Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Ukraynada daha bir azərbaycanlı zabit yaralanıb

Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı zabiti yaralanıb. Vinnitsa Azərbaycan Cəmiyyətinin rəhbəri Əliş Səfərovun “Report”un Şərqi Avropa bürosuna verdiyi məlumatına görə, bu, əslən Azərbaycanın Ağdam rayonundan olan Əliyev Ruslan Müslim oğludur. O, Ukrayna ordusunun baş leytenantıdır, Ukrayna vətəndaşıdır və Donbas istiqamətində yaralanıb. Hazırda R.Əliyev Vinnitsa vilayət xəstəxanalarının birində müalicə alır. “Vəziyyəti normaldır. O, və digər burada yaralı yatan azərbaycanlı Ukrayna ordusu …

Read More »

Zelenski döyüşlərdə fərqlənən azərbaycanlı hərbçiləri təltif edib

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə ölkəsində gedən müharibədə fərqlənən bir sıra hərbçiləri təltif edib. Onların arasında azərbaycanlılar da var. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb. Ukrayna Ali Baş Komandanının sərəncamına əsasən, Raqif Vaqif oğlu Əliyev və Məcid Marlen oğlu Abdulqafarov Ukraynanın “İgidliyə görə” ordeni ilə təltif olunub. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur. …

Read More »

Qaradağda zavod ərazisində partlayış olub, ölən var

Mayın 6-da Qaradağ rayonu, Salyan şosesində yerləşən sement zavodunun ərazisində həmin zavodda təkərçi-çilingər vəzifəsində işləyən 1990-cı il təvəllüdlü Sakit Abdullayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, aparılan araşdırmalarla müəyyən edilib ki, Sakit Abdullayev yük avtomobilinin təkərinə normadan artıq hava təzyiqi vurduğundan partlayış baş verib, partlayışın təsirindən təkər diskdən ayrılaraq Sakit Abdullayevin baş nahiyəsinə dəydiyindən sonuncu …

Read More »

Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinə gedib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinə səfərə yola düşüb. Səfərdə məqsəd Beynəlxalq Müsəlman Cəmiyyətləri Şurasının təşkilatçılığı ilə 8-9 may 2022-ci il tarixlərində paytaxt Əbu-Dabi şəhərində “İslam Vəhdəti: konsepsiya, imkanlar, çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir. Konfransın mövzuları İslam cəmiyyətlərinin XXI əsrdə qarşılaşdığı, İslam dövlətləri, cəmiyyətləri, təşkilatları və sıravi fərdlərdən müsəlmanların 20-ci əsrədək tarix boyu …

Read More »

İncəsənət Gimnaziyasının şagirdləri Tbilisidə tamaşa-konsert proqramı ilə çıxış ediblər

Azərbaycan Milli Konservatoriyasının (AMK) nəzdindəki Respublika İncəsənət Gimnaziyasının şagirdləri Gürcüstanın paytaxtı Tbilisidə tamaşa-konsert proqramı ilə çıxış ediblər. Boyukmillet.com xəbər verir ki, Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundzadənin anadan olmasının 210-cu illiyinə həsr olunan tədbir görkəmli ədibin adını daşıyan Azərbaycan Mədəniyyəti Mərkəzində baş tutub. Gimnaziyanın Teatr şöbəsinin müdiri, kulturologiya üzrə fəlsəfə doktoru Hicran Sadıqzadə çıxış edərək M.F.Axundzadənin …

Read More »

Ceyhun Bayramov Naxçıvana gedib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Naxçıvana gedib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Nazir Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra C.Bayramov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ulu öndər Heydər Əliyevə həsr olunan sərgi ilə tanış olublar.

Read More »

Müdafiə Nazirliyi əsgərlər üçün kitab toplayır

Azərbaycan Müdafiə Nazirliyi “Əsgərin kitab rəfi” adlı kitab toplama aksiyasına start verib. Bu barədə  nazirlikdən bildirilib. “Əsgərlərimizin asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliyəyə marağının artırılması məqsədilə “Əsgərin kitab rəfi” aksiyasını elan edirik. Sizi elmi, bədii, publisistik və digər janrlarda kitablarınızı Vətənimizin keşiyində duran əsgərlərimizə hədiyyə etməklə kitab toplama aksiyasına qoşulmağa dəvət edirik. Aksiya çərçivəsində toplanan kitablar işğaldan azad edilmiş ərazilərdə …

Read More »

Pakistanın BMT-dəki nümayəndəsi: “Azərbaycanın mədəni layihələrinə töhfə verməyə hazırıq”

Pakistanın Azərbaycan ilə sıx dostluq əlaqələrinin daha da gücləndirilməsi üçün bütün mədəni layihələrə töhfə verməyə hazırdır. Boyukmillet.com-un məlumatına görə, bu barədə mədəniyyət naziri Anar Kərimovla ABŞ-da keçirilən görüşdə Pakistanın BMT-dəki daimi nümayəndəsi Munir Əkrəm bildirib. Görüşdə Azərbaycan və Pakistan arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər, xüsusilə də mədəni əməkdaşlıq sahəsində müzakirələr aparılıb. Nazir Azərbaycanda həyata keçirilən müxtəlif beynəlxalq layihələr …

Read More »

Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Tehranda beynəlxalq şahmat turniri keçiriləcək

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar olaraq Azərbaycanın İrandakı səfirliyinin təşkilatçılığı ilə may ayının 10-da Tehrandakı diplomatik nümayəndəliklərin iştirakı ilə beynəlxalq şahmat turniri təşkil olunacaq. Bu barədə  Azərbaycan Respublikasının İrandakı Səfirliyindən bildirilib. Beynəlxalq şahmat turniri İsveçrə sistemi üzrə keçiriləcək və yarışın qalibləri xüsusi mükafatlarla təltif ediləcəklər. Turnirdə BMT-nin İran nümayəndəliyində, İqtisadi Əməkdaşlıq Təşklatının (ECO) Tehrandakı …

Read More »

DTX: “Rusiya təmsilçiləri Azərbaycana qarşı əsassız iddialar irəli sürüb”

Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilib. Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən  verilən məlumata görə, heç bir fakt göstərilmədən irəli sürülmüş bu mülahizələr respublikamızın ictimaiyyəti tərəfindən müəyyən narahatçılıqla qarşılanması müşahidə edilməkdədir. “Bununla …

Read More »