Mayın 13-də Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, qonaqları salamlayan nazir Vilayət Eyvazov dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşdiyini …
Read More »Yearly Archives: 2022
TƏBİB-in Müşahidə Şurasının sədri məlum olub
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Müşahidə Şurasının sədri məlum olub. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən (sədr olmaqla), səhiyyə nazirinin müavinindən, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar …
Read More »Bir sıra səhiyyə ocaqları Səhiyyə Nazirliyinə verilib – SİYAHI
Azərbaycanda bir sıra səhiyyə ocaqları Səhiyyə Nazirliyinin tabeliyinə verilir. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Sənədə əsasən, 2023-cü il yanvarın 1-dən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki “Milli Hematologiya və Transfuziologiya Mərkəzi (Mərkəzi Qan Bankının Gəncə bölməsi, Mərkəzi Qan Bankının Şəki bölməsi, Mərkəzi Qan Bankının Quba bölməsi, Mərkəzi Qan Bankının Sumqayıt …
Read More »Azərbaycanda polis ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 13-də Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb. Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.
Read More »Xarkova kassetli raket atılmasına komandanlıq edən Rusiya generalının adı açıqlanıb
Ukraynanın Xarkov vilayətinin qadağan olunan kassetli sursatlarla atəşə tutulması əmrini Rusiya ordusunun general-polkovniki Aleksandr Juravlyov verib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı CNN yayıb. Bildirilib ki, onun əmri ilə Rusiya ordusu Ukraynanın ikinci ən böyük şəhəri sayılan Xarkovda yaşayış məhəllələrinə “Smerç” reaktiv yaylım atəş sistemindən kasset başlıqlı 300 mm mərmilərini atıb. Bu mərmilər futbol meydançası sahəsi ölçüsündə 72 döyüş …
Read More »FHN əməkdaşı Ağdamda minaya düşüb
Bu gün Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi kapitan Süleyman Vaqif oğlu Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb. Bu barədə FHN-dən məlumat verilib. Qeyd olunub ki, təcili olaraq həkim nəzarətinə götürülən yaralıya bütün lazımi tibbi yardım göstərilir.
Read More »Türkiyə işğaldan azad olunan ərazidə iki müəssisə yaradır
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonunda Meşəçilik Tədris Mərkəzi və tinglik müəssisəsi yaradır. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Veysəl Tiryaki bildirib. Onun sözlərinə görə, Meşəçilik Tədris Mərkəzi və tinglik müəssisəsi üçün layihələr hazırlanıb. Nazir müavini qeyd edib ki, işlər sürətlə həyata keçirilir: “Türkiyə Azərbaycanla meşəçilik …
Read More »İran, Azərbaycan və Rusiya arasında üçtərəfli tranzit haqqında saziş imzalanacaq
Azərbaycan və İran arasında gömrük sahəsində 3 əməkdaşlıq protokolu imzalanıb. Boyukmillet.com İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın gömrük naziri Alirza Müqəddəsi deyib. Sənədləri Culfada Alirza Müqəddəsi və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev imzalayıb. A. Müqəddəsinin sözlərinə görə, iki ölkənin gömrük rəsmiləri arasında imzalanmış protokolların 13 maddəsi əməkdaşlığı, iqtisadi əməliyyatları, gömrük prosedurlarını və ikitərəfli qarşılıqlı əlaqələri daha da …
Read More »Samir Adıgözəllidən iş adamına qarşı sərt açıqlamalar- Video
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Hüriyyet tv-də canlı yayımın qonağı olub. Canlı yayımda İSBAM sədri iş adamı Mübariz Mənsimovun son müsahibəsində ictimaiyyəti çaşdıran yalanları ilə bağlı həqiqətlərə aydınlıq gətirib.
Read More »Əmək müqaviləsinə xitam verilməsinə dair yeni qayda təsdiqlənib
Azərbaycanda əmək müqaviləsinə xitam verilməsinə dair yeni qayda müəyyənləşir. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb. Qeyd edilib ki, fiziki şəxs olan işəgötürənlə bağlı bir sıra hallar baş verdikdə, onlar tərəfindən bağlanılmış və əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə daxil edilmiş əmək müqavilələrinə xitam verilməsi zərurəti yaranır, lakin əmək …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar