Azərbaycanda parlament seçkilərində etibarlı səslər qazanan, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara maliyyə yardımı ayrılacaq. Boyukmillet.com-un xəbərinə görə, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin yeni redaksiyasında əksini tapıb. Layihədə qeyd edilib ki, siyasi partiyanın fəaliyyətinin bu qanunun 25.2-ci maddəsinə uyğun olaraq maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardımı ayrılır və bu məqsədlə hər il dövlət büdcəsində ayrıca sətirlə göstərilməklə …
Read More »Yearly Archives: 2022
Azərbaycanda 50 nəfər siyasi partiya təsis edə biləcək
Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə biləcək. Boyukmillet.com-un xəbərinə görə, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin yeni redaksiyasında əksini tapıb. Layihənin ilkin versiyasında siyasi partiya Azərbaycan ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilərdi.
Read More »Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycana gəlib
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, səfərdə məqsəd Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunan tədbirlərdə iştirak etməkdir. Nümayəndə heyətinin tərkibində, həmçinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Orhan Erdem, AK Partinin xarici əlaqələr üzrə sədr müavinləri Mehmet Ceylan, Afif Demirkıran …
Read More »KİV: “İran İraqdakı qaçqın düşərgəsinə zərbə endirib”
İran Silahlı Qüvvələri İraqın Kürdüstan regionunda Tehrana müxalif partiyanın qərargahına və qaçqın düşərgəsinə hücum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Shafaq” xəbər agentliyi məlumat yayıb. “İranın kürd müxalifət partiyasının Ərbil yaxınlığındakı Koy-Sancak şəhərindəki qərargahı vurulub”, – yerli mənbə agentliyə bildirib. Dəqiq nəyin vurulduğu hələ aydın deyil. “Al-Sumaria” kanalının mənbəsinin məlumatına görə, zərbə üç raketlə endirilib. İranın daha bir hücumu Ərbilin şimalındakı Bahirqa …
Read More »MN: “Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb”
“Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb”. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 20-si saat 21:00-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir. Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda qeyd edilib.
Read More »ABŞ dövlət katibi Qərbi Azərbaycan vilayətindəki etirazçılara dəstək olub
ABŞ dövlət katibi Entoni Blinken İranın Qərbi Azərbaycan vilayətinin Məhabad (keçmiş adı Soyuqbulaq) şəhərində təhlükəsizlik güclərinin etirazçılara qarşı zorakılıq hallarının artması ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, ABŞ diplomatiyasının rəhbəri tviterdə yazıb: “İran hakimiyyətinin xüsusilə Məhabad şəhərində etirazçılara qarşı zorakılıqları gücləndirdiyinə dair xəbərlərdən son dərəcə narahatam. Biz İran xalqının yanında olduğumuz üçün bu işdə əli olanlara məsuliyyətə cəlb olunmasına çalışmağa davam …
Read More »Yeni Azərbaycan Partiyasının yaradılmasından 30 il ötür
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 30 il ötür. Boyukmillet.com xəbər verir ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O …
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Boyukmillet.com icmalı təqdim edir.
Read More »“Xarı bülbül Şuşa” komandası ölkə çempionatına Bakıda hazırlaşır
Azərbaycan çempionatında debüt edəcək kişi voleybolçulardan ibarət “Xarı bülbül Şuşa” komandası yeni mövsümə hazırlıqları davam etdirir. Boyukmillet.com xəbər verir ki, Macarıstandakı təlim-məşq toplanışını başa vuran komanda hazırlığın növbəti mərhələsini Bakıda keçirir. Kollektiv yoldaşlıq görüşündə MOİK-lə qarşılaşıb. Oyun Şuşa klubunun 3-0 hesablı qələbəsi ilə başa çatıb. Razılığa əsasən komandalar daha bir setdə qüvvəsini sınayıb. Həmin hissədə MOİK-in üstünlüyü qeydə alınıb.
Read More »Ermənistan ordusunda korrupsiya faktları aşkarlanıb
Ermənistan ordusunda camaşırxana tenderləri adıyla korrupsiya halları aşkarlanıb. Bu barədə Boyukmillet.com “Yerevan Today”ə istinadən xəbər verir. Qeyd edilir ki, Ermənistan Ordusu üçün bədnam çiyələk tədarükü qalmaqalından sonra hökumət yeni bir tender yaradıb: – camaşırxana tenderləri: “İki ildən artıqdır ki, ordu rəhbərliyi bu tenderləri bir əldə cəmləşdirərək hərbi qulluqçuların geyim və alt paltarlarının yuyulması prosesini təşkil etmək qərarına gəlib. Eyni zamanda, kətanları dörd …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar