Ermənistan 4 ildən artıqdır Rusiyaya qarşı ikiüzlülük edir. Bu ölkənin baş naziri Nikol Paşinyan gah sürətlə Moskvaya yaxınlaşır, ya da özünü qərbyönlü göstərmək üçün demokratik dəyərlərdən danışır. Ancaq hər iki halda o, yalan danışır, saxtakarlıq edir. “Əbədi mənafe olmur” prinsipi ilə yanaşanlar onun dövlətinin maraqlarını güddüyünü əsas göstərsələr də, əslində Paşinyan fırıldaq və hiylə ilə siyasətin yerini dəyişik salır. Hazırda …
Read More »Yearly Archives: 2022
Zahid Oruc: “Məqsəd güclü siyasi partiyaların formalaşdırılmasıdır”
“Dövlət quruculuğu siyasətinin əsas hədəfi ölkədəki siyasi partiyaların hüquqi müstəvidə fəaliyyət aparmalarıdır. Çünki kənar fəaliyyət siyasi partiyaların dövlətə və millətə qarşı çıxması olur”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı ilə bağlı keçirilən brifinqdə deyib. O qeyd edib ki, son üç ildə partiyalarla kifayət qədər görüş və dialoqlar keçirilib: …
Read More »Ərdoğandan terrorçulara xəbərdarlıq: “Bu, hələ başlanğıcdır”
“Təyyarələrlə, PUA-larla apardığımız əməliyyatlar sadəcə başlanğıcdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, terrorçuların üzərindən çıxan sənədlər onların PKK-dan fərqlənmədiyini göstərir: “Qərb ölkələrinin terrorçuların Suriyadakı qolunu PKK-dan ayırma cəhdlərinin mənasız olduğu aydındır”. Ərdoğan bildirib ki, ən uyğun vaxtda quru əməliyyatları da başlayacaq.
Read More »Ərdoğan: “İstanbuldakı terror aktına kimlərin “timsah göz yaşları” tökdüyünü gördük”
“İstanbuldakı terror aktına kimlərin “timsah göz yaşları” tökdüyü Suriya və İraqda başlatdığımız yeni antiterror əməliyyatında üzə çıxdı. Bunu onların əməliyyatımıza münasibəti göstərdi”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, İstanbulda terror aktını törədən şəxslər tapılıb və ədalətə təslim edilib: “Hadisədə əli olan hər kəsi müəyyən edəcəyik. Terrorun intiqamı alınacaq. Türkiyə artıq terrorçuları …
Read More »Qarabağda inşaat zamanı bərpa olunan enerji qurğularının quraşdırılması nəzərə alınacaq
Qarabağda tikiləcək binaların və digər obyektlərin layihələndirilməsi zamanı ərazinin potensialından asılı olaraq müxtəlif bərpa olunan enerji mənbələri üzrə qurğuların quraşdırılması nəzərə alınacaq. Bunu “Report”a açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrlə iş və hüquq şöbəsinin müdir müavini Cəbrayıl Əliyev deyib. C.Əliyevin sözlərinə görə, ölkə başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən qəbul edilmiş “Azərbaycan Respublikasının işğaldan …
Read More »Dövlət Xidmətinin rəisi bir sıra abidələrə baxış keçirib
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli bir sıra abidələrə baxış keçirib. Boyukmillet.com xəbər verir ki, ilkin olaraq Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən sənaye borusuna baxılıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Ələt azad iqtisadi zonası üzrə layihələndirmə işlərini aparan şirkətin əməkdaşları ilə birgə keçirilən baxış zamanı ətrafında tikinti işlərinin …
Read More »Prezident İlham Əliyev Serbiyada rəsmi səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Serbiya Respublikasına rəsmi səfərə gedib. Boyukmillet.com xəbər verir ki, Belqrad şəhərinin “Nikola Tesla” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısını Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşılayıb.
Read More »Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub
Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın və Serbiyanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycanın və Serbiyanın Dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Prezidentlər fəxri …
Read More »Rusiyalı hərbi ekspert: “Ermənistan KTMT-nin dəstəyinə arxalanmamalıdır”
“Ermənistan Azərbaycana qarşı avantüraları və təxribatları zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzv dövlətlərin dəstəyinə arxalanmamalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının Baş redaktoru İqor Korotçenko KTMT-nin Ermənistan keçiriləcək sammiti ərəfəsində bildirib. “KTMT dövlətləri İrəvan üçün özünü “oda atmayacaq”. Ermənistanın Azərbaycana qarşı avantüraları və hərbi təxribatları zamanı KTMT-nin dəstəyinə arxalana bilməz. Daha …
Read More »Türkiyə ordusunun antiterror əməliyyatı davam edir, 254 terrorçu məhv edilib
Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında davam edən “Pənçə-Qılınc” antiterror əməliyyatı zamanı 471 hədəf atəşə tutulub, 254 terrorçu məhv edilib. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. Qeyd edək ki, noyabrın 20-də Türkiyə ordusu Suriya və İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. H.Akar, həmçinin vurğulayıb ki, Türkiyə ordusunun yeganə hədəfi terrorçulardır: …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar