Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları 2022-ci ilin ilk 10 ayı ərzində 905 kq-a yaxın narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarıb. Bu barədə Boyukmillet.com DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir. Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 10 ay ərzində narkotik vasitələrin, psixotrop …
Read More »Yearly Archives: 2022
Prezident İlham Əliyev ICAPP-ın Bakıda keçirilən xüsusi konfransının iştirakçılarına müraciət edib
Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Bakı şəhərində keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarına müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir:“Hörmətli konfrans iştirakçıları! Sizi – Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarını səmimi-qəlbdən salamlayır, konfransın işinə uğurlar arzulayıram. ICAPP Asiya regionunda 370-dən …
Read More »MTN generalının cinayət işi yenidən Bakı Hərbi Məhkəməsinə qaytarılıb
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin keçmiş rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi olmuş polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin sabiq rəis müavini Sahib Ələkbərovun cinayət işi yenidən birinci instansiya məhkəməsinə qaytarılıb. Bu barədə M.Şıxəliyevin vəkili Arzu Cavadov məlumat verib. …
Read More »İlham Əliyev Formula 1 Qrupunun idarə heyətinin sədrini və qrupun məsləhətçisini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Formula 1 Qrupunun idarə heyətinin sədri və prezidenti Stefano Domenikalini və Formula 1 Qrupunun məsləhətçisi Flavio Briatolini qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə Formula 1 yarışlarının Azərbaycanda uğurla keçirilməsinin önəmi vurğulanıb, dünyada bu yarışlara marağın getdikcə artdığı bildirilib və yarışları seyr etmək üçün ölkəmizə xeyli sayda turistlərin gəldiyi məmnunluqla qeyd olunub. Dövlət …
Read More »Ermənistan atəşkəsi pozub, Azərbaycan Ordusu cavab tədbirləri görüb
Noyabrın 21-i saat 22:10-dan saat 23:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin …
Read More »PA rəsmisi Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarına çağırış edib
“Gənclər təşkilatları Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynamalıdır”. Boyukmillet.com-un xəbərinə görə, bunu Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov Gənclər Təşkilatları Milli Şurasının XIX Hesabat-Seçki Qurultayında çıxışı zamanı deyib. O xatırladıb ki, Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etdi: “Bu, hər birimizin qələbəsidir. Hesab edirəm ki, gənclər təşkilatları Azərbaycan reallıqlarının dünya …
Read More »Azərbaycan XİN Türkiyəyə raket hücumlarını pisləyib
“Türkiyəyə qarşı terror hücumlarını qətiyyətlə qınayırıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterində yazılıb. “Qardaş Türkiyənin Qaziantep vilayətinin Qarqamış şəhərində məktəb də daxil olmaqla mülki əhalinin yaşadığı ərazilərə xain raket hücumu nəticəsində həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik”, – paylaşımda bildirilib.
Read More »Azərbaycan Prezidenti Qazaxıstana rəsmi səfərə dəvət olunub
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub. Boyukmillet.com xəbər verir ki, Qazaxıstanın dövlət başçısı bu barədə Azərbaycan lideri ilə telefon danışığı zamanı bildirib. Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib, onu prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib.
Read More »NATO PA Rusiyanı terroru himayə edən dövlət kimi tanıyıb
NATO Parlament Assambleyası Rusiyanı terroru himayə edən dövlət kimi tanıyıb. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Yeqor Çernev deyib. Onun sözlərinə görə, rus cinayətkarlarının cəzalandırılması üçün xüsusi Beynəlxalq Tribunalın yaradılması tələb edilib: “NATO PA həmçinin Rusiyanın təcavüzü ilə bağlı beynəlxalq tribunalın yaradılmasını tələb edib və bu dövləti terroru himayə edən dövlət …
Read More »Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Füzuli və Xocavənddəki mövqelərini atəşə tutub
Noyabrın 21-i saat 10:00-dan saat 14:25-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar