Ermənistanın Azərbaycan ərazilərini minalaması məsələsi Cenevrədə müzakirə olunub. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Belə ki, ANAMA, Azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi və Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmilərindən ibarət nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində keçirilən “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyata yığılması, istehsalı və daşınmasının qadağan edilməsi və onların məhv edilməsi üzrə Konvensiya”nın …
Read More »Yearly Archives: 2022
Azərbaycanlılar Fransa Milli Assambleyasına etiraz məqsədilə sosial şəbəkələrdə kampaniya keçirib
Avropada yaşayan azərbaycanlılar Fransa Milli Assambleyasının anti-Azərbaycan qətnaməsini səsverməyə çıxarmasına etiraz məqsədilə sosial şəbəkələrdə kampaniya keçiriblər. Boyukmillet.com xəbər verir ki, kampaniya #StopHypocrisy (Riyakarlığa son!) həştəqi ilə keçirilib. Kampaniya Ermənistanın 30 ildir Azərbaycana qarşı yürütdüyü təcavüz siyasətinə, vandallıq, soyqırım, müharibə və hərbi cinayətlərə, kütləvi məzarlıqlar, terror və mina məsələlərinə, ekologiyaya ziyan vurulması, torpaqların yandırılması və nadir ağacların kəsilməsinə dünya ictimaiyyətinin diqqətini …
Read More »Erməni silahlılarının Xocalı və Ağdamda uçuşlar etməyə cəhd göstərən kvadrokopteri ələ keçirilib
Qanunsuz erməni silahlılarının Xocalı və Ağdamda uçuşlar həyata keçirməyə cəhd edən kvadrokopteri ələ keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd …
Read More »Samir Adıgözəlli:”Rusiya Sülhməramlıları sülh yaratmır, ermənilərə dəstək göstərir.”
Samir Adıgözəlli: “İndiyə qədər ermənilərin bu cinayətlərinə rus sülhməramlıları hansısa bir irad bildirməyib, əksinə, daha çox mina daşıyıb basdırmalarına şərait yaradıb” Bu gün bizim o minaların ağrısını çəkdiyimizi deyən S.Adıgözəlli hesab edir ki, Rusiya sülhməramlılarının bu işə göz yumması təəssüf doğurur: “Gümrü mina zavodunda istehsal edilən minaların ərazilərimizə keçirilməsi və basdırılması bizi ciddi narahat edir. Rusiya sülhməramlıları buna mane olmaq …
Read More »Prezident: “Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhlizin inkişafına əsas töhfələrdən biri olacaq”
“Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhlizin inkişafına əsas töhfələrdən biri olacaq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib. “Əgər ölkələrin coğrafi yerləşməsini nəzərdən keçirsək, – Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzərin digər sahilində Azərbaycan, Gürcüstan və Türkiyə, – bu, əlavə imkanlar yaradır. …
Read More »XİN Niderland parlamentinin Azərbaycanın əleyhinə qəbul etdiyi qətnamə layihəsinə münasibət bildirib
“Niderland parlamentinin Azərbaycanın əleyhinə qəbul etdiyi qətnamə layihəsini qətiyyətlə rədd edir, Niderland tərəfini birtərəfli mövqeyindən əl çəkməyə və qərarlarında beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməyə çağırırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən bildirib. Onun sözlərinə görə, Niderland parlamentinin əvvəlki illərdə də Azərbaycan əleyhinə, həqiqəti əks …
Read More »“İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, lakin azərbaycandilli məktəblər yoxdur” – Prezident İlham Əliyev
Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir. Bununla yanaşı, respublikada 10 məktəbdə tədris gürcü dilindədir. Gürcüstanda 116 azərbaycandilli məktəb var. İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – …
Read More »Azərbaycanın turizm potensialı Polşada nümayiş etdirilir
Azərbaycanın turizm imkanlarının və mövcud turizm məhsullarının Polşada tanıdılması məqsədilə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu “TT Warsaw” Beynəlxalq Səyahət Sərgisi və Dünya Səyahət Şousunda təmsil olunur. Bu barədə “Report”a Agentlikdən bildirilib. Məlumata görə, tədbirdə Azərbaycan nümayəndə heyətini hotel, turagentliklər və “Azərbaycan Hava Yolları” QSC daxil olmaqla ümumilikdə 10 tərəfdaş təmsil edir. Sərgi çərçivəsində digər ölkələri təmsil edən turizm sənayesi …
Read More »Nazir: “Şuşa, Ağdam və Füzulidə məktəb tikintisi 2023-cü ilin sentyabrında bitəcək”
“Şuşa, Ağdam və Füzulidə məktəb tikintisi 2023-cü ilin sentyabrında bitəcək”. Boyukmillet.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, artıq Suqovuşanda məktəb hazırdır: “Ağalıda tədris var. Zəngilan, Kəlbəcər və Cəbrayılda məktəb tikintisinin ilkin işlərinə başlanılıb. Aidiyyəti qurumlarla digər regionlarda onlarla kəndin məktəblərinin layihələndirilmə işlərinə başlanılıb”.
Read More »Nazir: “Uşaq bağçaları ilə bağlı ilkin uğurlar var”
“Uşaq bağçaları ilə bağlı ilkin uğurlar var. Məlumat sistemlərinin toplanılması, mərkəzləşdirilmiş qaydada uşaqların qəbulu elektron şəkildə həyata keçirilir”. Boyukmillet.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib. Nazir bildirib ki, sistemin ilk dəfə olması müəyyən nöqsanları üzə çıxarıb: “Müəyyən həll yolları tapmağa çalışırıq. İşə qəbul imtahanları üçün 4539 namizəd müraciət etmişdisə, 739 …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar