Bu gün Norveçin Stavanger şəhərində “Norway Chess” çərçivəsində blits turniri keçiriləcək. Boyukmillet.com-un məlumatına görə, yarışda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da mübarizə aparacaq. Onların rəqibləri yerli dünya çempionu Maqnus Karlsen, macarıstanlı Rixard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və çinli Van Hao olacaq. Dairəvi sistemlə təşkil …
Read More »Yearly Archives: 2022
Bərdədə oğul atasını qətlə yetirib
Bərdədə oğul atasını qətlə yetirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) mayın 29-da saat 23 radələrində Mirzəcəfərli kəndində Bulud Fərzəliyevin öldürülməsi barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla B.Fərzəliyevi oğlu, əvvəllər məhkum olunmuş Kənan Fərzəliyevin sərxoş vəziyyətdə münaqişə zəminində yaşadığı …
Read More »Lənkəranda sərxoş sürücünün avtomobilində 6 kq-dan artıq narkotik aşkarlanıb
Lənkəran şəhəri ərazisində hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Bakı şəhər sakini olan sürücü Rövşən Acalovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyinə, üzərində və nəqliyyat vasitəsində narkotik vasitə daşıdığına şübhələr yarandığından …
Read More »Braziliyada leysan yağışlar nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb
Braziliyanın şimal-şərqindəki Pernambuko ştatında leysan yağışları nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Globo” yerli hakimiyyət orqanlarına istinadən xəbər verir. Regionun qubernatoru Paulu Kamaru bildirib ki, təbii hadisə zamanı daha 56 nəfərin itkin düşdüyü bildirilir. Həmçinin 4 minə yaxın insanın evsiz qaldığı bildirilir. Xilasedicilər itkin düşənləri axtarır və xəsarət alanlara köməklik göstərirlər. Daha əvvəl 56 nəfərin öldüyü …
Read More »Yaponiya Ukraynaya 1,7 milyon dollar ayıracaq
Yaponiya hökuməti Ukraynaya 1,7 milyon dollar məbləğində təcili yardım ayıracaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat yayıb. Ukrayna tərəfinə yardım Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisi (UNOPS) vasitəsilə ötürüləcək. Yaponiya Xarici İşlər Nazirliyi bildirib ki, Tokio beynəlxalq ictimaiyyətin Ukraynaya dəstək səylərinə töhfə verməkdə davam edəcək. BMT-nin məlumatına görə, fevralın 24-dən indiyədək 8 milyondan çox Ukrayna vətəndaşı qaçqın …
Read More »ABŞ-da festivalda atışma olub, ölən və yaralananlar var
ABŞ-ın Oklahoma ştatında açıq havada keçirilən festivalda atışma nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə bazar günü şahidlərə və ştatın İstintaq Bürosuna istinadən “Associated Press” agentliyi məlumat yayıb. Büronun məlumatına görə, yaralananlar arasında iki azyaşlı da var. Zərərçəkənlərin vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur. Agentlik aydınlaşdırıb ki, hazırda atəş açan şəxs saxlanılmayıb. AP şübhəlilərin olub-olmaması barədə …
Read More »Zelenski UTX-nin Xarkov üzrə rəhbərini işdən çıxarıb: “Yalnız özünü düşünürdü”
Prezident Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Xarkov vilayəti üzrə rəhbəri Roman Dudini vəzifəsindən azad edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “RBC-Ukraina” Prezidentin müraciətinə istinadən xəbər verib. “Hər kəs qalib gəlmək üçün çalışır və çox səmərəlidir. Təəssüf ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin yerli rəhbərliyi haqqında demək olmaz. Mən gəldim, aydınlaşdırdım, Ukrayna Təhlükəsizlik Xidmətinin regional rəisini şəxsən işdən çıxardım. Hansı …
Read More »Türkiyə ordusunun əsgəri terrorçularla atışma zamanı həlak olub
İraqın şimalındakı “Pençe Kilit” əməliyyatı zonasında Türkiyə ordusunun terrorçularla mayın 27-də baş verən atışmada yaralanan hərbçisi dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Read More »Ərdoğan: “Can Azərbaycanda həqiqətən qürurverici bir gün keçirdik”
“Dəyərli qardaşım Prezident İlham Əliyevin dəvəti ilə etdiyimiz səfəri uğurla başa vurduq. Can Azərbaycanda həqiqətən qürurverici bir gün keçirdik. Azərbaycanlı gənclərimizin həyəcanı, həvəsi, orada gördüyümüz mənzərə bizi çox-çox sevindirdi”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib. “Bir millət, iki dövlət” şüarı ilə Bakıda “Bir festival”ın yeni ənənəsinə başlamaq bizi həyəcanlandırdı. Görürəm …
Read More »Kalın: “Türkiyə İsveç və Finlandiya ilə danışıqları davam etdirəcək”
Türkiyənin İsveç və Finlandiya ilə məsləhətləşmələri davam etdiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Ankarada üç ölkənin nümayəndələri arasında bir neçə gün əvvəl aparılan danışıqların nəticələrini şərh edərkən deyib. Kalının sözlərinə görə, bu ölkələrin nümayəndələri Ankaranın narahatlığını aradan qaldırmağa yönəlmiş addımlar atmaq istədiklərini bildiriblər. “Lakin biz onlara dedik ki, məsələ təkcə xoşniyyətli bəyanatlarla həll oluna bilməz”, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar