Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanayevski Azərbaycan əsilli Ukrayna vətəndaşı Rafael Ağayevin Mariupol şəhəri uğrunda gedən döyüşlərdə həlak olması ilə bağlı başsağlığı verib. “Report” xəbər verir ki, diplomat başsağlığı mesajını feysbuk səhifəsində paylaşıb. “Pizza Veterano” pizza kafeləri şəbəkəsinin həmtəsisçisi Azərbaycan əsilli Ukrayna vətəndaşı Rafael Ağayev Mariupol şəhəri uğrunda gedən döyüşlərdə həlak olub. O, Qəhrəman Dəniz Korpusunun bölməsinin tərkibində şəhəri …
Read More »Yearly Archives: 2022
Qərbi Azərbaycan İcmasının Niderlandda nümayəndəliyi TƏSİS EDİLDİ – Fotolar
Niderland Krallığının Haaqa şəhərində Qərbi Azərbaycan İcması nümayəndəliyinin təsis iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının Beynəlxalq Əlaqələr üzrə sədr müavini, Azərbaycan Dillər Universitetinin dosenti Həqiqət Hacıyeva iştirak və çıxış edib. Haaqada yerləşən Niderland Türk Azərbaycan Kültür Dərnəyində baş tutan iclasda Həqiqət Hacıyeva İcmanın məqsəd və məramından söz açdıqdan sonra, nümayədəlik öz idarə heyətini seçib. İcmanın Niderland …
Read More »Vətəndaş Həmrəyliyi Partiyası Brüssel görüşünü yüksək dəyərləndirib:”Ermənistanın nicatı Azərbaycanın bütün tələblərini yerinə yetirməkdədir”
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra dünyanın bir çox siyasi, hərbi mərkəzlərini özü ilə hesablaşdırmaqdadır. Bu sırada illərlə Ermənistanın işğalçılıq soyasətinə göz yuman Avropa İttifaqının Azərbaycanın müəyyənləşdirdiyi reallıqları qəbul etməsi xüsusilə diqqət çəkir. Azərbaycan Ermənistan danışıqlarında aktivlik göstərən Avropa İttifaqının Cənubi Qafqazda sülhün təmin edilməsi üçün sülh müqaviləsinin tezliklə imzalanmasına çalışması sirr deyil. Brüsseldə keçirilən son görüş də …
Read More »Brüsseldə istəyimizə tam nail olduq – DEPUTAT
Artıq bir neçə gündür ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə ikitərəfli, daha sonra həm də Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla üçtərəfli görüşləri dünyanın diqqət mərkəzindədir. Səfərin təfərrüatları və danışıqların nəticələri politoloqlar tərəfindən dönə-dönə təhlil olunur. Hamı yekdil fikirdədir ki, bu səfər və səfər çərçivəsində danışıqlar, qəbul edilən qərarlar Azərbaycan diplomatiyasının və …
Read More »Pentaqon: “Rusiya Ukraynada hərbi gücünün 20 faizini itirib”
Rusiya Ukraynada hərbi gücünün 20 faizinin itirib. Boyukmillet.com “ABC News”a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, 800-1000 hərbçidən ibarət taktiki qrup taborların hissələri, faktiki olaraq, məhv edilib. Qoşunların qalıqları Rusiya və Belarus ərazisinə çəkilib. Bildirilib ki, Rusiya 60 000 yeni hərbçi toplamaq niyyətindədir. Bundan sonra taktiki tabor qrupları bərpa ediləcək. Məlumata görə, Donbasa hücumun …
Read More »Volodimir Zelenski: “Müharibəni yalnız Vladimir Putin dayandıra bilər”
“Ukraynanın Rusiya ilə danışıqlar masasına oturmaqdan başqa yolu yoxdur. Çünki müharibəni yalnız Rusiya Prezidenti Vladimir Putin dayandıra bilər”. Boyukmillet.com “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın “Bild” nəşrinə müsahibəsində deyib. “Putinlə birbaşa danışıqlar ideyası bu gün də, hətta Buça və Kramatorskda baş verən müharibə cinayətlərindən sonra da aktualdır. Savaşın nə vaxt bitəcəyinə yalnız Putin qərar verə …
Read More »Bazar gününə olan hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında aprelin 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-20° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi …
Read More »Gömrükçülər külli miqdarda dərman vasitələri saxlayıb
Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən ölkəmizə gələn “Volvo” markalı nəqliyyat vasitəsi “Şirvanlı” gömrük postunun idxal gömrük nəzarəti zonasında saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə DGK məlumat yayıb. Bildirilir ki, yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən müxtəlif markalı dərman vasitələri – 9 600 ədəd həb və 1 …
Read More »Nazir: “Qarabağda aşkarlanan meyit qalıqlarının müayinəsinə xüsusi təlim keçmiş mütəxəssislər cəlb olunub”
“Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə vətəndaşımızın meyit qalıqlarının məhkəmə-tibbi müayinəsi və eyniləşdirilməsi prosesi davam edir”. Boyukmillet.com xəbər verir, bunu səhiyyə naziri Teymur Musayev eyib. Onun sözlərinə görə, müayinələrdə müasir tibbi avadanlıqdan istifadə olunur: “Prosesə xüsusi təlim keçmiş mütəxəssislər cəlb olunub. Yəqin ki, bu barədə proses yekunlaşdıqdan sonra daha ətraflı məlumat veriləcək”. Qeyd edək ki, Şuşa rayonunun Daşaltı kəndi, Xocavənd …
Read More »Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür – RƏSMİ
“Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür. Tam detallı məlumat verə bilməsəm də, söhbət sırf “Sars-Cov2” əleyhinə vaksindən getmir”. Boyukmillet.com xəbər verir, bunu səhiyyə naziri Teymur Musayev deyib. Onun sözlərinə görə, vaksin istehsalı strateji məsələdir: “Yəqin ki, bu istiqamətdə aparılan işlər nəticəsində Azərbaycanda istənilən halda mümkün olan pandemik çağırışlara çox çevik və effektiv cavab olaraq vaksin istehsalı təmin edilə bilər”.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar