Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycan Ordusu qanunsuz erməni silahlılarının döyüş mövqelərini məhv edib

Martın 11-i saat 17:00-dan 21:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Tədbirlər çərçivəsində yalnız qanunsuz dəstə üzvlərinin döyüş mövqeləri hədəfə alınıb. Əməliyyat …

Read More »

Peizdentin köməkçisindən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: “Biz Avrasiya qitəsində artıq yeni bir dəhlizin əsasını qoymuş oluruq”

“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Hikmət Hacıyev qeyd edib ki, bu gün Prezident İlham …

Read More »

Salyanda evinə basqın olmuş mühasib həyat yoldaşı ilə yanaraq ölüb

Fövqəladə Hallar Nazirliyi (FHN) Salyan rayonunun Aşağı Kürkəndi kəndində baş verən yanğın barədə məlumat yayıb. Boyukmillet.com nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Salyan rayonunun Aşağı Kürkəndi kəndində ümumi sahəsi 228 m² olan bir dam altında tikilən, 2 ailənin yaşadığı birmərtəbəli evlərdən, sahəsi 114 m² olan evin yanar konstruksiyaları və ona bitişik sahəsi 114 m² olan evin yanar konstruksiyaları 78 …

Read More »

Pentaqonla Rusiya Müdafiə Nazirliyi arasında əlaqə kanalı işləyir

Pentaqon və Rusiya Müdafiə Nazirliyi arasında rabitə kanalı təsadüfi münaqişələrin qarşısını almaq üçün işləyir, lakin Ukrayna kontekstində istifadə edilməyib. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib. “Münaqişənin aradan qaldırılması xəttinə gəlincə, mən konkret heç nə deyə bilmərəm, başqa sözlə, məzmun baxımından heç nə tələb olunmurdu, amma biz bunu gündə bir-iki dəfə sınaqdan keçiririk və indiyə …

Read More »

Bakıda 25 yaşlı gənc qolundan bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib. “Boyukmillet.com”un məlumatına görə, hadisə Nərimanov rayonu, “Ulduz” metrostansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Soltanov Əli Azər oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun kəsilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Read More »

Makron: “Aİ-nin yeni ölkələrin təşkilata qəbulunu sürətləndirmək imkanı yoxdur”

“Moldovanın və digər ölkələrin Avrop İttifaqına qəbulundan əvvəl Avropanın siyasi təşkilatı yenidən nəzərdən keçirilməlidir”. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. “Cavab xeyrdir”, – deyə Makron Moldovanın, Qərbi Balkan ölkələrinin, eləcə də birliyə qoşulmaq istəklərini bəyan edən Ukraynanın hazırkı şəraitində Aİ-yə sürətləndirilmiş qəbulun mümkünlüyü barədə bildirib. “Biz qarşıdakı aylarda bugünkü Avropamızın nə olduğunu dərindən yenidən …

Read More »

ADU-da “Open Science Azərbaycan” layihəsi çərçivəsində seminar keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) “Open Science Azərbaycan” layihəsi çərçivəsində Təhsil Nazirliyi və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) birgə dəstəyi ilə “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği” mövzusunda seminar keçirilib.Seminarda çıxış edən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov ölkədə gənclər üçün yaradılan şəraitdən söz …

Read More »

Samir Adıgözəlli: “Rusiya fəxri konsulluğun dağıdılmasına görə məsuliyyət daşıyır və buna görə Azərbaycandan üzr istəməlidir”

Məlum olduğu kimi, martın 6-da Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun binası vurulub. Rusiya qoşunları tərəfindən fəxri konsulluğun binasının yerləşdiyi əraziyə endirilən hava zərbələri nəticəsində fəxri konsulluğun binasının ciddi dağıntılara məruz qaldığı bildirilir. Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yararsız hala düşüb. Azərbaycan konsulluğunun binasının dağıntılara məruz qalması hadisəsi ölkəmizdə ciddi narazılıqla qarşılanıb. Ölkənin tanınmış şəxslərinin, ictimai-siyasi fəallarının bir qismi …

Read More »

Kanada Rusiyaya qarşı sanksiyalara qoşulub

Kanada Rusiyadan neft məhsullarının idxalını dayandırıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb. Bildirilib ki, anti-Rusiya sanksiyası çərçivəsində Kanada hökuməti Rusiyadan neft məhsullarının idxalına qadağa qoyub. Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya qoşun yeridib. ABŞ, Böyük Britaniya və Avropa İttifaqı buna etiraz olaraq Rusiyaya qarşı sanksiya tətbiq edib. Sanksiyalara əsasən, Rusiyadan neft və qaz idxalı qadağan olunub.

Read More »