Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Dövlət Komitəsindən sığınacaqda uşaqlara əzab verilməsi ilə bağlı açıqlama

“Kütləvi informasiya vasitələrində iyunun 2-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən sığınacaqların birində uşaqların zorakılığa məruz qalması faktına dair Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işinin başlanıldığı qeyd edilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu açıqlama verib. O bildirib ki, işin icrası zamanı məlumatların konfidensiallığı nəzərə alınaraq, …

Read More »

Sabah havanın temperaturu 37 dərəcəyədək artacaq

Bakıda və Abşeron yarımadasında iyunun 3-də hava şəraiti yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal küləyi əsəcək.Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında sabah əksər rayonlarda hava əsasən yağmursuz …

Read More »

Serbiya enerji nəqlinin şaxələndirilməsində Azərbaycana ümid bəsləyir

“Serbiya Azərbaycan qazını gələcəkdə alacaq Bolqarıstan ilə interkonnektorun tikintisini tamamlayacaq”. Bunu Serbiya Baş nazirinin müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç deyib. Onun sözlərinə görə, bu məsələ Azərbaycan Prezidenti İlham Əliyev və energetika naziri Pərviz Şahbazovla keçirdiyi görüşlərdə müzakirə mövzularından biri olub. “Bunu müzakirə etməklə bağlı razılıq əldə etdik. Ola bilər ki, gələn ildən etibarən ölkənizdən təbii qaz ala biləcəyik. Serbiya …

Read More »

İrandan Azərbaycana 11 kq-a yaxın qızılın qanunsuz keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 11 kq-a yaxın qızılın qanunsuz keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, iyun ayının 1-də saat 03:20 radələrində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan istiqamətinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd zastavası dərhal …

Read More »

Mustafa Şentop: “Türkiyə-Azərbaycan birliyinin daha da möhkəmlənməsini arzulayırıq”

“Türkiyə-Azərbaycan birliyinin sevincini yaşayırıq və bu birliyin daha da möhkəmlənməsini arzulayırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ADA Universitetində keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində çıxışı zamanı deyib. “Bizim arzumuz Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə də eşidilməsidir”, – TBMM sədri əlavə edib. Onun sözlərinə görə, bugünkü konqres Qarabağ məsələsinin də dünya ictimaiyyətinin diqqətinə …

Read More »

“Azərkosmos” İspaniyanın yüksək texnologiya şirkəti ilə əməkdaşlığa başlayır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) İspaniyanın aerokosmik, müdafiə və təhlükəsizlik sahələri üzrə fəaliyyət göstərən “GTD Ingenieria de Sistemas” şirkəti ilə Niyyət Protokolu imzalayıb. Boyukmillet.com xəbər verir ki, sənəd kosmik sahə üzrə qarşılıqlı fayda gətirəcək layihələrdə əməkdaşlığın təməlini qoyur. Niyyət Protokoluna əsasən “Azərkosmos” “GTD Ingenieria de Sistemas” şirkəti ilə birgə ölkədə kosmik sahə üzrə analitika və həllər, …

Read More »

Nazir: “Türkiyədə 26 mindən çox azərbaycanlı tələbə təhsil alır”

“Türkiyədə 26 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bu da bizi çox sevindirir”. Boyukmillet.com xəbər verir ki, təhsil naziri Emin Əmrullayev ADA-da keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində deyib. Onun sözlərinə görə, Azərbaycan-Türkiyə Universitetinin yaradılması istiqamətində intensiv şəkildə işləyirik: “Bu da ölkələrimiz arasında təhsil sahəsinin ən sıx pilləsi olacaq”.

Read More »

Nazir: “Rumıniya və Azərbaycan “yaşıl enerji” sahəsində əməkdaşlıq edə bilər”

“Azərbaycan Rumıniyanın strateji tərəfdaşıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Vircil Popesko Borrero Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib. Nazirin sözlərinə görə, Azərbaycan və Rumıniya “yaşıl enerji” sahəsində əməkdaşlıq edə bilər: “Bərpa olunan enerjidən yararlanaraq istehsal edilən elektrik enerjinin tədarükü üzrə Azərbaycan, Gürcüstan və Avropanı birləşdirəcək “yaşıl dəhliz” yaratmaqla bu növ enerji üçün körpü rolunu oynaya bilərik”. V.Popesku …

Read More »

TBMM sədri: “Azərbaycan-Türkiyə Universitetinin yaradılmasını önəmli hesab edirəm”

“Bizim parlamentlərimiz Şuşa Bəyannaməsini də təsdiq edib. Həmin sənəddə ölkələrimizin daha da yaxınlaşmağına şərait yaradacaq məqamlar var”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ADA Universitetində keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində çıxışı zamanı deyib. “Azərbaycan-Türkiyə Universitetinin yaradılmasını önəmli hesab edirəm. Hətta gələn tədris ilindən bu təhsil müəssisəsinin fəaliyyətə başlamasını arzu edirəm”.

Read More »

Emin Əmrullayev: “Azərbaycanlı tələbələrin Türkiyədə təhsil alması dəstəklənəcək”

“Bu il ərzində Türkiyədə dövlət hesabına təhsil alacaq tələbələri görməkdən məmnun olacağıq”. Boyukmillet.com xəbər verir ki, təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində çıxışı zamanı deyib. Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın tarixi əhəmiyyəti var: “Prezident İlham Əliyevin imzaladığı sərəncamla xaricdə təhsillə bağlı dövlət proqramı çərçivəsində azərbaycanlı tələbələrin Türkiyə universitetlərində təhsil alması dəstəklənəcək”.

Read More »