Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Ölkəmiz Özbəkistanda Türk Dövlətləri IV Gənc Liderlərin Forumunda təmsil olunur

Azərbaycan nümayəndə heyəti Özbəkistanda Türk Dövlətləri IV Gənc Liderlərin Forumunda iştirak edir. Bu barədə Turkustan.az-aTürk Dövlətləri Təşkilatının Gənclər Platformasının üzvü olan “Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud deyib. “Bu gün Daşkənddə bir sıra görüşlər keçirdik. Sabahdan etibarən isə Forum qədim Buxara şəhərində öz işinə başlayacaq. Azərbaycanın Türkiyə ilə münasibətlərinin son illərdə inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi …

Read More »

İki ildə intihar edən qazilərin SİYAHISI

İkinci Qarabağ müharibəsinin başa çatmasından iki ilə yaxın zaman ötsə də, vaxtaşırı qazilərin intihar xəbərləri yayılır. Bu məsələ dəfələrlə müzakirə olunub, amma intiharların səngiməməsi problemin həll yolunun tapılmadığını göstərir. Boyukmillet.com müharibədən sonra intihar edən qazilərin bəzilərinin siyahısını təqdim edir: Kəlbəcərin Zəylik kəndindən həqiqi hərbi xidmətə çağırılan əsgər Vüsal Musayev müalicə aldığı hərbi hospitalda intihar etdi. Tarix: 6 yanvar 2021-ci il. Abşeron …

Read More »

Türkiyə ordusu İraqda 5 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 5 silahlısını zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, silahlılar İraqın 3 rayonunda aprelin 18-dən bugünədək davam edən “Pençe-Kilit” əməliyyatı zonasında məhv edilib. Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edəcəyini bildirib.

Read More »

Tokatda 28 may Respublika gününə həsr olunmuş tədbir keçirilib

Türkiyədə Tokat Qaziosmanpaşa universitetində Azərbaycanlı Tələbələr Təşkilatı 28 may Respublika Gününə həsr edilmiş tədbir keçirdib. Boyukmillet.com xəbər verir ki, tədbiri giriş çıxışı ilə Tokat Qaziosmanpaşa universitetindən Dr. Hakan Yaşar başladıb. Tədbir iştirakçılarına 28 may tarixi və Məhəmməd Əmin Rəsulzadə haqda geniş məlumat verilib. Ayna Fərhad

Read More »

ABŞ Mariya Zaxarova və Qod Nisanova sanksiya tətbiq edib

“ABŞ Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya qarşı sanksiya tətbiq edib”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir. Sanksiya siyahısına rusiyalı iş adamı Qod Nisanov, Mordaşov, Rolduqin, Reşetnikov və başqaları daxil olmaqla, 16 rusiyalı fiziki şəxs daxil edilib. Bundan başqa, “Severstal” sənaye korporasiyası, həmçinin daha 15 hüquqi şəxs qara siyahıya salınıb.  Eyni zamanda sanksiya rusiyalılara məxsus 7 …

Read More »

Azərbaycan Rusiyaya uçuşları bərpa edir

Azərbaycanın milli aviadaşıyıcısı 15 iyundan etibarən Rusiyanın şəhərləri ilə hava əlaqəsini bərpa edir. Boyukmillet.com xəbər verir ki, qeyd edilən tarixdən etibarən “AZAL” və “Buta Airways” aviaşirkətləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Moskva, Sankt-Peterburq, Həştərxan, Mineralnıye Vodı və Kazan şəhərlərinə uçuş proqramını mərhələli şəkildə bərpa edir. “Azərbaycan Hava Yolları” aviaşirkəti 15 iyundan etibarən Moskva şəhərinin Domodedovo və Vnukovo hava limanlarına gündəlik uçuşlar …

Read More »

Şəhid ailələri və qazilər üçün genişlənən sosial dəstək proqramları fonunda komissiyalara təzyiq cəhdləri – ŞƏRH

Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanda böyük sosial dəstək paketi icra olunur. Şəhid ailələri və qazilər, erməni terrorundan zərər çəkənlərdən ibarət artıq 100 min şəxs bu dəstək tədbirləri ilə əhatə olunub və onlara dəstək yönümlü 175 min xidmət göstərilib. Ötən dövr ərzində Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin sosial təminat hüquqlarının çevik şəkildə reallaşdırılması təmin olunub. Onların müraciətinə, …

Read More »

Azərbaycan-Rumıniya iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, tədbirdə qarşılıqlı iqtisadi əlaqələrin inkişafı, enerji, nəqliyyat, ticarət və s. sahələrdə tərəfdaşlıq, SOCAR-ın Rumıniyada fəaliyyəti vurğulanıb, Rumıniya şirkətləri Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət olunub. Tərəflər iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Read More »

Tbilisidə “Şuşa ili”nə həsr olunan növbəti konsert keçirilib

Gürcüstanın paytaxtı Tbilisidə “Şuşa ili” çərçivəsində növbəti konsert proqramı təqdim edilib. Boyukmillet.com xəbər verir ki, “Xarıbülbül” adlı konsert Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Gürcüstanın Milli Parlament Kitabxanasının zalında keçirilib. Musiqili tədbir Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində baş tutub. Tamaşaçılar qarşısında IV “Muğam” televiziya müsabiqəsinin qalibi Zümrüd Məmmədova Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Süleyman …

Read More »

Meri Saymon: “Kanada Azərbaycanla əlaqələrin genişlənməsindən məmnundur”

Kanadanın General-Qubernatoru Meri Saymon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə bütün kanadalılar adından Sizi və Azərbaycan xalqını təbrik edirəm. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün yaxınlaşdığı bir vaxtda Kanada Azərbaycanla əlaqələrin genişlənməsindən məmnundur. Xalqlarımızın möhkəm əlaqələrinə və fəal Azərbaycan-Kanada cəmiyyətinə əsaslanan tərəfdaşlığımız qadınların …

Read More »