“Rusiya ilə Ukrayna arasındakı müharibəni dayandırmalıyıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib. “Atəşkəs təmin olunmalıdır. Davam edən savaşın əziyyətini günahsız insanlar çəkir. Türkiyə olaraq biz səylərimizi davam etdiririk”, – o bildirib.
Read More »Yearly Archives: 2022
İraqın şimalında Türkiyə ordusunun 3 əsgəri şəhid olub
İraqın şimalında keçirilən “Pəncə-Kilid” antiterror əməliyyatında Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi şəhid olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Həmçinin qeyd olunub ki, 4 əsgər yaralanıb.
Read More »Zakir Həsənov “Qaraheybət”də yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildiirlib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “Qaraheybət” Təlim Mərkəzində yeni istifadəyə verilən hərbi …
Read More »MN: “Avtoxuliqanlıq edən əsgər hərbi hissəni özbaşına tərk edib”
Müdafiə Nazirliyi avtoxuliqanlıq hərəkətləri edən əsgərlə bağlı məlumatlara aydınlıq gətirib. Nazirlikdən bildirilib ki, “N” nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib, eləcə də digər qanunsuz hərəkətlərə yol verib. “Bununla bağlı Ə.Məlikov barəsində lazımi sənədlər toplanaraq araşdırılması məqsədilə cari ilin mart ayında xidmət etdiyi qarnizon Hərbi …
Read More »Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyası yaradılır
Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyası yaradılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze bildirib. Onun sözlərinə görə, bununla bağlı qərar Bakıda keçirilən görüşlərdə qəbul olunub. “Gürcüstan-Türkiyə-Azərbaycan Parlament Assambleyasının yaradılması üzərində işləmək üçün mühüm qərar qəbul etdik. Bu, parlamentlər arasındakı əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldəcək. Assambleyanın yaradılması parlamentlərin xarici əlaqələr komitələrinin əmədakşlıq formatının nəticəsi olacaq, lakin bizim format …
Read More »Parisdə Azərbaycanın Müstəqillik Günü və UNESCO-ya üzvlük qeyd edilib
Azərbaycanın Müstəqillik Günü və UNESCO-ya üzvlüyünün 30 illiyi Parisdə qurumun igamətgahında qeyd edilib. “Report”un Fransa bürosu xəbər verir ki, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə respublikamızın UNESCO yanında daimi nümayəndəliyi tərəfindən təşkil edilən tədbirdə ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi Elman Abdullayev, UNESCO baş katibinin müavini Firmin Edouard Matoko, İcraiyyə Şurasının prezidenti Tamara Rastovac Siamaşvili, qurumun …
Read More »Ukrayna kamikadze dronlarından istifadə etməyə başlayıb
Ukrayna Silahlı Qüvvələrinin kamikadze dronlardan istifadə etməsinə dair ilk görüntülər yayılıb. Boyukmillet.com xəbər verir ki, kamikadze dronunun Rusiya texnikası və hərbçilərini zərərsizləşdirməsi videosu Ukraynanın Xüsusi Əməliyyatlar Qüvvələrinin feysbuk səhifəsində paylaşılıb. “Rusiya işğalçıları zirehdə oturaraq rahatca alkoqol içirdilər. Lakin onların adət etdiyi məşğuliyyət qəflətən aviazərbə ilə dayandırılıb. Güclü partlayıcı maddə ilə təchiz edilmiş müasir kamikadze pilotsuz uçan aparat birbaşa tanka çırpılıb. …
Read More »Xocavənddə qanunsuz olaraq müxtəlif əşyalar toplayan şəxs həbs edilib
Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq müxtəlif əşyalar toplayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları rayonun Hünərli kəndində xidmətdə olan zaman Füzuli rayon sakini Vəzir İbrahimovun idarəsində olan “VAZ-2106” markalı avtomobili nəzarət qaydasına uyğun saxlayıblar. Avtomobilə …
Read More »Yağıntılı hava şəraiti mayın 26-dək davam edəcək – FAKTİKİ HAVA
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 24-ü saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.Düşən yağıntının miqdarı: Kişçayda (Şəki) 28.0 mm, Göygöldə 27.0 mm, Ləzədə 26.0 mm, Şahdağda 25.0 mm, Qudyalçay-Xınalıqda …
Read More »Bakı Enerji Forumunun bir ssessiyası Şuşada keçiriləcək
Bakı Enerji Forumunun möhtəşəm yekunu Qarabağın işğaldan azad edilmiş ərazilərində baş tutacaq və iyunun 4-də Şuşa şəhərində Forum iştirakçıları ilə sessiya keçiriləcək. Boyukmillet.com-un məlumatına görə, Forumun ilk iki günü – iyunun 2 -3-də Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə qlobal enerji perspektivləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi və bir sıra digər aktual mövzular ətrafında müzakirələr …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar