Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

İranda generalın oğlu öldürülüb

İran İnqilab Keşikçiləri Qvardiyasının Sistan-Bəlucistan əyalətindəki bölmələrinin baş komandanını general Hüseyn Almasinin olduğu avtomobilə naməlum şəxslərin açdığı atəş nəticəsində mühafizəçi ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə əyalətin mərkəzi Zahidan şəhərində nəzarət-buraxılış məntəqəsində olub.  Rəsmi mənbələr Hüseyn Almasinin xəsarət almadığını bildirsələr də, onun yaralandığı ilə bağlı xəbər də yayılıb.  Məlumata görə, mühafizəçi Mahmud Absalan İran İnqilab Keşikçiləri Qvardiyasının Salman Farsi adına …

Read More »

Şuşada su anbarının yaradılması üçün işlərə başlanılıb

Şuşada ümumi tutumu 7 milyon kubmetr olan su anbarının yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanır. Boyukmillet.com xəbər verir ki, bunu “Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəis müavini Ceyhun Məmmədov bildirib. Onun sözlərinə görə, su anbarı Şuşa şəhərinin dayanıqlı su təminatı məqsədilə yaradılır: “Şuşa şəhərində davam edən quruculuq işlərini nəzərə alsaq, yay aylarında yaranacaq su tələbatını qarşılamaq üçün hazırda təxirəsalınmaz tədbir kimi …

Read More »

Daşaltı kəndində turizm kompleksləri tikiləcək

Şuşa rayonunun Daşaltı kəndində turizm mərkəzi tikiləcək. Boyukmillet.com xəbər verir ki, bunu bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib. O deyib ki, Şuşanın girişində, Daşaltıda olan turizm kompleksləri mümkün qədər sürətlə tikilərək istifadəyə veriləcək. Onun sözlərinə görə, bu komplekslər Şuşanın turizm potensialını daha da artıracaq. A.Kərimov diaspor nümayəndələrinə çağırış …

Read More »

Ukrayna ordusu daha üç yaşayış məntəqəsini azad edib

Ukrayna Silahlı Qüvvələri daha üç yaşayış məntəqəsini azad edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarkov hərbi administrasiyasının sədri Oleq Sinequbov sosial şəbəkədə yazıb. “Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçərək düşməndən Derqaçevski rayonunun Bezruki, Slatino, Prudyanka kəndlərini Rusiya qoşunlarını çıxararaq mövqelərini möhkəmləndiriblər”, – o bildirib.

Read More »

“Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni mərhələnin başlanğıcıdır”

“Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, diasporumuzun fəaliyyət tarixində yeni mərhələnin başlanğıcıdır”. Boyukmillet.com xəbər verir ki, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbədən sonra regionda yaranmış reallıqlar və dünyada baş verən mürəkkəb proseslər kontekstində yeni çağırışlar və hədəflər meydana çıxıb. Deputat qurultayın Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində keçirilməsinə …

Read More »

Prezident Ofisi: “Ukraynanın Rusiya ilə müvəqqəti barışığa ehtiyacı yoxdur”

“Ukraynanın Rusiya ilə müvəqqəti barışığa ehtiyacı yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib. “Çünki Ukrayna Rusiya ilə “Minsk-3” və ya “Minsk-4” formatında razılığa gələrsə, bir müddətdən sonra yenidən müharibə başlayacaq. Bizim üçün vacib olan hüquqi olaraq savaşı bitirməkdir. Rusiya davamlı olaraq kiminləsə müharibə aparacaq. Ona görə də biz elə razılaşma əldə etməliyik ki, …

Read More »

Hulusi Akar: “Son yeddi ildə 34 175 terrorçu zərərsizləşdirilib”

Türkiyə Silahlı Qüvvələr bu il yanvarın 1-dən aprelin 22-dək 1987 terrorçu zərərsizləşdirib”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ordu başçıları ilə birlikdə Gazi Orduevində şəhid ailələri və qazilərlə görüşdə bildirib. Onun sözlərinə görə, Türkiyə ordusu 2015-ci il iyulun 24-dən indiyədək 34 min 175 terrorçunu zərərsizləşdirib: “Türkiyə Silahlı Qüvvələri ölkə tariximizin ən çətin günlərini yaşayır. Bir …

Read More »

Şuşada 7 yaşayış massivi tikilir

“Şuşada 7 yaşayış massivi, məscid və digər obyektlərin tikintisi davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Şuşada yeni otellərin də tikintisi nəzərdə tutulur: “Gələcəkdə Şuşada istənilən böyükmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi mümkün olacaq”.

Read More »

Nikolayev şəhərində güclü partlayış baş verib

Ukraynanın Nikolayev şəhəri və vilayətinin müdafiəçiləri ilə Rusiya qoşunları arasında mübarizənin yeni mərhələsinə başlanılıb. Boyukmillet.com-un UNİAN-a istinadən məlumatına görə, yerli vaxtla saat 05:35-də (Bakı vaxtı ilə 06:35) şəhərdə güclü partlayış olub. Sakinlərdən xahiş olunub ki, sığınacaqlardan çıxmasınlar.

Read More »

Xocavənddə xeyli sayda silah-sursat aşkarlanıb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə xeyli sayda silah-sursat aşkar edilib. DİN-in Mətbuat Xidmətindən Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, tapılan 5 avtomat, 3 qumbarataatan, 2 pulemyot, 1 tank əleyhinə idarə olunan raket sistemi, 1 tapança, 12 əl qumbarası və alışdırıcıları, 2358 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.

Read More »