tək davamlı enerji insan yaradıcılığımıdır?” mövzusunda “IDAF-22”-Beynəlxalq Rəqəmsal İncəsənət Festivalı keçirilir. Boyukmillet.com xəbər verir ki, festival Türkiyənin ilk süni intellekt kuratoru “Avind”, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu, “PASHA Bank” ASC-nin Türkiyədəki törəməsi “PASHA Yatırım Bankası A.Ş.” və “Mezo” rəqəmsal incəsənət qrupunun birgə təşkilatçılığı ilə baş tutub. Festivalda Azərbaycanın ilk süni intellekti “Şuşa” kompozisiyası …
Read More »ABŞ səfiri: “Günahsız Azərbaycan vətəndaşlarının faciəvi şəkildə həyatlarını itirməsi məni dərindən kədərləndirmişdir”
“Günahsız Azərbaycan vətəndaşları da daxil olmaqla Ukraynada qadın və uşaqların, gənc insanların, hətta yeni doğulan körpənin faciəvi şəkildə həyatını itirməsi məni dərindən kədərləndirmişdir”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerin yazdığı və “Report”da dərc olunmuş “Bütün gözlər Ukraynaya yönəlib: Rusiyanın cavabdehliyinə dair vədimiz” adlı məqaləsində deyilir. “Hücum şəklində həyata keçirilən bu zorakılıq mülki insanlara ölüm və xəsarət yetirərək, xəstəxanalar, məktəblər, uşaqların sığınacağı olan …
Read More »“DOST” İş Mərkəzi Vilyam Hacıyevə qarşı 275 min manatlıq mülki iddia qaldırıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə V.Hacıyev dövlət ittihamçısının suallarını cavablandırıb. O, barəsində irəli sürülən ittihamların əsassız olduğunu deyib. Daha sonra məhkəmədə ekspertiza rəyləri elan olunub. Prosesdə iş üzrə zərərçəkmiş qismində …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar