Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Kamran Əliyev Xocalı, Daşkəsən və Tovuza yeni prokurorlar təyin edib

Xocalı Rayon Prokuroru Şahin İmanov vəzifəsindən azad edilib. Boyukmillet.com-un məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Ş.İmanov Daşkəsən Rayon Prokuroru təyin olunub. K.Əliyevin digər əmrləri ilə Daşkəsən Rayon Prokuroru Marif Hüseynov tutduğu vəzifədən azad olunaraq Tovuz Rayon Prokuroru təyin edilib. Xocalı Rayon Prokuroru vəzifəsinə isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin …

Read More »

Azərbaycanın Kino Agentliyi yaradılır – FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmanda məqsəd Azərbaycanda kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsidir. Fərmana əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs yaradılıb. Müəyyən edilib ki, Agentlik Azərbaycanda kinematoqrafiyanın …

Read More »

Əhməd Cavadın 130 illiyi qeyd ediləcək

Prezident İlham Əliyev Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqındaSərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncamda deyilir ki, 2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi tamam olur. Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik …

Read More »

Bakıda 15 yaşlı qız 23 gündür itkin düşüb – FOTO

Bakıda 15 yaşlı qız itkin düşüb. Bu barədə  Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Xəbərə görə, Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşayan 2007-ci il təvəllüdlü Məmmədova Nilüfər Elxan qızı 29 mart 2022-ci il tarixində yaşadığı evdən xəbərsiz çıxaraq itkin düşüb. Onun barəsində məlumatı olan şəxslərdən Xəzər Rayon Polis İdarəsinə, 012-554-22-22 və 055-270-24-34 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur. Həmçinin, N.Məmmədovanın yeri barədə …

Read More »

Zəfər Qurultayının iştirakçıları Heydər Əliyevin məzarını ziyarət edib – FOTO

Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları bu gün Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyev və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Boyukmillet.com-un xəbərinə görə, Qurultay iştirakçıları daha sonra Şəhidlər xiyabanını və II Şəhidlər xiyabanını ziyarət ediblər. Qeyd edək ki, Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə …

Read More »

Mark Eliyahu yenidən Bakıya gəlir

Məşhur kamança ustası Mark Eliyahu növbəti dəfə Bakıya gəlir. Boyukmillet.com xəbər verir ki, sənətçinin maraqlı repertuardan ibarət dinamik və emosional konsert proqramı Heydər Əliyev Sarayında baş tutacaq. 19 iyunda keçiriləcək konsert sənətçinin “About Love” adlı turnesi çərçivəsindədir. Qeyd edək ki, 1982-ci ildə Dağıstanda doğulan israilli kaman ifaçısı Yunanıstanda kamança ilə tanış olsa da, Azərbaycana gələrək Əməkdar artist, kamança ustası Ədalət …

Read More »

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 20-də Bakıda geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Boyukmillet.coxəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Baş nazir təhsil idarələri ilə bağlı qərar imzalayıb

İnzibati orqanların təsnifatına dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin şəhər (rayon) təhsil şöbələri maddəsi yeni redaksiyada verilib. Artıq Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsnifatı aşağıdakı kimi olacaq: – Bakı Şəhəri üzrə Təhsil İdarəsi – regional təhsil idarələri”.

Read More »