Enerji sektorunun diversifikasiyası rəqabətə daha yaxşı imkan yaradır və qiymətlərin tənzimlənməsinə yardım edir. Boyukmillet.com xəbər verir ki, bunu Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.K. Borrero qeyd edib ki, təmsil etdiyi qitədə diversifikasiya 10 ilə yaxındır başlayıb:”Biz Avropa İttifaqında enerji mənbələrinin və təchizatın şaxələndirilməsinə 2014-cü ildən başlamışıq. …
Read More »Yearly Archives: 2022
ABŞ rəsmisi: “Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi üçün vacibdir”
“Xəzər regionu enerji təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-ın Energetika Resursları Bürosu katibinin köməkçisinin müavini Laura Lokman Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib. O, Cənub Qaz Dəhlizinin (SGC) Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb. L.Lokman eyni zamanda, “yaşıl enerji”yə keçidin vacibliyini vurğulayıb: “Biz karbohidrogen xammalından asılılığın azaldılması istiqamətində görülən tədbirlərdə Avropa İttifaqını …
Read More »Pərviz Şahbazov: “Şuşada iri həcmli “yaşıl enerji” layihələri üzrə müqavilə imzalanacaq”
Azərbaycanın enerji sisteminin dinamikasını dəyişəcək transformativ proseslər baş verir, Xəzərin enerji tarixində tamamilə fərqli, yeni bir səhifə açılır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib. Onun sözlərinə görə, iki gün sonra Qarabağın incisi Şuşada iri həcmli “yaşıl enerji” layihələri üzrə yeni müqaviləyə imza atılacaq: “Belə davamlı təşəbbüslər Azərbaycan …
Read More »Borrero: “Avropanın əsas məqsədi Rusiyanın enerji asılılığından xilas olmaqdır”
“Avropanın əsas məqsədi Rusiyanın enerji resurslarının asılılığından xilas olmaqdır. Bununla belə, Avropa İttifaqı (Aİ) karbonsuzlaşdırılma siyasətinə sabiqdir”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda çıxışı zamanı bildirib. O, bərpa olunan enerji mənbələrinə keçidin zəruriliyini vurğulayıb. “Enerji səmərəliliyi haqqında düşünməliyik. Bu göstəricini 9%-dən 40%-dək artırmağa nail olmuşuq”, – …
Read More »Ukraynada hərbi əməliyyatlar zamanı ölən uşaqların sayı kəskin artıb
Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar başlayandan bəri 261 uşaq ölüb, 480 uşaq yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında deyilir. “Uşaqların əksəriyyəti Donetskdə – 184, Kiyev vilayətində – 116, Xarkovda – 112, Çerniqovda – 68, Luqansk – 52, Xersonda – 52, Nikolayevdə – 47, Zaporojyedə – 29, Sumıdə – 17, Kiyev şəhərində – 16 və Jitomirdə – …
Read More »Baş nazir: “Gürcüstan bölgədə sabitliyi təmin etmək potensialına malikdir”
“Avropa İttifaqı və regional tərəfdaşlarla əlaqələri dərinləşdirməklə Gürcüstanın öz təhlükəsizliyini möhkəmləndirmək, bölgədə və onun hüdudlarından kənarda sülh və sabitliyi təmin etmək potensialı var”. Boyukmillet.com xəbər verir ki, bunu Bratislavada keçirilən “GLOBSEC 2022” Qlobal Təhlükəsizlik Forumunda iştirak edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tviter hesabında yazıb. Foruma qatılmağından məmnunluq ifadə edən hökumət başçısı məhsuldar müzakirələr və görüşlər gözlədiyini qeyd edib.
Read More »Alparslan Bayraktar: “Son 20 ildə Türkiyənin təbii qaza olan tələbatı 3 dəfə artıb”
Son 20 ildə Türkiyənin təbii qaza olan tələbatı 3 dəfə artıb. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib. Onun sözlərinə görə, son 3 il öncə Türkiyənin təbii qaza olan tələbatı 50 milyard kubmetrdən artıq 60 milyard kubmetrə çatır: “Hazırda Türkiyə Avropada ən böyük qaz istehlakçısıdır və təbii qazın 70 %-i idxal edilir”. Nazir müavini qeyd …
Read More »Bakıda jurnalistlərə təlim keçirilir
Bakıda “Mediada gender bərabərliyi və peşəkarlıq” adlı ikigünlük təlim keçirilir. Boyukmillet.com xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı baş tutan təlimin məqsədi jurnalistlərin peşəkarlıqlarının artırılmasıdır. Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli təlimi girişi sözü ilə açıblar. Təlimdə BMT-nin …
Read More »“QHT ziyarətləri” çərçivəsində Qəbələ rayonunda növbəti görüş keçirilib – FOTO
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi “QHT ziyarətləri” layihəsi çərçivəsində Qəbələ rayonunda növbəti görüş keçirib. Boyukmillet.com QHT.az -a istinadən xəbər verir ki, layihə çərçivəsində “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” ictimai birliyinin ofisi ziyarət edilib.“QHT ziyarətin”də Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu …
Read More »Bolqarıstanın energetika naziri: “Azərbaycan etibarlı enerji tərəfdaşı olduğunu sübut edib”
“Azərbaycan uzun illər ərzində ən etibarlı enerji tərəfdaşı olduğunu sübut edib” Boyukmillet.com xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Aleksandr Nikolov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransda deyib. “İndi Avropanın rəqabətqabiliyyətliliyi və enerji təchizatının şaxələndirilməsi həmişəkindən daha vacibdir”, – nazir bildirib. Onun sözlərinə görə, Xəzər regionu ilə əməkdaşlıq Avropa üçün vacibdir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar