Fransada yaşayan azərbaycanlılar bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Biz, Fransa azərbaycanlıları Fransa Milli Assambleyası tərəfindən 28 noyabr 2022-ci il tarixində müzakirəyə çıxarılacaq, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə xidmət etməyən və regionda sülhyaratma prosesinə kölgə salan 388 saylı qətnamə layihəsini hüquq və ədalət baxımından son dərəcə təhlükəli təşəbbüs hesab edərək qəti etirazımızı bildirir və layihə müəlliflərinin belə qərəzli yanaşmasını …
Read More »Yearly Archives: 2022
KTMT-dəki ikiüzlü Ermənistan – Moskvanı şantaj edən, Qərbə göz süzdürən İrəvan – ŞƏRH
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın iddiasına yenə əhəmiyyət verməyib. Noyabrın 23-də İrəvanda keçirilən toplantıda təşkilatla bağlı məsələlər müzakirə olunub. Ermənistan baş naziri Nikol Paşinyanın çıxışı, KTMT qarşısında irəli sürdüyü təkliflərdən belə nəticəyə gəlmək olar ki, rəsmi İrəvan bu hərbi birliyə qarşı fəaliyyət göstərdiyini nümayiş etdirir. Ötən illərdə Paşinyan təşkilatın qüvvələrinin Azərbaycanla Ermənistanın sərhədyanı bölgələrinə yerləşdirilməsini istəyirdi. Bu, baş vermədi. …
Read More »Azərbaycanda universitet müəllimi oğlunun qəbri üstündə vəfat edib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris departamentinin direktor müavini, dosent Ənvər İmanov oğlunun qəbri üstə vəfat edib. Ə.İmanov noyabrın 24-də oğlunun məzarını ziyarətə gedib. Qəbiristanlıqda alimin qəfildən halı pisləşib və ürəktutmasından dünyasını dəyişib. Qeyd olunub ki, əvvəllər onun səhhətində heç bir problem olmayıb. O, ötən gün universitetdə tələbələrə dərs deyib. 70 yaşlı Ə.İmanov müasir Azərbaycan pedaqogikasının inkişafında və təhsil təşkilatçılığında böyük …
Read More »İlham Əliyev Vatikanın yeni səfirinin etimadnaməsini qəbul edib
Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vatikanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Marek Solçinskinin etimadnaməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »İlham Əliyev Moldovanın yeni səfirinin etimadnaməsini qəbul edib
Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenkonun etimadnaməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »Azərbaycan Prezidenti Liviyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Liviya Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserin etimadnaməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »Politoloq: “Rəsmi Parisin məqsədi Cənubi Qafqazda vəziyyəti normallaşdırmaq deyil”
“Fransa Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmağa çalışmır, onun məqsədi regionda Rusiyanı əvəz etməkdir”. Bunu “Report”a gürcü politoloq Gela Vasadze deyib. Onun sözlərinə görə, hazırkı Fransa hakimiyyəti və şəxsən Prezident Makron Azərbaycana qarşı son dərəcə ədavətli, Ermənistana qarşı isə əksinə, son dərəcə müsbət münasibət bəsləyir: “Türkiyə və Pakistana düşmən münasibət bəsləyən Fransanın İsrail, Böyük Britaniya və İtaliya ilə münasibətləri çox gərgindir”. Politoloq vurğulayıb ki, …
Read More »XİN Azərbaycan ərazilərində Ermənistan istehsalı yeni minaların aşkarlanması və davam edən mina təhdidi barədə məlumat yayıb
Xarici İşlər Nazirliyi Azərbaycan ərazilərində Ermənistan istehsalı yeni minaların aşkarlanması və davam edən mina təhdidi barədə məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, məlumatda deyilir. “Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, Sarıbaba yüksəkliyinin şimal istiqamətində Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı dəstələri tərəfindən basdırılmış 2021-ci il Ermənistan istehsalı 350 ədəd PMN-Э tipli piyada əleyhinə minalar aşkarlanıb. Qeyd edək ki, …
Read More »İlham Əliyev Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsini qəbul edib
Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »General-mayor: “İndiyədək Sarıbaba yüksəkliyində 1300-dən çox mina aşkarlanıb”
“İndiyə qədər Sarıbaba yüksəkliyində qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılan 1300-dən çox mina aşkarlanıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Ordusunun general-mayoru Münasib Babayev həmin ərazidə Azərbaycanda akkreditə olunan xarici ölkələrin hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələrini məlumatlandırarkən deyib. “Hazırda Sarıbaba yüksəkliyindəyik. Burada düşmən tərəfindən basdırılmış minalar var. Həmin minalar 2021-ci ildə Ermənistanda istehsal olunub və bu ölkənin silahlı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar