Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Ukrayna paytaxtında 30-dan çox səfirlik fəaliyyətini bərpa edib

Ukraynanın paytaxtı Kiyevdə 30-dan çox səfirlik fəaliyyətini bərpa edib. Boyukmillet.com “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluq idarələrinin mühafizəsi üzrə 22-ci briqadanın komandiri Vitali Stetsik deyib. Bu günə olan məlumata görə, 32 diplomatik nümayəndəlik Kiyevə qayıdıb. Hazırda Ukrayna hakimiyyəti onların müdafiəsini yaxşılaşdırmaq üçün tədbirlər görür. Stetsik, həmçinin əlavə edib ki, hərbi təcavüzün başlaması ilə Milli …

Read More »

Zelenski Rusiyaya qarşı tələblərini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya fevralın 24-dək olan sərhədlərə qayıtmalı və işğal altındakı Krımı qaytarmalıdır. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “The Wall Street Journal”ın təşkil etdiyi icraçı direktorların görüşündə videoformatda çıxış edərkən bildirib. Dövlət başçısı Rusiya Federasiyası ilə sülh danışıqlarının uğurlu olacağına da şübhə etdiyini bildirib. “Bizim danışıqlar qruplarımız öz iştirakçıları səviyyəsində qarşılıqlı fəaliyyət göstərir. Onlar …

Read More »

Din adına fitnəkarlıq

Dünən, yəni may ayının 2-də, Facebook-da Ramazan bayramı ilə bağlı bir yazı paylaşmışdım. İranda bu günün, əksər İslam ölkələrindən fərqli tarixdə qeyd edilməsini vurğulamaqda niyyətim bu idi ki, sadə məsələlərdə ikitirəlik olmasın. Məzhəb ayrılığını tamamilə aradan qaldırmaq çətindir, lakin bunu şişirtməkdənsə, son vaxtlar tez-tez səsləndiyi kimi, “Quran İslamı”nın tələblərini əsas götürmək lazımdır. Doğrudur, yanlışdır… bu mənim fikrimdir. Bəyənmək də olar, …

Read More »

“Bu mesaj təkcə revanşist ideyaları dəstəkləyən Ermənistana ünvanlanmayıb” — ŞƏRH

“Cənubi Qafqaz strateji coğrafi mövqeyə malikdir. Səbəb region ölkələri – Azərbaycan, Gürcüstan və Ermənistanın Rusiya, İran və Türkiyə kimi fövqəldövlətlərlə həmsərhəd olmasıdır. Lakin İrəvanla Bakı arasında uzun illər davam etmiş münaqişə bölgədə ticarətə və iqtisadi, siyasi inteqrasiyaya mənfi təsir göstərib”.  Bu fikirləri Demokrat.az-a açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib. O qeyd edib ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə həll …

Read More »

“Bütün bayramları onlara borcluyuq – Cəlal Qurbanov

Müdafiə Nazirliyinin dəstəyi,  “Fire Land Production” və Azman Holdinqin  təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsi üçün nəzərdə tutulmuş “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” adlı silsilə layihələrin davamı kimi şəhid yaxınları, dövlət rəsmiləri, ictimai xadimlər və incəsənət nümayəndələrinin iştirak etdiyi Ramazan tədbiri keçirilib. Boyukmillet.com xəbər verir ki, layihə öz məqsədinə sadiq qalaraq əhatə dairəsini daha da genişlərdirir, …

Read More »

“Dövlətimiz şəhid ailələri, qazilər, müharibə veteranları üçün əlindən gələni edir” – RƏY

“2020-ci il 44 günlük Vətən müharibəsində əldə edilən qələbə Azərbaycan Ordusunun gücünü həm düşmənlərimizə, həm də bütün dünyaya göstərdi. Ordumuzun bu gücə sahib olmasını şərtləndirən bir sıra amillər var ki, onlardan biri də Azərbaycan dövləti tərəfindən hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı və sistemli addımların atılması, onların mənzil-məişət problemlərinin həll edilməsi ilə bağlıdır. Onu da deyim ki, sosial dövlət olan …

Read More »

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Mayın 2-i saat axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur. “Hazırda qeyd …

Read More »

Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Laçın rayonunun Qorçu (1), Ağdam rayonunun Xıdırlı (2), Kəngərli (3) və Sarıcalı (4) kəndlərinin, Cəbrayıl rayonunun Şükürbəyli (5), Qubadlı rayonunun Zilanlı (6), Xanlıq (7) və Mahruzlu (8), Laçın rayonunun Güləbird (9), Zəngilan rayonunun Məmmədbəyli (10) və Cahangirbəyli (11), Cəbrayıl rayonunun Horovlu (12) və Şuşa rayonunun Daşaltı (13) kənd və qəsəbələrində yaşayış məntəqələrinin salınmasının şəhərsalma …

Read More »

Azərbaycan yığmasının Rusiya ilə oyunlarının nəticələri ləğv olunub

Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının 2023-cü il dünya çempionatının Avropa təsnifat mərhələsində Rusiya ilə keçirdiyi oyunlarının nəticələri ləğv olunub. Boyukmillet.com xəbər verir ki, bu UEFA İcraiyyə Komitəsinin Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar nəticəsində baş verib. Qərara əsasən, Rusiyanın qadınlardan ibarət yığması Danimarka, Bosniya və Herseqovina, Malta və Azərbaycanla birgə yer aldığı E qrupundan kənarlaşdırılıb. Bu komandanın apreldə Monteneqro və Malta ilə …

Read More »

İraqda PKK terrorçuları ilə atışmada 1 əsgər həlak olub

İraqın Mosul şəhərinin Sincar rayonunda PKK/YBŞ terror təşkilatının silahlıları ilə İraq ordusunun bölmələri arasında atışma olub. Bu barədə Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir. Məlumata görə, atışma zamanı İraqın 1 əsgəri həlak olub. Ölkə rəsmilərindən biri bildirib ki, ordu bölmələri ilə PKK terrorçuları arasında baş verən silahlı qarşıdurmalara görə 50 ailə evlərini tərk edib. Onlar xüsusi düşərgəyə yerləşdiriləcək. “Rudaw” kanalının xəbərinə görə, …

Read More »