Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 792 320 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 440 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib, aktiv xəstə …
Read More »Yearly Archives: 2022
Makron Ukraynadakı hadisələri soyqırımı adlandırmamasının səbəbini Zelenskiyə izah edib
Aprelin 14-də səhər saatlarında Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Emmanuel Makron “France Bleu” radiosuna deyib. O deyib ki, Zelenskiyə Ukraynadakı hadisələri niyə soyqırımı adlandırmaqdan imtina etdiyini izah edib. “Mən bu səhər – bura gəlməmişdən əvvəl artıq onunla danışmışam. Bu axşam onunla yenidən danışmağı planlaşdırıram”, – prezident …
Read More »Prezident İlham Əliyev Pakistanın yeni Baş nazirini təbrik edib
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Baş nazir, Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Möhkəm dostluq və qardaşlıq, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Pakistan əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq …
Read More »Ermənilərin azərbaycanlıların məzarlarını dağıtması sənədləşdirilib – HESABAT
Beynəlxalq fotojurnalist Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda ermənilərin azərbaycanlılara məxsus məzarları dağıtmasını özündə əks etdirən minlərlə fotonu çəkərək sənədləşdirib. Boyukmillet.com xəbər verir ki, bu, 2021-ci il üçün ABŞ Dövlət Departamentinin İnsan Haqları Praktikası üzrə Ölkə Hesabatında əksini tapıb. Sənəddə deyilir ki, məzarların təhqir olunması, bəzi hallarda isə məzarların qarət edilməsinə dair hallarla bağlı fotosübutlar var: “Məsələn, ayrı-ayrı məzarlar qazılıb, …
Read More »Azərbaycan və Gürcüstan arasında yeni sərhəd buraxılış məntəqələri yaradılacaq
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, qanuna əsasən, Azərbaycan və Gürcüstan arasında yeni sərhəd buraxılış məntəqələri yaradılacaq. Azərbaycan və Gürcüstan arasında dövlət sərhədini keçmək üçün 6 (altı) buraxılış məntəqəsi müəyyən edilib. Qanuna əsasən, həmin buraxılış məntəqələri …
Read More »Prezident İlham Əliyev yeni neft sazişini təsdiqləyib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL International LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, 2021-ci il dekabrın 14-də Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının …
Read More »Azərbaycan qazını Bolqarıstana çatdıracaq kəmər hidrostatik sınaqdan keçib
Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq 182 kilometrlik Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (Interconnector Greece – Bulgaria – IGB) bütün marşrutunun və səkkiz kran düyününün su ilə sınağı (hidrosınaq, hidrostatik sınaq ) tam başa çatıb. Boyukmillet.com -Economics”in Bolqarıstan mərbuatına istinadən verdiyi məlumata görə, ACGB layihə şirkətinin (layihəninin operatoru) icraçı direktorları ICGB Teodora Georieva və Konstantinos Karayanakos tikinti şirkətinin layihənin tamamlanmasında irəliləyişlərini qiymətləndirmək …
Read More »Ermənistanın azərbaycanlı hərbi əsirlərə qarşı cinayətləri Dövlət Departamentinin hesabatında əks olunub
İnsan Haqları Naminə Beynəlxalq Tərəfdaşlıq (IPHR) və “Truth Hounds” QHT-lərinin ötən ilin may ayında açıqladığı birgə hesabata əsasən, erməni silahlı qüvvələrinin üzvlərinin iki yaralı və əsir götürülmüş azərbaycanlı döyüşçünü qanunsuz olaraq edam etdiyinə dair ilkin sübutlar var. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 2021-ci il üçün İnsan Haqları Praktikası üzrə Ölkə Hesabatında qeyd olunub. Bildirilib ki, məsələ …
Read More »Milli Məclisin sabahkı iclasının gündəliyi dəyişdirilib
Milli Məclisin sabahkı iclasının gündəliyinə dəyişiklik edilib. Boyukmillet.com-un xəbərinə görə, toplantının gündəliyindəki məsələlərin sayı 13-dən 14-ə çatdırılıb. Parlamentin sabahkı iclasında müzakirəyə çıxarılacaq məsələlər aşağıdakılardır: 1. “Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə qərar layihəsi. 2. “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası …
Read More »Cavanşir Feyziyev vəzifəsindən azad olunur
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçiləcək. Boyukmillet.com- un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərar layihəsi parlamentin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Belə ki, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Soltan Məmmədovun, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Sadiq …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar