Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Vilyam Hacıyevin məhkəməsində şahid dindirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahid ifadə verib. Boyukmillet.com-un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Vüsal Niftəliyev dindirilərkən bildirib ki, hazırda işsizdir. O qeyd edib ki, V.Hacıyevin İmişli RİH-də işlədiyi dövrdə maliyyə yardımın göstərilməsi ilə bağlı rayon icra hakimiyyətinə …

Read More »

Azərbaycan iqtisadiyyatı 7 %-dən çox böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 554,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Boyukmillet.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 %, qeyri neft-qaz sektorunda isə 11,4 % artıb. ÜDM istehsalının 54,8 %-i sənaye, 7,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6 %-i nəqliyyat və anbar təsərrüfatı, 4 %-i tikinti, 2,4 %-i kənd …

Read More »

Bakıda həbsdə olan tanışına toyuğun içərisində narkotik keçirən şəxs saxlanılıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə psixotrop və narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə  Xidmətdən məlumat verilib. Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci (Narkotik) maddəsi ilə təqsirli bilinərək həbs edilən Hünər Şabanəli oğlu Cəfərova tanışı İlham Səlim oğlu Əliyev tərəfindən gətirilən sovqata baxış keçirilən zaman xüsusi üsulla gizlədilmiş 1 kq qəndin …

Read More »

Rusiya Finlandiya və İsveçi hədələyib

“Finlandiya və İsveçin NATO-ya daxil olması çox böyük fəsadları olan səhv olardı”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “RİA Novosti”yə müsahibəsində bildirib. Onun sözlərinə görə, İsveç və Finlandiyanın Alyansa daxil olmasından sonra hər iki ölkənin təhlükəsizliyi güclənməyəcək. “Heç kimdə Rusiyanın vəziyyətlə barışacağına dair illüziyası olmamalıdır. Moskvanın reaksiyası isə Stokholm və Helsinki tərəfindən atılan konkret …

Read More »

Litva Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Litva Prezidenti Gitanas Nauseda mayın 18-də Azərbaycana rəsmi səfərə gələcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Litva Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Bakıda Litva Prezidenti Gitanas Nausedanın Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşəcəyi gözlənilir. Səfər zamanı iki ölkə arasında enerji və iqtisadiyyat sahəsində əməkdaşlığın, Qafqaz regionunda təhlükəsizliklə bağlı vəziyyətin, həmçinin Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın müzakirə olunacağı planlaşdırılır. …

Read More »

Əfqanıstan və Tacikistan sərhədçiləri arasında silahlı toqquşma olub

Əfqanıstan-Tacikistan sərhədində silahlı toqquşmalar olub. Boyukmillet.com bu barədə “Afghanistan International”a istinadən xəbər verir. “Əfqanıstanın şimalındakı yerli mənbələr Şerxan-Bəndər ərazisində, sərhəddə Tacikistan sərhədçiləri ilə “Taliban” qüvvələrinin dörd saat ərzində bir-birinə atəş açdığını bildirir”, – xəbərdə vurğulanır. “Mənbələrin məlumatına görə, silahlı toqquşma “Taliban” qüvvələri ilə Tacikistan sərhədçiləri arasında şifahi gərginlikdən sonra baş verib və ilk olaraq “taliblər” atəş açıb”, – məlumatda qeyd …

Read More »

İran təbii qazın Azərbaycana ixracı üçün lazımi tədbirlər görəcək

İran təbii qazın Azərbaycana ixracı üçün lazımi tədbirlər görəcək Boyukmillet.com İran mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Milli Qaz Şirkətinin (NIGC) sədri Məcid Çeqini deyib. O, qeyd edib ki, İran digər ölkələrlə qaz ticarətinin bərpası üçün lazımi səyləri göstərəcək, qazın qonşu ölkələrə, o cümlədən Türkiyə, İraqa da ixracı üçün lazımi tədbirlər görəcək. İranın Milli Qaz Şirkətinin sədri əlavə edib ki, …

Read More »

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtmalı olub

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan beynəlxalq hava limanındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib. Bu barədə  AZAL-dan bildirilib. Məlumata görə, təyyarə saat 08:37-də Bakı hava limanında eniş edib. Sərnişinlər hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Read More »

Ukrayna ordusunun batalyonu Xarkovda Rusiya ilə sərhədə çatıb

Ukrayna Silahlı Qüvvələrinin bölmələri Xarkov vilayətində Rusiya ilə dövlət sərhədinə çatıb. Bu barədə Boyukmillet.com Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin feysbuk sosial şəbəkəsindəki videosuna istinadən xəbər verir. Məlumata görə, 127-ci ərazi müdafiə briqadasının 227-ci batalyonunun hərbçiləri Prezident Volodimir Zelenskiyə döyüş tapşırığının yerinə yetirilməsi barədə raport veriblər. Döyüşçülər mayın 15-də Rusiya Federasiyası ilə sərhədə çıxıblar. Onlar Xarkov vilayətinin şimalının Rusiya hərbçilərindən təmizlənməsi əməliyyatı zamanı əldə …

Read More »