Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycan XİN Qarabağın qaz təminatı ilə bağlı Ermənistanın iddiasına cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan XİN-in Qarabağa qaz təminatı ilə bağlı Azərbaycana qarşı irəli sürdüyü növbəti əsassız iddiasına cavab verib. Boyukmillet.com-un xəbərinə görə, nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Ermənistan XİN-i bir neçə gün öncə beynəlxalq təşkilatların Azərbaycan ərszisində keçirilən tədbirdə iştirakı, indi isə digər bir mövzu ilə bağlı Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir. “Ermənistanın …

Read More »

Füzulidə 26 yaşlı gənc minaya düşüb

Füzulidə mülki şəxs minaya düşüb. Boyukmillet.com -un xəbərinə görə, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.

Read More »

Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda martın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Gündüz yağıntıda qısamüddətə fasilə olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeronda gecə 1-3° isti, gündüz 6°-dək isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 6°-dək …

Read More »

Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak ediblər

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Paradda fəxri qonaq qismində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib. Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.

Read More »

Bu gün Türkiyə Təhlükəsizlik Şurası Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasında Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq. Boyukmillet.com xəbər verir ki, toplantıda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün atılan addımlar və bu çərçivədə Cənubi Qafqazda baş verən proseslər nəzərdən keçiriləcək. Həmçinin iclasda Rusiya ilə Ukrayna arasında davam edən müharibə, Türkiyənin Moskva və Kiyev arasında vasitəçiliyi və regionla bağlı humanitar dəstəyi barədə …

Read More »

Ukraynadan gələnlərin ölkəmizdə qalmasında hansı problemlər var?

Müharibə səbəbindən indiyədək 10 mindən çox vətəndaşımız Ukraynadan Azərbaycana təxliyə olunub. İllərdir məcburi köçkün problemi yaşayan ölkəmiz Ukraynadan gələnlərin yerləşdirilməsilə bağlı problem yaşaya bilərmi? Bu barədə Modern.az-a danışan Dövlət Miqrasiya Xidməti yanında İctimai  Şuranın sədri Azər Allahverənov bildirib ki, təxliyə edilən həmyerlilərimiz deyəndə söhbətin kimlərdən getdiyini dəqiqləşdirməliyik. Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının ölkədə qalmaq problemi yoxdur. “Biri var Azərbaycan Respublikası vətəndaşlarının geri qaytarılması, bunların …

Read More »

Ərdoğan Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qərar imzalayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin təsdiq edilməsi barədə qərar imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, dövlət başçısının qərarı Türkiyənin “Rəsmi Qəzet“inin 23 mart sayında dərc edilib. Bununla da Şuşa Bəyannaməsi Türkiyədə qüvvəyə minib. Xatırladaq ki, Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin …

Read More »

Rusiya XİN ABŞ-a xəbərdarlıq edib

“ABŞ Rusiya ilə münasibətləri daha da gərginləşdirməmək üçün Ukraynaya silah verməyi dayandırmalıdır”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında deyib. “Vaşinqton eskalasiyanı dayandırmalıdır. ABŞ bizə qarşı təhdidlər yaratmağa son qoymalıdır”, – o bildirib. S.Ryabkov, həmçinin vurğulayıb ki, ABŞ-Rusiya münasibətləri pozulmağa yaxındır: “Əlaqələrimizin gələcək inkişafı isə Vaşinqtonun xarici siyasətində seçəcəyi xətdən asılıdır. …

Read More »

Mövlud Çavuşoğlu: “Avropada müsəlmanlara qarşı düşmənçilik güclənir”

“Avropada müsəlmanlara qarşı düşmənçilik güclənir. İslamofobiya ilə mübarizə aparılmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib. “Kimisə ittiham etmək əvəzinə, problemlərin həlli istiqamətində birlikdə çalışmalıyıq. Öz çatışmazlıqlarımızı görməliyik. Qərbdən nəsə gözləmək lazım deyil”, – o bildirib.

Read More »

Ukraynada girov götürülən azərbaycanlı tələbədən yeni xəbər var

Ukraynada azərbaycanlı tələbə Hüseyn Abdullayevi girov götürən şəxslər onun yaxınları ilə əlaqə saxlayıblar. Bunu “Report”un Muğan bürosuna açıqlamasında H.Abdullayevin əmisi Cahin Abdullayev deyib. “Bu gün günorta saatlarında bir nəfər mənə zəng elədi və özünü Hüseyni girov götürənlərdən biri kimi təqdim etdi. Həmin şəxs bildirdi ki, Hüseyn yaxın 72 saat ərzində evində olacaq. Əlavə heç nə demədi”, – C.Abdullayev söyləyib. Qeyd edək …

Read More »