Müdafiə naziri general-polkovnik Zakir Həsənov vəzifəli şəxslərə konkret tapşırıqlar verib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə bildirilib. Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyət və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib. Nazir hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin daim təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib. General-polkovnik Z.Həsənov …
Read More »Yearly Archives: 2022
Müdafiə naziri bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi barədə göstəriş verib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə real döyüş şəraitinə uyğun intensiv təlim və praktiki məşqlərin keçirilməsi barədə göstəriş verib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə bildirilib. Nazir həmçinin hərbi hissələrin qarşısında duran döyüş tapşırıqlarının dəqiq və vaxtında icrasına daim hazır olması barədə göstəriş verib.
Read More »Ayaz Mütəllibov I Fəxri xiyabanda dəfn ediləcək
Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov I Fəxri xiyabanda dəfn ediləcək. Bu barədə mərhumun yaxınları məlumat verib. Qeyd edək ki, A.Mütəllibov uzunsürən xəstəlikdən sonra ötən gün 84 yaşında dünyasını dəyişib. Xatırladaq ki, Ayaz Mütəllibov 12 may 1938-ci ildə Bakıda anadan olub. O, 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1958-ci ildə elmi-tədqiqat institutu bürosunun böyük texnik-konstruktoru kimi başlayıb. 1959-1974-cü illərdə …
Read More »Həbsdə olan qadına narkotik keçirmək istəyən qohumu saxlanılıb
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Penitensiar Xidmətdən məlumat verilib. Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci (Narkotik) maddəsi ilə təqsirli bilinərək həbs edilən Elazə Şahin qızı Mustafayevaya qohumu, Lənkəran rayon sakini Murad Famil oğlu Həbibov tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan cins şalvarın …
Read More »Almaniya Rusiyadan kömür və neft idxalına tamamilə son qoymağa çalışır
Almaniya Rusiyadan kömür və neft idxalına tamamilə son qoymağa çalışır. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts ARD telekanalının efirində deyib. “Bu proses kifayət qədər sürətli olacaq. Biz artıq kömür tədarükü ilə bağlı alternativlər üzərində işləyirik. Neft idxalı ilə bağlı da oxşar tədbirlər üzərində işləyirik” , – o deyib. Qeyd edək ki, daha əvvəl Avropa …
Read More »İnam Kərimov Lənkəranda vətəndaşları qəbul edəcək
Kənd təsərrüfatı naziri İnam Kərimov aprelin 1-də, saat 09:00-da Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edəcək. Boyukmillet.com bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, qəbulda iştirak etmək istəyənlər DAİM-ə (telefon: (050) 205 54 24) müraciət edə, eləcə də nazirliyin “Çağrı Mərkəzi”nə (16 52) zəng edə və yaxud [email protected] elektron poçtuna yaza bilərlər. Qəbula …
Read More »Ceyhun Bayramov Almaniyaya yola düşüb
Martın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Almaniya Federativ Respublikasına yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsindən məlumat verilib. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Read More »Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, ölən və yaralananlar var
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb. Bu barədə Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir. Məlumata görə, qəza Ərzurum-Ərzincan magistral yolunda qeydə alınıb. İğdırdan Ankaraya gedən sərnişin avtobusu yolun kənarındakı ağaclara çırpılaraq aşıb. İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, daha 33 nəfər yaralanıb. Əraziyə təcili yardım maşınları, polis və jandarm qqüvvələri cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Hadisənin başvermə səbəbi açıqlanmır.
Read More »Zelenski Ukraynanın hədəflərini açıqlayıb: “Rusiya qoşunlarını geri çəkməlidir”
“Rusiya Müdafiə nazirliyinin 26 və 27 mart tarixli açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlikdir”. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Rusiya Federasiyası Müdafiə Nazirliyinə xatırlatmaq istərdik ki, 2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndində qeyd olunur …
Read More »MN: Rusiya Müdafiə Nazirliyi Putinin imzaladığı bəyannaməyə hörmətsizlik nümayiş etdirir
“Rusiya Müdafiə nazirliyinin 26 və 27 mart tarixli açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlikdir”. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Rusiya Federasiyası Müdafiə Nazirliyinə xatırlatmaq istərdik ki, 2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndində qeyd …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar